azadses.az » İdman » “Bunu yaşamaq futbolçuları böyüdür”

“Bunu yaşamaq futbolçuları böyüdür”

“Qarabağ” Azərbaycan Premyer Liqasının IV turunda öz meydanında “Şamaxı”nı 4:0 hesabı ilə məğlub edib.

“Qafqazinfo” xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

- Futbolçuları təbrik edirəm. Vacib üç xal qazandılar. Yaxşı sürət gördüm. İlk hissə daha çətin oldu. Amma ikinci hissə asanlaşdı. Bütün futbolçular oynamaq şansı qazandı. Cavid Hüseynova uğurlar arzulayıram. Yerli futbolçulara şans yaradırlar.

- “Viktriya” məğlubiyyətindən sonra ab-hava necədir?

- Desək ki, hər şey qaydasındadır, normaldır, düzgün çıxmaz. Amma çalışırıq ki, tezliklə bunu geridə qoyaq. Ümumən hədəfimiz var. Söhbət tək qrupa düşməkdən getmir, qalib gəlməkdən gedir. Bu komandaya məğlub olmuşuq, daha çox üzülürük. Hər matçda daha yaxşı oyun göstərmək istəyirik. Futbolçular çox üzgün idi, təsirlənmişdilər. Bizim üçün hər oyun pley-off-dur. Futbolçular çox əziyyət çəkdilər, əsəb itirdilər. Sonda bir addımlıqda belə nəticə oldu, yazılmamış qanunlardır. O qədər böyük klublar, futbolçular, məşqçilər finalda üzülüb. Bunu yaşamaq futbolçuları böyüdür. Sadəcə tez bir zamanda toparlanmaq lazımdır.

- Avroliqada ilk oyunu “Frayburq”a qarşı oynamaq istəyərdiz?

- Təqvimi siz yazsaydız, necə yazardız? Püşkatma ilə aram yoxdur. Bu, mənə aid bir şey deyil. Nə düşdüsə, normal qarşılayıram. Demək belə yaxşı olacaq. Hər rəqiblə oynamalıyıq. Futbol elə səviyyəyə çatıb ki, ev və ya səfər oyunu seçilmir. Xeyirlisi belə imiş.

- “Bavariya”, “Barselona”, “İnter”lə eyni qrupa düşmək yaxşıdır, yoxsa Avropa Liqasına?

-Hansı turnirdə olsaq da, hədəfimiz maksimumu etməkdir. Hər oyunu növbəti mərhələyə çıxmaq üçün oynayırıq. Sonda şansımız var idi. İstifadə etmək istədik. Alınmadı. Alınsaydı, sevinəcəkdik. Amma yenə də ruhdan düşmürük. Avropa Liqasının qrupunda düşündüklərimizi jəyata keçirmək istəyirik. “Ora düşmək va ya burax düşmək” düşüncəsi yoxdur. Əvvəl də Avropa Liqasında oynamışıq. Şansımız var. Digər komandaların baş məşqçilərinin müsahibələrini oxuyuram. Hamı iddialıdır. Hamı qrupa görə sevinir. Hətta püşkdən əvvəl “Frayburq”un baş məşqçisi bizimlə düşmək istəyirdi. Çempionlar Liqasında olmadığımıza görə üzüldük. Avropa Liqasına hazırlaşacağıq.

- Şahruddin Məhəmmədəliyevin psixoliji durumu necədir?

- Şahruddin ən güvəndiyim oyunçulardan biridir. Xarakteri, insanlığı cavan futbolçulara örnəkdir. O, işini çox sevir və ağrılara dözən futbolçudur. Mənim ürəkli insanlara və idmançılara inamım çox böyükdür. Hər sahədə belə insanlara ehtiyac var. Şahruddin çox məsuliyyətli olduğu üçün fikir edir. Həmişə onun arxasındayam. Azarkeşlər də onu çox istəyir. Bəzən uduzanda mən də oyunçuları acılayıram. Amma iki gün sonra sığallayıram. İnanıram ki, fanatlar yenidən Şahruddinə güvənəcək.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Çaylarda sululuq artdı
  2. Ötən gün vətəndaşların bank kartlarından 6 min manatdan çox pul oğurlanıb
  3. Şirvanda 6 aylıq körpə ölü doğulub
  4. Bakıda "moyka"da kişini elektrik cərəyanı vuraraq öldürüb
  5. Qubada elektrik enerjisinin verilişində fasilə yaranacaq
  6. DİN: Ötən gün bank kartlarından oğurluq qeydə alınmayıb
  7. “Qantas Airlines” aviaşirkətinin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib
  8. Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
  9. Sabirabadda çətənə kolları yetişdirməkdə şübhəli bilinən 4 nəfər həbs olunub
  10. Ötən gün ölkə ərazisində 16 kiloqramdan çox narkotik aşkarlanıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Bu gün Xankəndi, Xocalı, Cəbrayıl və Şuşada məktəblərdə "Son zəng" keçirilir. Bunu elm və təhsil nazirinin müavini Ətraflı
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur. Bunu "Report"a açıqlamasında elm və təhsil nazirinin müavini Həsən Ətraflı
Bütün xəbərlər
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib