azadses.az » İdman » “Qarabağ”ın legioneri: “Neftçi” və “Olimpiakos”la matçlarda formada olmalıyıq”

“Qarabağ”ın legioneri: “Neftçi” və “Olimpiakos”la matçlarda formada olmalıyıq”

“Əvvəlcə çempionatda “Neftçi” ilə, daha sonra UEFA Avropa Liqasının qrup mərhələsində Yunanıstanda “Olimpiakos”la üz-üzə gələcəyik. Bu matçlarda yaxşı formada olmaq üçün çalışacağıq”.

Bunu “Qarabağ”ın futbolçusu Abdullah Zubir “CBC Sport”a açıqlamasında deyib.

31 yaşlı yarımmüdafiəçi mövsüm ərzində bütün oyunlara ciddi hazırlaşdıqlarını və çoxlu məşq etdiklərini bildirib.

Bakıda “Nant”a 3:0 hesabı ilə qalib gəldikləri qrup mərhələsinin II tur qarşılaşmasında fərqlənən təcrübəli oyunçu Fransa təmsilçisinə qol vurmağın xüsusi önəm kəsb etdiyini söyləyib:

“Mən fransalıyam və karyeramın böyük hissəsini orada keçirmişəm. Gəldiyin ölkənin komandasına qol vurmaq hər zaman özəldir. Bu, möhtəşəm hissdir”.

Zubir “köhlən atlar”ın heyətində ən unudulmaz hesab etdiyi oyunu da açıqlayıb:

“Qazaxıstanda “Kayrat”ı 2:1 hesabı ilə məğlub etdiyimiz Konfrans Liqasının qrup matçını qeyd edərdim. Məncə, möhtəşəm qarşılaşma oldu. Çünki komanda tarixində ilk dəfə qrupdan çıxdı. Hava da olduqca soyuq idi. Çətinliklə üç xal qazandıq və pley-offa vəsiqəni təmin etdik. Ən məyus olduğum qarşılaşma isə Çexiyada “Viktoriya” (Plzen) komandasına uduzduğumuz UEFA Çempionlar Liqasının pley-off görüşüdür. Qitənin bir nömrəli klub turnirinin qrup mərhələsində iştirak etməyə yaxın idik. Amma alınmadı”.

2018-ci ildən Ağdam təmsilçisində çıxış edən yarımmüdafiəçi “Qarabağ”a keçidini də xatırlayıb:

“Əvvəl Azərbaycan futbolu haqqında məlumatım yox idi. Burada çıxış edən bir tanışım mənə gəlməyimi tövsiyə etdi. Ölkənizin və şəhərin möhtəşəm olduğunu söylədi. Mən də çox düşünmədim və təklifi qəbul etdim”.

Qeyd edək ki, “Qarabağ” oktyabrın 1-də Azərbaycan Premyer Liqasının VIII turunda “Neftçi”ni qəbul edəcək. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda oktyabrın 6-da Avropa Liqasının qrup mərhələsinin III turunda Yunanıstanda “Olimpiakos”un qonağı olacaq.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Füzulidə yol qəzasında qadın sürücünün beli sınıb
  2. Bakıda 68 yaşlı qadını avtomobil vurub
  3. Bakıda yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var
  4. Qaziantepdə ağır yol qəzasında 2 nəfər ölüb, 8 nəfər yaralanıb
  5. Bakıda yol qəzasında 6 və 8 yaşlı qardaşlar xəsarət alıblar
  6. Bakıda 41 yaşlı qadın yol qəzasında xəsarət alıb
  7. Tanzaniyada ağır yol qəzasında 4 nəfər ölüb, 16 nəfər yaralanıb
  8. Bakıda yolu keçən 33 yaşlı kişini avtomobil vurub
  9. Bakıda 28 yaşlı gənc yol-nəqliyyat hadisəsində xəsarət alıb
  10. Gəncədə avtomobil ağaca çırpılıb, xəsarət alanlar var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
DİM bu gün 500-dək şagird üçün əlavə imtahan keçirir
DİM bu gün 500-dək şagird üçün əlavə imtahan keçirir
Sentyabrın 8-də Dövlət İmtahan Mərkəzi (DİM) 2024-cü ildə keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə Ətraflı
Azərbaycan Haaqada 12-ci “Səfirliklər Festivalı”nda təmsil olunub
Azərbaycan Haaqada 12-ci “Səfirliklər Festivalı”nda təmsil olunub
Haaqanın mərkəzi meydanında 12-ci “Səfirliklər Festivalı” keçirilib. Festivalda Azərbaycan da daxil olmaqla 50 ölkə iştirak Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu