azadses.az » İdman » “Qarabağ”ın avrokuboklarda ilk dəfə üz-üzə gələcəyi rəqiblər - TANITIM

“Qarabağ”ın avrokuboklarda ilk dəfə üz-üzə gələcəyi rəqiblər - TANITIM

“Qarabağ” Avrokubokların qrup mərhələsində ilk dəfə “Olimpiakos” (Yunanıstan), “Frayburq” (Almaniya) və “Nant” (Fransa) komandaları ilə qarşılaşacaq.

“Report”un məlumatına görə, Azərbaycan təmsilçisi bu rəqiblərlə UEFA Avropa Liqasının qrup mərhələsində üz-üzə gələcək.

“Olimpiakos”

1925-ci ildə yaradılmış “Olimpiakos” Yunanıstanın liman şəhəri sayılan Pireyi təmsil edir. "Qarabağ" kimi, “Olimpiakos” da bu mövsüm mübarizəyə Çempionlar Liqasından başlayıb. Lakin onlar ilk cəhdində – II təsnifat mərhələsində sonradan Çempionlar Liqasının qrup mərhələsinədək irəliləməyi bacaran İsrailin "Makkabi" (Hayfa) komandası ilə bacarmayıb - 1:1, 0:4. Daha sonra Yunanıstan təmsilçisi Slovakiya çempionu “Slovan” (Bratislava) klubunu UEFA Avropa Liqasının III təsnifat mərhələsində penaltilər hesabına məğlub edərək qrupa vəsiqə qazanıb.

Məhz “Makkabi”yə 0:4 hesabı ilə uduzduqdan sonra komandanın portuqaliyalı baş məşqçisi Pedru Martins istefaya göndərilib. İngiltərədə “Lids” və “Hadersfild" kimi komandalarda işləmiş 39 yaşlı ispaniyalı Karlos Korberan avqustun 1-dən bu klubun baş məşqçisidir. 47 qat Yunanıstan çempionu, 28 qat ölkə kuboku və 4 qat Superkubok qalibinin (Bu, hər 3 göstərici həmin ölkədə rekord nəticədir – S.M.) hazırkı kapitanı Andreas Buxalakisdir. Komandada çexiyalı Tomaş Vatslik, xorvatiyalı Şime Vrsalko, fransalı Yann MVila və Matyö Valbuena, kamerunlu Pyer Kunde, misirli Ahmed Hassan, mərakeşli Yussef Əl-Arabi kimi məşhur legionerlər oynayır.

Həmçinin, “Arsenal”la 2 dəfə Bakıya gəlmiş, 2 dəfə "Qarabağ"a qarşı oynamış Sokratis Papastatopulos və “Roma”nın sabiq üzvü Kostas Manolas kimi yunanıstanlı veteran oyunçular da buradadır. “Neftçi”nin sabiq oyunçusu Mamadu Kane bu kluba məxsusdur. Qvineyalı mərkəz yarımmüdafiəçisi cari mövsümün sonunadək “Pafos” klubuna icarəyə verilib.

“Olimpiakos” Yunanıstan Super Liqasının ilk turunda "Yannina"nı 2:0 məğlub edib. Hazırda “qırmızı-ağlar” 3 xalla 4-cü sıradadır. Komanda 29 avqustda “Asteras”la qarşılaşacaq. Tripoli şəhərində keçiriləcək matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Yunanıstanın ən titullu klubu ötən mövsüm Çempionlar Liqasının II təsnifat mərhələsində "Neftçi"ni mübarizədən kənarlaşdırıb - 1:0, 1:0.

“Frayburq”

1904-cü ildə yaradılmış 118 yaşlı "Frayburq" ötən mövsüm Almaniya Bundesliqasını 6-cı pillədə başa vurub. Komandanın baş məşqçisi futbolçu karyerasını başa vurduqdan sonra – 1995-ci ildən "Frayburq"da işləyən Kristian Ştrayxdır. 57 yaşlı mütəxəssis “Frayburq”un U-19 komandasında baş məşqçi (1995 - 2011) və əsas komandasında köməkçi (2007 - 2011) işləyib. 2011-ci ildən bu komandaya baş məşqçilik edir. “Frayburq”un Almaniya daxilində elə bir uğuru olmasa da, bu il ölkə kubokunu qazanmağa çox yaxın olub. Komanda 120 dəqiqəsi 1:1 hesabı ilə başa çatan final matçında “Leyptsiq”ə penaltilərdə 2:4 hesabı ilə uduzub. “Frayburq”da Belçika, Avstriya, Fransa, Qana, Macarıstan, Niderland, Cənubi Koreya, İtaliya, Yaponiya və İsveçrədən legionerlər oynayır. Komandanın kapitanı sol cinah müdafiəçisi Kristian Günterdir.



“Frayburq” 2013/2014 mövsümündən sonra ikinci dəfə bu turnirin qrup mərhələsində mübarizə aparacaq. “Frayburq” bu gün Bakı vaxtı ilə saat 22:30-da Bundesliqanın IV turunun açılış matçında “Boxum”u qəbul edəcək. “Ağ-qaralar” ilk 3 tura əsasən 6 xal toplayıb və turnir cədvəlinin 5-ci komandasıdır.

“Nant”

1943-cü ildə yaradılmış “Nant” gələn il aprelin 21-də 80 yaşını qeyd edəcək. Bu səbəbdən, Fransanın köklü klublarından olan “Nant” ilk dəfə Avropa Liqasının qrup mərhələsində mübarizə aparacaq. Bu komanda da “Frayburq” kimi, cari mövsüm avrokubok mübarizəsinə qrup mərhələsindən başlayacaq. 8 qat Fransa çempionu və 4 qat Fransa Kubokunun qalibi olmuş komanda mövsümü 9-cu yerdə başa vurub. Bununla belə, “Nitsa”nı Fransa Kubokunun finalında penalti qolu hesabına 1:0 hesabı ilə məğlub etməsi “Nant”ın Avropa Liqasının qrupunda təmsil olunmasını şərtləndirib.

“Nant”da Braziliya, İspaniya, Konqo, Kamerun, Nigeriya, Sloveniya, Misir və Malidən legionerlər oynayır. Komandanın kapitanı Burkina Fasoda doğulmuş qapıçı Alban Lafondur.

“Nant” cari mövsümə pis başlayıb. Komanda ilk 3 turda qələbə qazana bilməyib. 2 xalı olan “Nant” 15-ci yerdədir. “Qarabağ”ın rəqibi avqustun 28-də Bakı vaxtı ilə saat 15:00-da “Tuluza”nı qəbul edəcək.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Çaylarda sululuq artdı
  2. Ötən gün vətəndaşların bank kartlarından 6 min manatdan çox pul oğurlanıb
  3. Şirvanda 6 aylıq körpə ölü doğulub
  4. Bakıda "moyka"da kişini elektrik cərəyanı vuraraq öldürüb
  5. Qubada elektrik enerjisinin verilişində fasilə yaranacaq
  6. DİN: Ötən gün bank kartlarından oğurluq qeydə alınmayıb
  7. “Qantas Airlines” aviaşirkətinin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib
  8. Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
  9. Sabirabadda çətənə kolları yetişdirməkdə şübhəli bilinən 4 nəfər həbs olunub
  10. Ötən gün ölkə ərazisində 16 kiloqramdan çox narkotik aşkarlanıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Bu gün Xankəndi, Xocalı, Cəbrayıl və Şuşada məktəblərdə "Son zəng" keçirilir. Bunu elm və təhsil nazirinin müavini Ətraflı
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur. Bunu "Report"a açıqlamasında elm və təhsil nazirinin müavini Həsən Ətraflı
Bütün xəbərlər
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib