azadses.az » İdman » “Qarabağ”ın transfer siyasəti: Neyləyək, alınmadı - FOTO

“Qarabağ”ın transfer siyasəti: Neyləyək, alınmadı - FOTO

Biz tərəfdə bir məsəl tez-tez işlənir. Deyir, bardaq düzəldən özü bilir, qulpunu haradan qoyacaq. Yəni sənətkarın işinə qarışan, kənardan söz deyən, onu etmə, bunu et, o yaxşı deyil, bu yaxşıdır deyən çox olur, amma sənətkar özü bilir, nəyi, harada, nə vaxt və necə edəcək.

Dünəndən baxıram, bir çox həmkarlarımız, azarkeşlər şikayət edirlər ki, bəs “Qarabağ” niyə transfer etmədi?

Qurban Qurbanov “Kəpəz”lə oyundan sonra açıqlama verib ki, bu məsələni bağladıq. Bir neçə cəhd etdik, danışıqlar apardıq, amma yekun razılıq əldə etdiyimiz hansısa oyunçu olmadı. Yola indiki heyətlə davam edəcəyik.

İsmayıl Dadaşovla Vaqif Gərayzadənin birgə ərsə gətirdiyi, İradə İbrahimovanın da əla ifa etdiyi o gözəl mahnıda da deyildiyi kimi, neyləyək, alınmadı...

“Qarabağ” niyə transfer etmədi? Həqiqətən, gözəl sualdır. Axı bu komandanın, əslində, bütün mövqelərdə, ən dar məqamda isə yarımmüdafiənin mərkəzində, hücumda və qapıda zəruri güclənməyə ehtiyacı var (idi).

Çünki biz elə Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda, “Viktoriya” ilə qarşılaşmada gördük ki, Almeydanın zədələnib oyundan çıxmasından sonra mərkəz xəttində necə boşluq yarandı. Rəqibin hücumlarını erkən mərhələdə qarşılayıb təhlükənin böyüməsinə əngəl olan, eyni zamanda, hücuma çıxarkən topu birinci bölgədən üçüncü zonaya daşımağı bacaran, dispetçerlik edən oyunçunun yoxluğu yekunda komanda üçün necə nəticələndi.

Elə həmin qarşılaşmada ələ düşən imkanlardan istifadə edilməməsi, üstəlik də əldə olan əsas qol ümidinin - Vadjinin də satılmasından sonra hücumları məntiqi sonluqla yekunlaşdırmalı olan bir bitirici forvardın transferi şərt deyildimi? Məncə, şərt idi.

Yenə bu bəhs etdiyimiz matçda hər iki qolun buraxılmasında müstəsna xidmətləri olan Şahruddin Məhəmmədəliyevin əvəzinə daha etibarlı bir qapıçı almaq olmazdımı? Olardı.

Bəs onda komanda niyə transfer etmədi?

Bəlkə, maddi problemləri var? Görünən odur ki, “Qarabağ”ın hazırda maddi problemləri yoxdur. Komanda həm təsnifat mərhələlərindəki nəticələri, həm Avropa Liqasının qrupuna düşməsi, həm də Vadjinin satışı səbəbindən kifayət qədər məbləğdə qazanc əldə edib. Deməli, bu variantı qoyuruq kənara.

Təbii ki, bir neçə uğursuz keçidi qeyd etmək olar, amma biz adətən “Qarabağ”ın transferlərdə yüz ölçüb, bir biçdiyini, həmişə nöqtə atışlar etdiyini görmüşük. Bunu etmək üçün də davamlı izləmə, seçmə, araşdırma yolunu tuturlar. Görünür, bu dar macalda sırf transfer olsun deyə tələm-tələsik kimisə almaqdansa, elə yola əldəki oyunçularla davam etməyi uyğun görüblər.

Sirr deyil ki, “Qarabağ” Avroliqada olduqca çətin qrupda yer alıb. Hərçənd çempionumuz püşkə ikinci səbətdən qatılsa da, istər birinci, istərsə də üç və dördüncü səbətdən ən güclü komandalarla rəqib oldu. Təsəvvür edirsinizmi, qrupda Avrokubokların daimi iştirakçısı “Olimpiakos”, “böyük beşlik” ölkələrindən iki komanda və “Qarabağ” var.

Düşünürəm ki, klub rəhbərliyi də, baş məşqçi də reallıqları əla dərk edirlər və bu qrupdan çıxmağın möcüzə olduğunu anlayırlar. Qrupdan çıxmağın bu qədər çətin olduğu bir məqamda milyonlar xərcləyib əlavə oyunçu almaqdansa yekunu gözləmək daha çox məntiqəuyğundur. Əgər əldəki oyunçularla, heç olmasa, üçüncü olub Konfrans Liqasının 1/8 mərhələsində iştirak etmək hüququ qazansalar, o zaman qış “transfer pəncərəsi” zamanı yenidən bu məsələyə qayıtmaq olar. Olmasa da, Azərbaycan Premyer Liqasında hətta ikinci heyətlə də qələbə qazanmaq mümkündür.

Və nəhayət, sonuncu variantım budur ki, “Qarabağ” hər nə qədər Azərbaycanı təmsil edirsə, bir o qədər də “Azərsun Holdinq”ə tabe, Gözəl ailəsinə məxsus biznes obyektidir. Ailə (şirkət) kluba investisiya qoyur, xərc çəkir, pul buraxır, qazancını isə istədiyi kimi xərcləmək hüququ var. Necə ki, bu vaxta qədər digər sahələrdən əldə edilən gəlirlə komandanı saxlayırdılarsa, indi də “Qarabağ”dan qazandıqlarını başqa sahəyə xərcləmək istəyirlər. Bu, iddia deyil, sadəcə variantlardan biridir. Mümkündürmü? - Mümkündür.

Bizə düşən isə əldə olan heyətlə yola davam edən “Qarabağ”ı izləmək, qalib gələndə sevinməkdir.

Uduzanda isə... Neyləyək, alınmadı...
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Buzovnada ata və oğlu qonşularını bıçaqlayıb, ölən və yaralılar var - YENİLƏNİB
  2. Şağanda kişi qonşularını bıçaqlayıb, ölən və yaralılar var
  3. Salyanda avtomobil aşıb, bir ailənin 6 üzvü xəsarət alıb
  4. Suraxanıda 60 yaşlı qadını avtomobil vurub
  5. Ucarda 44 yaşlı kişi yol qəzasında yaralanıb
  6. Xətai rayonunda yük maşını aşıb, yaralanan var
  7. Suraxanıda avtomobillər toqquşub, 34 yaşlı kişi xəsarət alıb
  8. Bakıda yol qəzasında 1 yaşlı körpə xəsarət alıb
  9. Subunçuda avtomobil aşıb, xəsarət alan var
  10. Şamaxıda 4 yaşlı uşaq yol qəzasında xəsarət alıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün dövlət qulluğuna qəbul imtahanı keçiriləcək
Bu gün dövlət qulluğuna qəbul imtahanı keçiriləcək
Oktyabrın 6-da Dövlət İmtahan Mərkəzi (DİM) inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid BA və BB qruplarına Ətraflı
Xaricdə ali təhsil almış şəxslər peşə tanınması imtahanı verəcəklər
Xaricdə ali təhsil almış şəxslər peşə tanınması imtahanı verəcəklər
Oktyabrın 6-da Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün Ətraflı
Bütün xəbərlər
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?