Karateçilər Kiprdə ilk medallarını qazanıblar - FOTO

Bu barədə Azərbaycan Milli Karate Federasiyası məlumat yayıb.
Bildirilib ki, 14-15 yaşlı gənclər arasında Rəşid Süleymanov (-70 kq) və Rahib Əzim (70+ kq) gümüş mükafata sahib olub.
Bazar günü daha bir neçə idmançımız medallar uğrunda mübarizə aparır.
Qeyd edək ki, Limassolda Karate1 Gənclər liqasına 51 ölkədən 1612 karateçi qatılıb.

