Главная > İdman / Manset > Karateçilər Kiprdə ilk medallarını qazanıblar - FOTO

Karateçilər Kiprdə ilk medallarını qazanıblar - FOTO


1-05-2022, 22:00. Разместил: admin
Kiprin Limassol şəhərində Karate1 Gənclər liqasında iştirak edən krateçilərimiz yarışın ikinci günü medal qazanıb.

Bu barədə Azərbaycan Milli Karate Federasiyası məlumat yayıb.

Bildirilib ki, 14-15 yaşlı gənclər arasında Rəşid Süleymanov (-70 kq) və Rahib Əzim (70+ kq) gümüş mükafata sahib olub.

Bazar günü daha bir neçə idmançımız medallar uğrunda mübarizə aparır.

Qeyd edək ki, Limassolda Karate1 Gənclər liqasına 51 ölkədən 1612 karateçi qatılıb.



Вернуться назад