Cüdoçularımız Qran-Prini bir medalla başa vurdu
- 31-01-2022, 09:37
- İdman
Portuqaliyanın Almada şəhərində keçirilən Qran-Pri turniri başa çatıb.
Yarışın son günündə iki cüdoçumuz mübarizə aparıb.
Belə ki, 100 kiloqram çəki dərəcəsində yarışa qatılan Adil Kərimli ilk qarşılaşmada israilli Stanislav Bançuka qalib gəlsə də, 1/4 finalda xorvatiyalı Marko Kumriçə uduzub. Təsəlliverici görüşdə braziliyalı Rafael Buzacarini məğlub edən cüdoçumuz bürünc medal görüşündə ABŞ təmsilçisi L.A.Smitin öhdəsindən gələ bilməyib və medal şansını əldən verib.
Digər idmançımız – 100 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan Uşangi Kokauri 1/8 finalda konqolu Klemen Musumadiyə qalib gəlsə də, növbəti mərhələdə Yaponiya təmsilçisi Yuta Nakamuraya, təsəlliverici görüşdə isə seneqallı Mbaqnik Ndiayeyə məğlub olub.
Xatırladaq ki, Qran-Pri turnirində komandamızın üzvü Balabəy Ağayev (60 kq) gümüş medal qazanıb. Beləliklə, komandamız yarışı bir gümüş medalla başa vurub.
Azərbaycan 41 ölkədən 300-ə yaxın idmançının mübarizə apardığı turnirə 4 cüdoçu ilə qatılıb.