azadses.az » Hadisə » İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alındı - FOTO

İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alındı - FOTO

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq və narkotik vasitələrin qanunsuz dövriy­­­yəsinə qarşı mübarizə tədbirləri çərçivəsində son günlərdə Dövlət Sərhəd Xidmətinin (DSX) “Horadiz” və “Lənkəran” sərhəd dəstələrinin əməkdaşları tərəfindən təxmini çəkisi 49 kiloqram 555 qram narkotik vasitəyə, 3000 ədəd psixotrop tərkibli həbə bənzər maddələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

DSX-dən verilən xəbərə görə, aprel ayının 25-də saat 17:35 radələrində “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Avaş kəndi yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində xidmət aparan sərhəd naryadı 2 nəfər naməlum şəxs tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədinin pozulmasını müşahidə edilib.

Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılıb xidməti ərazi qapa­dılıb. Sərhəd naryadının “Dayan” əmrinə tabe olmayan sərhəd pozucuları əllərindəki bağlamaları yerə ataraq ərazinin dağlıq və sıx kolluq olmasından istifadə edərək geri qaçıblar. Ərazidə həyata keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində aşkar edilmiş 5 ədəd mavi rəngli bağlamanın içərisindən ümumi çəkisi 32 kiloqram 945 qram narkotik vasitəyə (30 kiloqram 935 qram marixuana, 2 kiloqram 10 qram tiryək) bənzər maddələr və psixotrop tərkibli 3000 ədəd “metadon-40” dərman preparatı olan həblər aşkar olunaraq götürülüb.

Aprel ayının 27-də saat 00:50 radələrində “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Alaşa kəndi yaxınlığında “Feyxoa bağları” adlanan ərazidə yerləşən istifadə olunmayan yarımtikiliyə bir nəfərin ətrafı müşahidə edərək yaxınlaşması və içərisindən 1 ədəd bağlama götürməsi sərhəd naryadının diqqətini cəlb edib.

Sərhəd naryadının “Dayan” əmrinə tabe olmayan şübhəli şəxs ərazidən uzaqlaşmağa cəhd edərkən saxlanılıb, onun Astara rayonunun Məçitməhəllə kənd sakini 1990-cı il təvəllüdlü Yusifov Nazim Tofiq oğlu olması müəyyənləşdirilib.

Saxlanılan şəxsin əlindəki bağlamaya baxış zamanı içərisində təxmini çəkisi 16 kq 610 qr narkotik vasitəyə (12 kiloqram 375 qram heroin, 3 kiloqram 5 qram tiryək, 725 qram metamfetamin və 505 qr marixuana) bənzər maddələr aşkar olunaraq götürül­üb.

Fаktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda körpələr evi-uşaq bağçasında yanğın olub
  2. ADSEA: Yağışların fasiləsiz yağması suların tam çəkilməsinə mane olur
  3. Azərbaycanda yağışlı havaya görə bütün limanlar bağlanıb
  4. Göygöldə qarın hündürlüyü 6 sm-ə çatıb
  5. NİİM: Yağıntılı və küləkli hava şəraiti ilə əlaqədar bəzi küçə və prospektlərdə svetoforların işində problemlər yaranıb
  6. Ötən gün vətəndaşların bank kartlarından 14 min manata yaxın pul oğurlanıb
  7. Azərbaycanda tortdan kütləvi zəhərlənmə olub
  8. Xəzər dənizində nərə balıqları üçün TƏHLÜKƏ
  9. Azərbaycan Ordusunun mövqeləri Tovuzqala istiqamətindən atəşə tutulub
  10. Gəncədə 6 nəfər tortdan zəhərlənib
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Əlverişsiz havaya görə şagirdlərin davamiyyətində qismən azalma müşahidə edilir - RƏSMİ
Əlverişsiz havaya görə şagirdlərin davamiyyətində qismən azalma müşahidə edilir - RƏSMİ
Əlverişsiz havaya görə ümumi təhsil müəssisələrində şagirdlərin davamiyyətində qismən azalma müşahidə edilir. "Report" Ətraflı
Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Mario Varqas Lyosa vəfat edib
Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Mario Varqas Lyosa vəfat edib
Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Mario Varqas Lyosa 89 yaşında vəfat edib. “Report” xəbər verir ki, bu barədə onun oğlu Ətraflı
Bütün xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Şou biznes
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar