azadses.az » Hadisə » İrandan Azərbaycana 43 kq-a yaxın narkotikin gətirilməsinin qarşısı alındı

İrandan Azərbaycana 43 kq-a yaxın narkotikin gətirilməsinin qarşısı alındı

Dövlət Sərhəd Xidməti (DSX) dövlət sərhədinin etibarlı müha­fizəsi istiqa­mətində həyata keçirilmiş əməliyyat-axtarış və qoşun tədbirləri nəticəsində ölkə ərazisinə külli miqdarda narkotik vasitələrin qeyri-qanuni gətirilməsinin qarşısı alıb.
Azad Səs-in məlumatına görə, mayın 1-də “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Züngüləş kəndi yaxınlığındakı sərhəd zastavasının xid­­məti sahəsində işarəverici qurğudan dövlət sərhədinin pozulması barədə siqnal daxil olub. 
Sərhəd zastavası dərhal “silaha” komandası ilə qaldırılaraq həmin sahə istiqa­mə­tində hərəkət edərək İran İslam Respub­likasından Azərbaycan Respublikasına doğru və əks istiqamətində 1 nəfərə məxsus izlər aşkarlayıb.
Həmin ərazi dərhal qapadılaraq axtarış təd­birləri keçi­rilib, nəticədə 3 ədəd qara rəngli idman çantası içərisində ümumi çəkisi 42 kq 700 qram narkotik vasitə (9 kq “heroin”, 6 kq 700 qr “metamfetamin”, 4 kq 100 qr “marixuana”, 19 kq 300 qr “həşiş”, 1 kq 800 qr - “metadon M-40” həbi və 1 kq 800 qr “preqabalin”) aşkar olunaraq götürül­üb.
Narkotik vasitələrin sifarişçisinin müəyyənləşdirilməsi və cinayət məsuliy­yə­tinə cəlb edilməsi istiqamətində Dövlət Sərhəd Xidmətinin əmək­daşlarının keçirdiyi əməliyyat-axtarış tədbir­ləri nəticəsində 5 nəfər şübhəli şəxs qismində sax­lanılıb.
Saxlanılan şəxslərin Astara rayonunun Kijəbə qəsəbə sakinləri 1981-ci il təvəl­lüdlü Əhmədov Fərhad Vəliağa oğlu, 1989-cu il təvəllüdlü Teymurov Elməd­din Razim oğlu, 1984-cü il təvəllüdlü Fərzizadə Anar Nizaməli oğlu, 1995-ci il tə­vəl­lüdlü Abdullayev Nurlan Tofiq oğlu və 1974-cü il təvəllüdlü Babayev Dönməz Hətəm oğlu olması müəyyənləşdirilib.
Araşdırma zamanı saxlanılmış şəxslər törətdikləri cinayət əməlini etiraf ediblər.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Çaylarda sululuq artdı
  2. Ötən gün vətəndaşların bank kartlarından 6 min manatdan çox pul oğurlanıb
  3. Şirvanda 6 aylıq körpə ölü doğulub
  4. Bakıda "moyka"da kişini elektrik cərəyanı vuraraq öldürüb
  5. Qubada elektrik enerjisinin verilişində fasilə yaranacaq
  6. DİN: Ötən gün bank kartlarından oğurluq qeydə alınmayıb
  7. “Qantas Airlines” aviaşirkətinin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib
  8. Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
  9. Sabirabadda çətənə kolları yetişdirməkdə şübhəli bilinən 4 nəfər həbs olunub
  10. Ötən gün ölkə ərazisində 16 kiloqramdan çox narkotik aşkarlanıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Bu gün Xankəndi, Xocalı, Cəbrayıl və Şuşada məktəblərdə "Son zəng" keçirilir. Bunu elm və təhsil nazirinin müavini Ətraflı
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur. Bunu "Report"a açıqlamasında elm və təhsil nazirinin müavini Həsən Ətraflı
Bütün xəbərlər
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib