azadses.az » Siyasət » Ordumuza hücuma çalışan ermənilər silah və çantalarını atıb qaçdılar FOTO

Ordumuza hücuma çalışan ermənilər silah və çantalarını atıb qaçdılar FOTO

Son zamanlar Ermənistan silahlı qüvvələrinin bölmələri tərə­fin­dən müxtəlif isti­qa­mət­lərdən atəşkəs rejiminin mütəmadi və kobud şəkil­də davamlı olaraq pozulması halları intensivləşib. Dövlət Sərhəd Xidməti və Hərbi Prokurorluğu cəbhədə baş verənlərə bağlı birgə məlumat yayaıb. 
Məlumatda qeyd edilir ki, 2020-ci ilin 24 fevral tarixində saat 07:00 radələrində ER silahlı qüvvələrinin Noyem­beryan rayonunun Koti kəndi yaxınlığında yer­lə­şən bölmələrindən Qazax rayo­nunun Quşçu Ayrım kəndi istiqa­mətin­dəki Dövlət Sərhəd Xidmətinin sərhəd döyüş məntə­qəsinə diversiya cəhdinin qarşısı alınmış, ciddi döyüş itkiləri vermiş düşmən ge­ri çəkilməyə məcbur olmuşdur. Düşmənin diversiya qrupunun qumba­raatan və digər iri­çaplı silahların tətbiqi ilə baş ve­rən təxribatının qarşısı alınarkən sərhədçi əsgər Vəliyev İbrahim Ələmşah oğlu qəhrəman­casına şəhid olmuş­dur. Azərbaycanın beynəl­xalq səviyyədə tanınmış sərhədlərini qoruyan Dövlət Sər­­həd Xidmətinin əsgərinin qətlə yetirilməsi cinayətdir və bu qanlı cina­yətin məsuliyyəti Er­mənis­tan tərəfinin üzərindədir.
Hadisənin baş verdiyi sərhəd döyüş məntəqəsinin yaxın­lığında düşmənin silahlı basqın zamanı istifadə etdiyi və geri qaçdığı zaman ərazidə atmaq məcburiyyətində qaldığı PK mar­kalı pulemyot üçün 100 gülləlik lent, bir ədəd partlamamış RQ-42 əl qumbarası, 66 ədəd 7,62 mm-lik giliz, kəşfiyyat-diverisya qrupu üzvlərinin ərzaq çantası (içərisində konservlər, fərdi su ehtiyatı, çörək məmulatları) aşkar olunub.
Fakt üzrə Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.12, 29,120.2.4, 29,120.2.7 və 29,120.2.12-ci maddələri ilə cinayət işi baş­lanılaraq prosessual hərə­kət­lər həyata keçirilməklə düşmənin diversiya qrupunun hərbi qulluq­çularımızı qəsdən öldürmək və döyüş postumuzu ələ keçirmək məqsədi ilə hücuma keçərək təxribat törətməsi müəyyən olunmuş və hazırda zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Düşmənin silahlı təxribatının qarşısını alarkən fərqlənmiş sərhəd­çilər Dövlət Sərhəd Xidməti rəisinin əmrləri ilə medal, qiymətli hədiyyə və fəxri fərmanlar ilə təltif­lən­dirilmişlər. Qəhrəmancasına həlak olmuş əsgər Vəliyev İbrahim Ələmşah oğlu ölümündən sonra «Hərbi xidmətdə fərqlənməyə görə» 3-cü dərəcəli medalı ilə təltif edilib.
Diversiya cəhdlərinin qarşısı qətiyyətlə alınan və bu cəhd­lər za­manı ciddi döyüş itkiləri verən Ermənistan Silahlı Qüvvə­lərinin böl­mə­ləri təmas xəttində təxribat xarakterli əməllərini davam etdirirlər.
1 mart tarixində DSX-nin Sərhəd Qoşunlarının “Qa­zax” əlahiddə dərhəd diviziyasının Qazax rayonunun Xanlıqlar və Quş­çu Ayrım kəndləri yaxınlığında yerləşən sərhəd döyüş məntəqə­lə­ri iri çaplı silahlardan intensiv atəşə tutulmuş, cavab atəşi ilə düşmə­nin döyüş mövqeləri susdurulub. 
"Bildiririk ki, Ermənistan tərəfinin təmas xəttində təxribat xarakterli bütün əməl­lərinin qarşısının alınması  və törədilmiş hər bir cinayətə görə təqsiri olan şəxs­lə­rin cinayət məsuliyyətinə cəlb edilməklə cəzalandırılması üçün bütün zəruri tədbirlərin görülməsi təmin ediləcək".
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Myanmada qasırğada ölənlərin sayı 220 nəfəri ötüb
  2. Ağcabədidə yol qəzasında ağır xəsarət alan azyaşlı Bakıya gətirilib
  3. Goranboyda yanğın zamanı xəsarət alan körpə ölüb
  4. Qusarda yük avtomobili dərəyə aşıb, ölən var
  5. Türkiyə vətəndaşı Bakı-Quba yolunda sükan arxasında ölüb
  6. Göygöldə yük avtomobili dəmir maneə çırpılıb, xəsarət alanlar var
  7. Şəmkirdə həkimi avtomobil vuraraq öldürüb
  8. Şəmkirdə 71 yaşlı kişi yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb
  9. Saatlıda ata iki yaşlı oğlunu avtomobillə vuraraq öldürüb
  10. Xəzər rayonunda 41 yaşlı qadını avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir. "Report" xəbər verir ki, bunu Elm və Təhsil Ətraflı
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvar rayonunda 1 171 şagird birinci sinfə gedəcək. "Report"un Muğan bürosunun məlumatına görə, həmçinin Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu