Qadın voleybolçular arasında Azərbaycan çempionatında yarımfinal mərhələsi başlayır
- Dünən, 16:31
- İdman
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yarımfinal mərhələsinə bu gün start veriləcək.
"Report"un məlumatına görə, ilk olaraq "Abşeron" və "Gəncə" komandaları üz-üzə gələcəklər.
Qarşılaşma saat 15:00-da start götürəcək. Saat 17:00-da isə “Milli Aviasiya Akademiyası” ilə "Azərreyl" münasibətlərə aydınlıq gətirəcəklər.
Hər iki görüş Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək.
Qeyd edək ki, bu raundun ikinci oyunları aprelin 17-də baş tutacaq.