Главная > İdman > Qadın voleybolçular arasında Azərbaycan çempionatında yarımfinal mərhələsi başlayır
Qadın voleybolçular arasında Azərbaycan çempionatında yarımfinal mərhələsi başlayırDünən, 16:31. Разместил: azadses |
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yarımfinal mərhələsinə bu gün start veriləcək. "Report"un məlumatına görə, ilk olaraq "Abşeron" və "Gəncə" komandaları üz-üzə gələcəklər. Qarşılaşma saat 15:00-da start götürəcək. Saat 17:00-da isə “Milli Aviasiya Akademiyası” ilə "Azərreyl" münasibətlərə aydınlıq gətirəcəklər. Hər iki görüş Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək. Qeyd edək ki, bu raundun ikinci oyunları aprelin 17-də baş tutacaq. Вернуться назад |