azadses.az » Dünya » Türkiyəli general: "Mustafa Kamal Atatürk-2023" birgə təlimi dünya ölkələrinə vacib mesajdır"

Türkiyəli general: "Mustafa Kamal Atatürk-2023" birgə təlimi dünya ölkələrinə vacib mesajdır"

"Türkiyə Ordusu NATO-nun ikinci, Azərbaycan Ordusu isə Cənubi Qafqazın birinci ən güclü ordusudur".

Bunu "Report"a açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq hərbi ataşşesi, ehtiyatda olan general Yücel Karauz deyib.

Onun sözlərinə görə, bu il Azərbaycanla hərbi əlaqələrin qurulmasından 32 il, birgə keçirilən hərbi təlimlərdən isə 10 il ötür: "Ümumilikdə isə il ərzində Türkiyə və Azərbaycan arasında həyata keçirilən birgə hərbi təlimlərin sayı təxminən 20-yə çatır. Bunlar havada, suda və quruda, həmçinin Xüsusi Təyinatlı Qüvvələrlə birgə keçirilən təlimlərdir. Bugünkü təlimlər həm vaxt, həm də ad etibarı ilə çox böyük önəm daşıyır. Dünyada hazırda qeyri-sabitlik hökm sürür və günbəgün bir çox yerdə münaqişə ocaqları yaranmaqdadır".

General qeyd edib ki, Cənubi Qafqaza sülh və sabitliyi gətirən Azərbaycan dövləti və ordusunun yaratdığı yeni reallıqlarla barışmaq istəməyən qüvvələr bölgəni qarışdırmaq üçün kilometrlərlə uzaqdan nifaq toxumları səpməyə çalışırlar. Bu baxımdan, "Mustafa Kamal Atatürk-2023" birgə taktiki təlimi həm bölgə, həm də dünya ölkələrinə verilən mesajlar nöqteyi-nəzərdən vacibdir.

Y.Karauz vurğulayıb ki, bu təlimlərdə ordularımız həm havada, həm də quruda dünyanın ən çətin manevrlərini nümayiş etdirirlər: "Türkiyə NATO-nun ikinci ən böyük, Azərbaycan Ordusu isə Cənubi Qafqazın birinci ən güclü ordusudur. Bu baxımdan, iki böyük ordunun keçirdiyi təlimlərinin Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illiyinə həsr olunması Azərbaycanın necə qədirbilən dövlət olduğunun göstəricisidir".

Qeyd edək ki, Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə “Mustafa Kamal Atatürk - 2023” birgə taktiki təlimi keçirilir.

Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası və azad olunmuş ərazilər də daxil olmaqla ölkəmizin müxtəlif istiqamətlərində keçirilən birgə taktiki təlimə hər iki ölkənin müxtəlif qoşun növündən ümumilikdə 3000-dək şəxsi heyət, 130 ədəd zirehli texnika, 100-dək artilleriya vasitəsi, 20-dən artıq aviasiya və uçuş vasitələri, eləcə də mühəndis texnikası və kiçik botlar cəlb olunub.

Təlimdə müasir döyüş üsullarından istifadə etməklə artilleriya, aviasiya və digər qoşun növlərinin hərbi əməliyyatlarda tətbiqi, onların qarşılıqlı əlaqədə fəaliyyətinin təşkili, çaylar üzərindən keçid açmaq məqsədilə panton körpülərin salınması və şərti düşmənin dərinliyinə desant endirilməsi üzrə müxtəlif tapşırıqlar icra edilir.

“Mustafa Kamal Atatürk - 2023” birgə taktiki təlimində əsas diqqət qoşunların qarşılıqlı əlaqədə fəaliyyətləri zamanı döyüş uzlaşmasının təmin edilməsi, idarəetmənin təkmilləşdirilməsi, təcrübə mübadiləsi və şəxsi heyətin peşəkarlığının artırılmasına yönəldilib.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda avtomobil piyadanı vuraraq öldürüb
  2. Azərbaycanda zəlzələ olub
  3. Bakıda kitabxana yanıb
  4. Həştərxanda fərdi evdə yanğın zamanı 5 uşaq ölüb
  5. Bakının üç rayonunda qaz təchizatı dayandırılacaq
  6. DTX-nin həbs etdiyi haker: Məqsədim Azərbaycan serverlərində müdaxilənin qarşısı almaq üçün milli proqram yaratmaq idi
  7. FHN: Su basmış yerlərdə 33-ü uşaq olmaqla 135 nəfər təxliyə olunub
  8. Nizami rayonunda 18 yaşlı gənci avtomobil vurub
  9. Yevlaxda yol qəzasında xəsarət alan 8 sərnişin xəstəxanadan evə buraxılıb - YENİLƏNİB
  10. Bakıda körpələr evi-uşaq bağçasında yanğın olub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Britaniya Kolumbiyası Universitetinin Blasson Kvant Materiyası İnstitutunun tədqiqatçıları ilk dəfə olaraq metal və birölçülü Ətraflı
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir. “Report” xəbər verir ki, bunu Ətraflı
Bütün xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib