azadses.az » Siyasət » Həsənov Akarla görüşə gedir: Nazirlərin danışıqlar masasında nələr var? – TƏHLİL

Həsənov Akarla görüşə gedir: Nazirlərin danışıqlar masasında nələr var? – TƏHLİL

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov bu gün Türkiyəyə səfər edəcək.

Azərbaycan Müdafiə Nazirliyinin səfərə dair açıqlamasında göstərilir:

“Türkiyə Respublikasının milli müdafiə naziri cənab Hulusi Akarın dəvəti ilə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov fevralın 1-də Türkiyəyə işgüzar səfərə yola düşəcək.

Səfər çərçivəsində Türkiyə milli müdafiə naziri ilə görüşdə regional təhlükəsizlik, iki qardaş ölkənin orduları arasında qarşılıqlı əlaqənin inkişafı, eləcə də hərbi-texniki, hərbi təhsil, hərbi tibb sahələri üzrə əməkdaşlıq və maraq doğuran digər məsələlər müzakirə ediləcək.
Səfər fevralın 2-dək davam edəcək”.

Məlumat hərbi sistemin qaydalarına uyğun olaraq çox məhdud məzmunda olsa da, səfəri zəruri edən amillərə toxunmaq üçün geniş əsaslar var.

Cənab nazirin səfəri son zamanlar MDB məkanında cərəyan edən hadisələr, eləcə də Ukrayna böhranı fonunda Azərbaycan-Türkiyə hərbi əməkdaşlıq prioritetlərini yeni müstəviyə salmağa hesablanıb. Regional “oyun lövhəsində” mühüm damada dayanan Türkiyə isə həssas situasiyanın miqyasının böyüməsi səbəbi ilə strateji dəqiqliklərə ehtiyac duyur və bunun üçün strateji müttəfiqi Azərbaycanın da təkliflər paketini dinləmək istəyir. Akarın Həsənovu səfərə dəvət etməsinin səbəblərini bu tezisdə axtara bilərik.

Zakir Həsənovun türkiyəli həmkarı Hulusi Akarla görüşündə Türkiyənin Azərbaycana silah ixracının həcmini genişləndirmək üçün müzakirələr aparacağı istisna deyil.

Türkiyənin Cənubi Qafqazda hərbi iştirak səviyyəsini artırmaq, bunun regional təhlükəsizliyin perspektivinə faydaları məsələləri də nazirlərin gündəliyində olacaq.

Bura kəşfiyyat məlumatlarının mübadiləsindən tutmuş, digər koordinasiyalı işlər daxildir.

Təhlükəsizliyin konfiqurasiyası birgə hərbi təlimlərin intensivliyini aktual edir, bu mənada Akar-Həsənov görüşündə həmin təlimlərin proqramı və ona mahiyyətcə yeni xarakter verilməsi, həmçinin Azərbaycan-Türkiyə-Pakistan, Azərbaycan-Türkiyə-Gürcüstan perspektiv hərbi təlimləri məsələsi müzakirə olunacaq.

Müdafiə nazirləri Ağdamdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyətini də müzakirə edəcək.

Zakir Həsənov Mərkəzin bir illik fəaliyyətinə dair məlumatları (30 yanvar 2021-ci il tarixdə açılışı olub) cənab Akardan alacaq və koordinasiyanın güclənməsi məsələləri müzakirə olunacaq.

Azərbaycan və Türkiyənin Ermənistanla münasibətlərinin normallaşması məsələsi də nazirlərin müzakirə masasına qoyulacaq. Nazirlər Ermənistanın qeyri-konstruktiv mövqeyinin davam edəcəyi təqdirdə, Bakı-Ankara hərbi planının ümumi ştrixlərini müzakirə predmetinə gətirəcək.

NƏTİCƏ:

1. Türkiyənin Cənubi Qafqazda hərbi-siyasi aktivliyinin paralelində digər bölgələrdə cərəyan edən hadisələr Ankara qarşısında yeni təhlükəsizlik və strateji çağırışları qoyur,

2. Türkiyə bu çağırışların öhdəsindən gəlmək üçün strateji müttəfiqi Azərbaycanla birgə hərəkət edir,

3. Akar-Həsənov görüşü Ermənistana da siqnaldır.

Aqşin Kərimov
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Talaçay çayından sel keçir
  2. Çaylarda sululuq artdı
  3. Ötən gün vətəndaşların bank kartlarından 6 min manatdan çox pul oğurlanıb
  4. Şirvanda 6 aylıq körpə ölü doğulub
  5. Bakıda "moyka"da kişini elektrik cərəyanı vuraraq öldürüb
  6. Qubada elektrik enerjisinin verilişində fasilə yaranacaq
  7. DİN: Ötən gün bank kartlarından oğurluq qeydə alınmayıb
  8. “Qantas Airlines” aviaşirkətinin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib
  9. Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
  10. Sabirabadda çətənə kolları yetişdirməkdə şübhəli bilinən 4 nəfər həbs olunub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Bu gün Xankəndi, Xocalı, Cəbrayıl və Şuşada məktəblərdə "Son zəng" keçirilir. Bunu elm və təhsil nazirinin müavini Ətraflı
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur. Bunu "Report"a açıqlamasında elm və təhsil nazirinin müavini Həsən Ətraflı
Bütün xəbərlər
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib