azadses.az » Dünya » KİV: “Nikol Paşinyan ABŞ-nin köməyi ilə Cənubi Qafqazda gərginliyi artırır”

KİV: “Nikol Paşinyan ABŞ-nin köməyi ilə Cənubi Qafqazda gərginliyi artırır”

“Cənubi Qafqazda düşünülmüş, məqsədyönlü və planlı şəkildə gərginlik yaradılır. Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-nin köməyi ilə gərginliyi artırır. Ermənistan ordusu qardaşlarımız Azərbaycana qarşı bədnam hücumlarını sürətləndirir, ABŞ və Ermənistan birgə təlimlər keçirir”.

“Report” xəbər verir ki, bu barədə Tükiyənin “Takvim” qəzeti yazıb.

Məqalədə bildirilib ki, İrəvan Rusiya Prezidenti Vladimir Putinin Ermənistan ərazisinə girəcəyi təqdirdə həbs olunacağını iddia etməklə, kritik həddi keçir. “Bəs, niyə ABŞ Paşinyanı çox təhlükəli istiqamətdə aparır? Vaşinqton Türkiyə Prezidenti Rəcəb Tayyıb Ərdoğanla Putinin birliyinə qısqanclıqla yanaşır və bu ittifaqdan narahatdır. Ərdoğan ABŞ-yə səfərinə başlayarkən İstanbul hava limanında çox vacib açıqlama verdi: “Biz Türkiyə olaraq Qarabağ məsələsində dördtərəfli zirvə görüşünün keçirilməsini təklif etmişik. Putin, Əliyev, mən və Paşinyan dördlük olaraq bir yerdə görüşək”.

Yazıda qeyd olunub ki, hazırda N.Paşinyan ABŞ-Qərblə oynamağa çalışır: “Ərdoğanın təklifi yeni bir yol açılmasıdır. ABŞ NATO qapılarını Ermənistanın üzünə açaraq Rusiyaya təzyiq göstərməyə çalışır. Bəs, Rusiya Paşinyanın ABŞ-la münasibətinə göz yumacaqmı? O, heç vaxt göz yummur”.

Məqalədə xatırladılıb ki, Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və R.T.Ərdoğan 2021-ci il iyunun 15-də Şuşada birgə Bəyannamə imzalayıblar: “Bu çərçivədə Ərdoğan böyük bir addım atdı. Ankara ABŞ-Ermənistan təlimlərinə cavab olaraq sentyabrın 18-30-da birgə “Qafqaz Qartalı” təlimləri keçirəcək. Eyni tarixlərdə Türkiyə və Pakistanın Əbədi Qardaşlıq - II təlimi keçiriləcək”.

Qəzet yazıb ki, 44 günlük Qarabağ müharibəsi həm Azərbaycan-Ermənistan münasibətlərində, həm də Türkiyənin Cənubi Qafqaz siyasətində mühüm dönüş nöqtəsi oldu: “Prezident Ərdoğan Cənubi Qafqazın artan strateji əhəmiyyətini çox yaxşı görərək geosiyasi və geoiqtisadi gedişlər edir. Türkiyə-Azərbaycan ittifaqı Cənubi Qafqazda da mühüm dinamikanı dəyişdirir”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Talaçay çayından sel keçir
  2. Çaylarda sululuq artdı
  3. Ötən gün vətəndaşların bank kartlarından 6 min manatdan çox pul oğurlanıb
  4. Şirvanda 6 aylıq körpə ölü doğulub
  5. Bakıda "moyka"da kişini elektrik cərəyanı vuraraq öldürüb
  6. Qubada elektrik enerjisinin verilişində fasilə yaranacaq
  7. DİN: Ötən gün bank kartlarından oğurluq qeydə alınmayıb
  8. “Qantas Airlines” aviaşirkətinin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib
  9. Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
  10. Sabirabadda çətənə kolları yetişdirməkdə şübhəli bilinən 4 nəfər həbs olunub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Bu gün Xankəndi, Xocalı, Cəbrayıl və Şuşada məktəblərdə "Son zəng" keçirilir. Bunu elm və təhsil nazirinin müavini Ətraflı
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur. Bunu "Report"a açıqlamasında elm və təhsil nazirinin müavini Həsən Ətraflı
Bütün xəbərlər
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib