azadses.az » Manset » KİV: "Ermənistan ABŞ-la hərbi təlimləri çoxdan planlaşdırırdı, Paşinyan qumar oynayır"

KİV: "Ermənistan ABŞ-la hərbi təlimləri çoxdan planlaşdırırdı, Paşinyan qumar oynayır"

“Ermənistan-ABŞ birgə hərbi təlimlərinin gündəm olması təsadüfi deyil. İrəvan Moskvanın əzəli düşməni olan ABŞ-la hərbi təlimləri uzun müddətdir planlaşdırırdı”.

“Report” xəbər verir ki, bunu Almaniyanın “Der Spigel” nəşri yazıb.

Məqalədə bildirilib ki, Ermənistan daha əvvəl də Qərb ölkələri, həmçinin NATO ilə birgə təlimlər keçib: “Lakin bu dəfəki manevrlər həssas siyasi dövrə təsadüf edir. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olmasına baxmayaraq, Ermənistan hakimiyyəti bu il ölkəsində Rusiyanın rəhbərliyi ilə təlimlərin keçirilməsinə icazə verməyib”.

Yazıda qeyd olunub ki, rəsmi İrəvan Rusiyanın ona xəyanət etdiyini düşünür: “Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinə qəzəbini açıq şəkildə dilə gətirməyə başlayıb. Görünür, o, Moskvaya demək istəyir ki, lazım gəlsə, başqa tərəfdaşlar da tapa bilər. Bu ayın əvvəlində Paşinyan xarici KİV-ə müsahibəsində Rusiyanın Cənubi Qafqazdan çəkildiyini bildirib. O deyib ki, bir gün Rusiyanın regionda olmayacağını görəcəyik. Bu, Kremlə yönəlmiş bir neçə təxribatdan yalnız biri idi. Şərqi Avropada müharibə başlayandan bəri Ermənistan ilk dəfə Ukraynaya humanitar yardım göndərib. Həmin günlərdə Ermənistanın birinci xanımı Anna Akopyan Ukraynaya səfər etdi”.

Məqalədə vurğulanıb ki, bu hadisə Rusiyanın qəzəbinə səbəb olub: “Ona görə də Rusiya Xarici İşlər Nazirliyi Ermənistan səfirinə nota verib. Bildirilib ki, Ermənistan son vaxtlar qeyri-dost hərəkətlər edir. Rusiya dövlət mediası Ermənistan parlamentinin Roma statutunu tezliklə ratifikasiya edəcəyini bildirib. Əgər belə olarsa, deməli, Ermənistan Putini həbs etməlidir”.

Nəşr yazıb ki, Rusiya həmişə Ermənistanı müdafiə edib və onun ən yaxın hərbi müttəfiqi olub: “Rusiya Ermənistana ucuz qiymətə silahlar satıb. Həmçinin Ermənistanın ikinci böyük şəhəri olan Gümrüdə hələ də Rusiyanın hərbi bazası var. Rusiya qoşunlarının ərazidə yerləşdirilməsi ilə bağlı ikitərəfli müqavilə 2044-cü ilə qədər qüvvədədir. Amma indi Rusiya Ermənistanın etibarlı silah təminatçısı deyil”.

Alman Xarici Əlaqələr Şurasının Rusiya üzrə eksperti Stefan Meisterin fikrincə, artıq Azərbaycan və Türkiyə Moskva üçün daha vacib tərəfdaşdır.

Analitiklər hesab edirlər ki, N.Paşinyan hazırkı davranışları ilə qumar oynayır: “Onun Rusiyadan uzaqlaşmaq cəhdləri açıq-aydın qumardır. Rusiya nə vaxtsa Paşinyanı cəzalandıracaq. Unutmaq olmaz ki, Rusiya Ermənistanda əsas infrastruktur və sənaye sahələrinə nəzarət etməkdə davam edir”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Talaçay çayından sel keçir
  2. Çaylarda sululuq artdı
  3. Ötən gün vətəndaşların bank kartlarından 6 min manatdan çox pul oğurlanıb
  4. Şirvanda 6 aylıq körpə ölü doğulub
  5. Bakıda "moyka"da kişini elektrik cərəyanı vuraraq öldürüb
  6. Qubada elektrik enerjisinin verilişində fasilə yaranacaq
  7. DİN: Ötən gün bank kartlarından oğurluq qeydə alınmayıb
  8. “Qantas Airlines” aviaşirkətinin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib
  9. Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
  10. Sabirabadda çətənə kolları yetişdirməkdə şübhəli bilinən 4 nəfər həbs olunub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Bu gün Xankəndi, Xocalı, Cəbrayıl və Şuşada məktəblərdə "Son zəng" keçirilir. Bunu elm və təhsil nazirinin müavini Ətraflı
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur. Bunu "Report"a açıqlamasında elm və təhsil nazirinin müavini Həsən Ətraflı
Bütün xəbərlər
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib