Rusiya XİN: “ABŞ və müttəfiqləri Şimali Koreyanı raket buraxılışlarına təhrik edir”
- 15-07-2023, 08:43
- Dünya
"Rəsmi Vaşinqton müttəfiqləri ilə birlikdə faktiki olaraq Pxenyanı raket buraxılışları həyata keçirməyə və hərbi hazırlıqlar aparmağa təhrik edir, Koreya Xalq Demokraik Respublikası (KXDR) sadəcə Qərbin hərəkətlərinə cavab verir".
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.
Onun sözlərinə görə, Rusiya Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi KXDR-in iyulun 12-də buraxdığı raketin Rusiyanın xüsusi iqtisadi zonasına düşməsi ilə bağlı məlumatları araşdırır, lakin hələlik bunu təsdiqləyən heç bir məlumat yoxdur.