KXDR BMT baş katibini tənqid edib
- 2-06-2023, 07:58
- Dünya
Koreya Xalq Demokratik Respublikası (KXDR) bu həftə Şimali Koreyanın ilk kəşfiyyat peykini daşıyan raketin buraxılışını pisləyən BMT-nin Baş katibi Antoniu Quterreşi sərt tənqid edib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə KXDR Xarici İşlər Nazirliyinin beynəlxalq təşkilatlar şöbəsinin rəhbəri Ço Çxol Sunun yaydığı bəyanatda deyilir.
“Mən BMT Baş katibinin hərbi kəşfiyyat peykinin buraxılmasını pisləyən “bəyanatına” qəti etirazımı bildirirəm və bunu BMT üzvü olan dövlətin təbii suveren hüquqlarını pozan kobud ədalətsiz, qeyri-mütənasib daxili işlərə müdaxilə kimi qiymətləndirirəm”, - Xarici İşlər Nazirliyinin nümayəndəsi deyib.
Bəyanatda həmçinin qeyd edilir ki, KXDR-in kosmosun tədqiqi üçün qanuni hüququ var və BMT-nin Pxenyandakı bu cür ritorikası “ABŞ və onun tərəfdarlarının KXDR-ə qarşı düşmənçilik siyasətinin məhsulu” hesab olunur. Bundan əlavə, KXDR Xarici İşlər Nazirliyi hesab edir ki, Quterreş BMT-nin Baş katibi kimi onun suveren hüquqlarını həyata keçirən “dövlətin işlərinə qarışmamaq” üçün təcili həll yolları tələb edən digər beynəlxalq problemlərə daha çox diqqət yetirməlidir.