azadses.az » Dünya » Şimali Koreyadan yeni qanun: Ölkəyə atılan istənilən raketə nüvə silahı ilə cavab verilsin

Şimali Koreyadan yeni qanun: Ölkəyə atılan istənilən raketə nüvə silahı ilə cavab verilsin

Koreya Xalq Demokratik Respublikası (KXDR) qanunvericilik səviyyəsində özünü nüvə dövləti elan edib. Belə ki, Şimali Koreyanın 14-cü Ali Xalq Assambleyasının sessiyasında rəsmi olaraq “Nüvə silahı ilə bağlı siyasət” adlı fərman qəbul edilib.

Bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

Qanuna əsasən, ölkə ona oxşar silahlardan və ya digər kütləvi qırğın silahlarından istifadə etməklə hücum ediləcəyi, eləcə də bu cür hücumun qaçılmaz təhlükəsi olduğu halda nüvə zərbəsi ilə cavab verəcək.

“Milli nüvə qüvvələrinin komandanlıq və nəzarət sistemi düşmən qüvvələrin hücumu təhlükəsi altında olarsa, avtomatik olaraq dərhal nüvə zərbəsi endiriləcək”, - deyə mətndə bildirilir.

Sənəd 11 bənddən ibarətdir. Onlar nüvə silahının təyinatı, nüvə qüvvələrinin tərkibi, onlara komandanlıq və nəzarət haqqında müddəaları ehtiva edir. Bundan əlavə, qaydalar nüvə silahının istifadəsi ilə bağlı qərarların icrası məsələlərini tənzimləyir. Fərmanda onun tətbiqinin, səfərbər edilməsinin, təhlükəsiz saxlanması və mühafizəsinin, kütləvi gücləndirilməsinin, yenilənməsinin və s. prinsip və şərtləri açıqlanıb.

KXDR lideri Kim Çen In Şimali Koreya parlamentinin iclasında çıxışı zamanı bildirib ki, ölkənin nüvə statusu indi geriyədönməzdir və ölkənin nüvəsizləşdirilməsi ilə bağlı müzakirələr artıq mənasızdır.

Respublika başçısı əlavə edib ki, Şimali Koreya ölkənin müdafiəsini sarsıtmağa və hökumətini devirməyə çalışan ABŞ-a görə heç vaxt nüvə silahından imtina etməyəcək.

Qeyd edək ki, BMT və Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) Şimali Koreyanın 2017-ci ildən bəri ilk dəfə olaraq nüvə sınağını keçirməyə hazırlaşmasından ehtiyat edir. Bunu ölkənin şimalındakı “Pungeri” yeraltı sınaq poliqonunda son aylarda qeydə alınan aktivlik göstərir. Peyk görüntülərindən aydın olur ki, 2018-ci ildə ABŞ ilə nüvəsizləşdirmə danışıqları zamanı sökülən tunellər təmir edilir və strukturlar yenidən qurulur. Onu da xatırladaq ki, KXDR 2006-2017-ci illərdə “Pungeri” poliqonunda altı nüvə sınağı həyata keçirib.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Myanmada qasırğada ölənlərin sayı 220 nəfəri ötüb
  2. Ağcabədidə yol qəzasında ağır xəsarət alan azyaşlı Bakıya gətirilib
  3. Goranboyda yanğın zamanı xəsarət alan körpə ölüb
  4. Qusarda yük avtomobili dərəyə aşıb, ölən var
  5. Türkiyə vətəndaşı Bakı-Quba yolunda sükan arxasında ölüb
  6. Göygöldə yük avtomobili dəmir maneə çırpılıb, xəsarət alanlar var
  7. Şəmkirdə həkimi avtomobil vuraraq öldürüb
  8. Şəmkirdə 71 yaşlı kişi yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb
  9. Saatlıda ata iki yaşlı oğlunu avtomobillə vuraraq öldürüb
  10. Xəzər rayonunda 41 yaşlı qadını avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir. "Report" xəbər verir ki, bunu Elm və Təhsil Ətraflı
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvar rayonunda 1 171 şagird birinci sinfə gedəcək. "Report"un Muğan bürosunun məlumatına görə, həmçinin Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu