Главная > Dünya > Rusiya XİN: “ABŞ və müttəfiqləri Şimali Koreyanı raket buraxılışlarına təhrik edir”
Rusiya XİN: “ABŞ və müttəfiqləri Şimali Koreyanı raket buraxılışlarına təhrik edir”15-07-2023, 08:43. Разместил: azadses |
"Rəsmi Vaşinqton müttəfiqləri ilə birlikdə faktiki olaraq Pxenyanı raket buraxılışları həyata keçirməyə və hərbi hazırlıqlar aparmağa təhrik edir, Koreya Xalq Demokraik Respublikası (KXDR) sadəcə Qərbin hərəkətlərinə cavab verir". “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib. Onun sözlərinə görə, Rusiya Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi KXDR-in iyulun 12-də buraxdığı raketin Rusiyanın xüsusi iqtisadi zonasına düşməsi ilə bağlı məlumatları araşdırır, lakin hələlik bunu təsdiqləyən heç bir məlumat yoxdur. Вернуться назад |