azadses.az » Dünya » Rusiya XİN: “Aİ-nin Ermənistandakı missiyası regionda sülh səylərinə xələl gətirə bilər”

Rusiya XİN: “Aİ-nin Ermənistandakı missiyası regionda sülh səylərinə xələl gətirə bilər”

Rusiya XİN: “Aİ-nin Ermənistandakı missiyası regionda sülh səylərinə xələl gətirə bilər”

“Avropa İttifaqının nəyin bahasına olursa-olsun Ermənistanda möhkəmlənmək, Rusiyanın vasitəçilik səylərini geri çəkmək cəhdləri ermənilərin və azərbaycanlıların regionun sülh yolu ilə inkişafına qayıtmaq səyləri kimi köklü maraqlarına zərbə vurmağa qadirdir”.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Avropa İttifaqının Ermənistana iki il müddətinə göndərməyə hazırlaşdığı yeni mülki missiyası ilə bağlı bəyanatında deyilir.

“Yanvarın 3-də Aİ Şurası iki il müddətinə Ermənistanda Avropa İttifaqının yeni mülki missiyasının yaradılması barədə qərar qəbul edib. Aİ-nin mövcudluğunun konkret parametrləri yaxın gələcəkdə müəyyən ediləcək. Amma onun ötən ilin oktyabrından dekabrına kimi Ermənistanda fəaliyyət göstərən Aİ-nin monitorinq mexanizmindən daha genişmiqyaslı olacağı artıq göz qabağındadır.

Rusiyanın Qafqaz regionunda qeyri-regional amilin konsolidasiyası ilə bağlı prinsipial mövqeyi dəyişməyib. Ermənistan-Azərbaycan sərhədində baş verənlərə Aİ “ekspert”lərinin nəzarətindən heç bir “əlavə dəyər” görmürük. Əgər Brüssel səmimi qəlbdən Qafqaz regionunda sülhün bərqərar olmasında maraqlı olsaydı, onlar öz missiya işi şərtlərini Azərbaycanla razılaşdırardılar.

Ermənistanın sərhədyanı rayonlarında ABŞ və NATO-nun əlavəsinə çevrilmiş, MDB məkanında qarşıdurma siyasəti yürüdən Avropa İttifaqı nümayəndələrinin peyda olması regiona yalnız geosiyasi qarşıdurma gətirə və mövcud ziddiyyətləri daha da gücləndirə bilər. Aİ missiyasının bəyan edilmiş mülki mahiyyəti də yanıldan olmamalıdır – bütün sonrakı nəticələri ilə birlikdə Aİ-nin Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti çərçivəsində formalaşır”.

Rusiya xarici siyasət qurumundan əmin olduqlarını bildiriblər ki, yaxın gələcək üçün regionda sabitlik və təhlükəsizliyin əsas amili Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli bəyanatı əsasında yerləşdirilən Rusiya sülhməramlı kontingenti, eləcə də Ermənistan sərhədlərində xidmət edən rusiyalı sərhədçilərdir, onlar vəziyyətin “yerdə” inkişafını nəzərə alaraq Aİ müşahidəçilərinin davranışına reaksiya verəcəklər.

“Biz İrəvanda KTMT missiyası istiqamətində işi məntiqi sona çatdırmadan Aİ-nin xeyrinə seçim etməyi üstün tutduqlarını görürük. Əgər erməni müttəfiqləri KTMT-nin potensialından istifadə etməkdə maraqlı olsalar, onun missiyası tez bir zamanda Ermənistanda yerləşdirilə bilər.

Əvvəl olduğu kimi, biz hesab edirik ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və ümumiyyətlə, regionda vəziyyətin yaxşılaşdırılması üçün ən sabit və uzunmüddətli əsas Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli sazişlərin ciddi və ardıcıl icrası, o cümlədən bütün nəqliyyat və iqtisadi əlaqələrin açılması, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin parametrlərinin razılaşdırılması, ictimaiyyət, ekspert dairələri və parlamentarilər arasında üçtərəfli əlaqələrin inkişafıdır. Rusiya Federasiyası buna hər cür kömək etməyə hazırdır”, - deyə Rusiya XİN-in bəyanatında bildirilib.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Şəmkirdə avtomobillər toqquşub, xəsarət alanlar var
  2. Yevlaxda ağacdan yıxılaraq ağır xəsarət alan kişi xəstəxanada ölüb
  3. Myanmada qasırğada ölənlərin sayı 220 nəfəri ötüb
  4. Ağcabədidə yol qəzasında ağır xəsarət alan azyaşlı Bakıya gətirilib
  5. Goranboyda yanğın zamanı xəsarət alan körpə ölüb
  6. Qusarda yük avtomobili dərəyə aşıb, ölən var
  7. Türkiyə vətəndaşı Bakı-Quba yolunda sükan arxasında ölüb
  8. Göygöldə yük avtomobili dəmir maneə çırpılıb, xəsarət alanlar var
  9. Şəmkirdə həkimi avtomobil vuraraq öldürüb
  10. Şəmkirdə 71 yaşlı kişi yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir. "Report" xəbər verir ki, bunu Elm və Təhsil Ətraflı
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvar rayonunda 1 171 şagird birinci sinfə gedəcək. "Report"un Muğan bürosunun məlumatına görə, həmçinin Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu