Paşinyan Avropa İttifaqının xüsusi nümayəndəsi Toivo Klaarla görüşüb

Bu barədə Ermənistan hökumətinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, tərəflər Aİ-nin mülki missiyasının Ermənistan-Azərbaycan sərhədyanı bölgəsindəki fəaliyyəti, regional təhlükəsizlik, sülh və sabitlik məsələləri barədə fikir mübadiləsi aparılıblar.
Görüşdə həmçinin Azərbaycanla kommunikasiyaların açılması müzakirə edilib, delimitasiya və demarkasiya komissiyalarının fəaliyyətinə toxunulub.