azadses.az » Dünya » Ləyaqət və dürüstlük İranın siyasətinə ziddir - ŞƏRH

Ləyaqət və dürüstlük İranın siyasətinə ziddir - ŞƏRH

Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri qonşularla münasibətlərin normal səviyyədə olmasıdır. Biz keçən il Şuşa Bəyannaməsi nəticəsində qardaş Türkiyə ilə müttəfiq olduq. Qərb qonşularımızdan biri, Gürcüstanla münasibətlərimiz həmişə olduğu kimi bu gün də yaxşıdır. Şimal qonşumuz Rusiya ilə münasibətlər yaxşıdır. Həmçinin Vətən müharibəsindəki qələbədən, torpaqlarımızı azad etdikdən sonra bu gün Ermənistana sülh təklif edir, münasibətlərimizin normallaşmasına çalışırıq. Ermənistan istisna olmaqla adıçəkilən dövlətlər də Azərbaycanla münasibətlərdə maraqlıdırlar. Çünki müasir dövrdə rəsmi Bakı əsas regional aktorlardandır.

Buna baxmayaraq, cənub qonşumuz İran uzun illərdir ki, Azərbaycana qarşı birmənalı mövqe sərgiləmir. Müxtəlif rəsmilər, o cümlədən ölkə rəhbərliyi ayrı-ayrı vaxtlarda Bakı ilə bağlı konstruktiv bəyanatlar səsləndirsələr də, əməldə başqa ritorika nümayiş etdiriblər. Bu, İran fars rejiminin ikiüzlülüyünün ən bariz nümunəsidir.

Çox uzağa getməyə ehtiyac yoxdur: 2020-ci ildəki Vətən müharibəsi zamanı İranın proseslərə yanaşması oradakı fars rejimi haqqında hər cür tənqidə əsas yaradır. 44 günlük savaşda və ondan əvvəlki dövrdə- döyüşlər ərəfəsində Tehran intensiv formada erməni tərəfini silahlandırmaqda idi. Eyni zamanda bir sıra dövlətlər İran vasitəilə Ermənistanı silahlandırırdı.

Fars rejimi isə buna nəinki göz yumur, hətta şərait yaradırdı. Əlbəttə, istəsə, etiraz edə, hava məkanını da, quru yolunu da silah təminatı üçün bağlaya bilərdi. Lakin istəmir, əksinə, silahların keçməsinə yardım edirdi.



Həmin vaxtlarda İran rəsmiləri bu məsələni təkzib edirdilər. Lakin yayılan kadrlar göstərirdi ki, dürüstlük, ləyaqət Tehranın xarici siyasətinə qəti şəkildə ziddir.

İranın daim Ermənistanı silahlandırması nə Azərbaycanla qonşuluğa, nə də din birliyinə-İslam həmrəyliyinə uyğundur. Deməli, İran üçün müqəddəs heç nə yoxdur. Hətta bir çox hallarda fars rejiminin dindən manipulyasiya vasitəsi kimi istifadə etdiyini də desək, yanılmarıq. Bununla bağlı da onlarca misal çəkmək olar.

Müharibədən bir müddət sonra, 2021-ci ildə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Ermənistanın həmin vaxtkı XİN başçısı Ara Ayvazyanla görüşündə Ermənistanın ərazi bütövlüyünün İran üçün “qırmızı xətt” olduğunu söyləmişdi. Beləliklə, İranın regionla bağlı siyasəti bir daha ortaya çıxmışdı. Bundan sonra Tehranın Bakı haqqında “dost” sözünü işlətməsi, əlbəttə, həm absurd, həm də gülünc, həm də ikiüzlülükdür.

2021-ci ilin iyun ayında İranda prezident seçkiləri keçirilərkən yeni hökumətin Azərbaycana münasibətinin, nəhayət, dəyişəcəyinə ümid edənlər var idi. Lakin belə olmadı.



Görünür, İran üçün bu regional siyasət hakimiyyət yox, tarixilik məsələsidir. Yəni hakimiyyətə kim gəlirsə, gəlsin Tehran düzələn deyil. Necə gəlibsə, elə də gedəcək: riyakar, ləyaqətsiz, ikiüzlü...

Əslində, İranın Ermənistana dəstəyi son illərdə yox, 90-cı illərin sonunda - SSRİ parçalandıqdan sonra başlayıb. İrəvanın zəhərli ilan kimi baş qaldırmasının əsas səbəblərindən biri də məhz bu idi. Təəssüflə deməliyik ki, Tehran həmişə Bakıya qarşı İrəvan “kart”ından istifadə etməyə çalışıb.

Öz doğma müsəlman qardaşlarının məhv edilməsi üçün qeyri-dindən olan ölkəyə yardım edən dövlət öz vətəndaşlarına qarşı da ayrı-seçkilik edir, orada azərbaycanlıarı daim sıxışdırmaqda davam edi, həmvətənlərimizin hüquqlarını pozur. Sanki 1925-ci ilə - Pəhləvi sülaləsi hakimiyyətə gələnə qədər ölkəni Azərbaycan türkləri idarə etməyiblər!

Bu gün İranda azərbaycanlıları qarşı neqativ münasibət isə bizi narahat etməyə bilməz. Çünki oradakı soydaşlarımız dünyadakı 50 milyon azərbaycanlının əhəmiyyətli hissəsidir. Biz bütün təzyiqlərə rəğmən, tariximizə sahib çıxır və faktların saxtalaşdırılmasını istəmirik. İrana da bunu təklif edirik. Çünki regionda yeni reallıqları Azərbaycan və Türkiyənin diktə etdiyi, dünya ölkələrinin Bakı ilə münasibətlərinin inkişafına çalışdığı bir vaxtda İranın riyakar siyasəti bumeranaq effekti verə bilər. Necə deyərlər, sirkə nə qədər tünd olarsa, öz küpünü çatladar.
P.S. Fars şovinistləri Cənubi Azərbaycandakı soydaşlarmızla bağlı neqativ addım atarkən heç vaxt unutmamalıdır ki, İrandakl inqilablar adətən Təbrizdən başlayır...
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Həştərxanda fərdi evdə yanğın zamanı 5 uşaq ölüb
  2. Bakının üç rayonunda qaz təchizatı dayandırılacaq
  3. DTX-nin həbs etdiyi haker: Məqsədim Azərbaycan serverlərində müdaxilənin qarşısı almaq üçün milli proqram yaratmaq idi
  4. FHN: Su basmış yerlərdə 33-ü uşaq olmaqla 135 nəfər təxliyə olunub
  5. Nizami rayonunda 18 yaşlı gənci avtomobil vurub
  6. Yevlaxda yol qəzasında xəsarət alan 8 sərnişin xəstəxanadan evə buraxılıb - YENİLƏNİB
  7. Bakıda körpələr evi-uşaq bağçasında yanğın olub
  8. ADSEA: Yağışların fasiləsiz yağması suların tam çəkilməsinə mane olur
  9. Azərbaycanda yağışlı havaya görə bütün limanlar bağlanıb
  10. Göygöldə qarın hündürlüyü 6 sm-ə çatıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Britaniya Kolumbiyası Universitetinin Blasson Kvant Materiyası İnstitutunun tədqiqatçıları ilk dəfə olaraq metal və birölçülü Ətraflı
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir. “Report” xəbər verir ki, bunu Ətraflı
Bütün xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib