azadses.az » Cəmiyyət » "Türkiyənin Qarabağda olması..."

"Türkiyənin Qarabağda olması..."

“Türkiyə zatən Azərbaycandadır və hər zaman da olacaq. Müşahidə qüvvələrinin bir hissəsi kimi də Türkiyə Azərbaycanda olacaq”.
 
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidentinin Sözçüsü İbrahim Qalın NTV telekanalına müsahibəsində bildirib.
 
İ.Qalın Qarabağ məsələsilə bağlı Türkiyəyə qarşı irəli sürülən ittihamlarla razılaşmadığını, Türkiyənin Qarabağda olmasının Avropa üçün də faydalı olacağını vurğulayıb: “Ruslar önə çıxdı və atəşkəs üçün bir razılaşma əldə olundu. Rusiya hərbçiləri orada 5+5 il qalacaqlar. Mən də bunu deyirəm: Madam rus hərbçilərinin orada varlığından narahatsınız, nədən bu günə qədər müttəfiq  olaraq  gördüyünüz Ermənistana oradakı rus hərbi bazalarını çıxarılmasını söyləmədiniz? Buna gücünüz çatırsa, buyurun edin, Ermənistan oradakı rus hərbiçilərini çıxarsın. Ruslar Qafqaza və ya Ermənistana yeni gəlmədi, illərlədir ki, oradadırlar. ABŞ atəşkəs üçün bir fəaliyyətə başladı, bizdən də dəstək istədilər, biz də dəstək olduq. Atəşkəs 2 gün çəkdi. Bundan başqa, məsələn, Fransadan hansısa bir təklif gəldimi? Avropa, NATO və ya Avropa İttifaqından hansı dəyərli bir təklif verildi ki, biz onu rədd etdik? Amma Rusiya ilə 30 illik münaqişəni müzakirə edib, savaşı sonlandıracaq razılaşma əldə etdik. İndi türk əsgərləri də müşahidəçi qüvvə qismində orada olacaq. Bu Qərb və Avropa üçün də strateji mənfəət olaraq qəbul edilməlidir.  Qarabağda, Liviyada, Suriyada Türkiyənin olması Avropa İttifaqı üçün də faydalıdır”.
 
İ. Qalın deyib ki, Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyətilə bağlı Rusiya tərəf Türkiyə ilə Ankarada fikir mübadiləsi aparıb, hazırda isə Kremldə bununla əlaqədar müzakirələr davam edir: “Hərbiçilərimiz, müdafiə, xarici işlər nazirlərimiz və milli təhlükəsizlik qüvvələrimiz bu məsələlərə birgə nəzarət edir.  Önümüzdəki günlərdə əməliyyat prosedurları, kimin hansı işi görəcəyi və bunların harada və necə olacağı ilə bağlı danışıqların nəticələrini gözləyirik. Türk əsgərləri onsuz da orada olacaq. Azərbaycanla qardaş münasibətlərimizə görə hərbi hazırlığımız və əməkdaşlıq müqavilələrimiz çox qədimdir. Müşahidə qüvvələrinin bir hissəsi kimi  Türkiyə hərbçilərinin Azərbaycanda olmasına dair qanun layihəsi də qəbul edildi”.
 
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Talaçay çayından sel keçir
  2. Çaylarda sululuq artdı
  3. Ötən gün vətəndaşların bank kartlarından 6 min manatdan çox pul oğurlanıb
  4. Şirvanda 6 aylıq körpə ölü doğulub
  5. Bakıda "moyka"da kişini elektrik cərəyanı vuraraq öldürüb
  6. Qubada elektrik enerjisinin verilişində fasilə yaranacaq
  7. DİN: Ötən gün bank kartlarından oğurluq qeydə alınmayıb
  8. “Qantas Airlines” aviaşirkətinin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib
  9. Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
  10. Sabirabadda çətənə kolları yetişdirməkdə şübhəli bilinən 4 nəfər həbs olunub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Bu gün Xankəndi, Xocalı, Cəbrayıl və Şuşada məktəblərdə "Son zəng" keçirilir. Bunu elm və təhsil nazirinin müavini Ətraflı
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur. Bunu "Report"a açıqlamasında elm və təhsil nazirinin müavini Həsən Ətraflı
Bütün xəbərlər
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib