azadses.az » Cəmiyyət » Qanunsuz mərc oyunlarını reklam edən SAYTLAR BAĞLANACAQ

Qanunsuz mərc oyunlarını reklam edən SAYTLAR BAĞLANACAQ

Bildiyimiz kimi, ölkə daxilində və xaricində qanunsuz idman mərc oyunları həyata keçirən internet portallar mövcuddur. Həmin portalların reklamıları isə ölkəmizin kütləvi informasiya vasitələrinin rəsmi saytlarında yayımlanmaqdadır.
Bəs, qanunsuz idman mərc oyunlarını reklam edən saytların aqibəti necə olacaq?
''Azad Səs'' Redaktor.az-a istinadən xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən verilən məlumatda bildirilib ki, ölkəmizdə həm hüquqi, həm texniki cəhətdən müvafiq təhlükəsizlik tədbirlərinin həyata keçirilməsinə baxmayaraq, qanunla qadağan edilən məlumatların internet informasiya ehtiyatlarında və başqa platformalarda yerləşdirilməsi kimi neqativ hallara rast gəlinir.
“Qeyd olunan halların qarşısının alınması və istifadəçilər üçün daha da təhlükəsiz və etibarlı internet mühitinin yaradılması məqsədilə tərəfimizdən aidiyyəti qurumlarla birgə hüquqi, inzibati və texniki tədbirlər həyata keçirilməkdədir. Bu sahədə fəaliyyət, əsasən “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. İnternet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatında adı çəkilən qanunun müvafiq maddələri ilə müəyyən edilmiş, yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verməməlidir.
Yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatında yerləşdirilməsi halı ilə bağlı əsaslandırılmış məlumatlar daxil olduqda, məsələ ilə əlaqədar ilkin olaraq internet informasiya ehtiyatının və onun domen adının sahibinə və host provayderə yazılı xəbərdarlıq edilir. Xəbərdarlıq edildiyi vaxtdan qanunla müəyyən edilmiş müddət ərzində yayılması qadağan edilən informasiya internet informasiya ehtiyatından götürülmədikdə, həmin internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə müvafiq qaydada məhkəməyə müraciət edilir. Bu kimi hallar ilə də bağlı aidiyyəti qurumlar tərəfindən müraciət daxil olduqda nazirlik tərəfindən qanunvericiliyə müvafiq qaydada lazımi tədbirlər görülür", -deyə nazirlikdən bildirilib. 
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Talaçay çayından sel keçir
  2. Çaylarda sululuq artdı
  3. Ötən gün vətəndaşların bank kartlarından 6 min manatdan çox pul oğurlanıb
  4. Şirvanda 6 aylıq körpə ölü doğulub
  5. Bakıda "moyka"da kişini elektrik cərəyanı vuraraq öldürüb
  6. Qubada elektrik enerjisinin verilişində fasilə yaranacaq
  7. DİN: Ötən gün bank kartlarından oğurluq qeydə alınmayıb
  8. “Qantas Airlines” aviaşirkətinin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib
  9. Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
  10. Sabirabadda çətənə kolları yetişdirməkdə şübhəli bilinən 4 nəfər həbs olunub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Bu gün Xankəndi, Xocalı, Cəbrayıl və Şuşada məktəblərdə "Son zəng" keçirilir. Bunu elm və təhsil nazirinin müavini Ətraflı
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur. Bunu "Report"a açıqlamasında elm və təhsil nazirinin müavini Həsən Ətraflı
Bütün xəbərlər
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib