azadses.az » Cəmiyyət » Ölkədə internetin sürəti niyə zəifdir? - AÇIQLAMA

Ölkədə internetin sürəti niyə zəifdir? - AÇIQLAMA

Vətəndaşlar Bakıda, Sumqayıtda eləcə də digər regionlarda təklif edilən internetin keyfiyyətindən (sürətindən) narazıdırlar.
Bu barədə Oxu.Az-a vətəndaşlar tərəfindən müraciətlər daxil olub. Xüsusilə də valideynlər uşaqların onlayn dərslərə qoşulan zaman çətinlik çəkdiklərini deyirlər.
Keyfiyyətsiz internet səbəbindən əlaqə tez-tez kəsilir və bu dərs prosesinin keyfiyyətini azaldır. Pandemiya ilə bağlı əhalinin böyük bir hissəsinin mütəmadi evdə olması və internetdən istifadə etməsi sürəti zəiflədə bilər. Bəs problemin aradan qaldırılması üçün hansı tədbirlər görülməlidir?
Məsələ ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə sorğu ünvanladıq. Nazirlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirdilər ki, pandemiya dövründə karantin tətbiq edildiyi üçün internet xidmətlərinə olan tələbat yüksəlib və istifadə olunan internet trafiki kəskin şəkildə artıb. Məktəb və universitetlər distant təhsilə keçdiyindən, evdə olan şagirdlərin və tələbələrin izlədiyi kontentlər bütün videotrafikin təxminən 70 faizini təşkil edir. Hər kəs eyni zamanda internet şəbəkəsinə qoşulmağa çalışır. Təbii ki, bu halda çətinliklərin yaranması qaçılmazdır.
Bu isə infrastrukturun dayanıqlılığının və alternativliyinin daha yüksək səviyyədə təmin olunmasını zəruri edir. İstifadəçilərin internet xidmətlərinə tələbatının artması ilə əlaqədar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ölkə üzrə internet infrastrukturunun xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində kompleks işlər aparır.
Görülən işlər sırasında ilk olaraq ölkə üzrə qlobal internet kanallarına qoşulma sürəti artırılıb. Bununla yanaşı, internet xidməti təqdim edən operator və provayderlər də milli internet operatorlarından aldıqları tutumları artırıblar.
Pandemiya ilə əlaqədar internet xidmətlərinə artan tələbat fonunda, cari ilin səkkiz ayında dövlət telekommunikasiya operatorları tərəfindən 100 000 abunəçiyə internetə qoşulmaq üçün texniki imkan yaradılıb və 65 000-ə yaxın vətəndaşın şəbəkəyə qoşulması təmin edilib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində xidmət göstərən “Baktelecom” və “Aztelekom” MMC pandemiya dövründə paytaxt sakinlərini fasiləsiz rabitə xidmətləri ilə təmin etmək üçün gücləndirilmiş iş rejimində fəaliyyət göstərirlər.
Bu dövr ərzində məsafədən iş rejiminin təşkili ilə əlaqədar daha sürətli internet bağlantıları olan ofislərdə istifadə olunan gücləndirilmiş şəbəkə nəzərdə tutulmayan yaşayış yerlərində istifadə edilməyə başladı.
Ötən illə müqayisədə bu ilin son doqquz ayı üzrə “Baktelecom”un təqdim etdiyi multimedia xidmətlərinə qoşulmada 40 faiz artım müşahidə olunub.
Eyni zamanda Bakıətrafı ərazilərdə də internetin sürətinin daha da yaxşılaşdırılması üçün tədbirlər davam etdirilir. Belə ki, “Baktelecom” tərəfindən Bakıətrafı ərazilərdə “Evədək optika” layihəsinin icrası sürətləndirilib. Bundan əvvəl layihə yalnız köhnə və yeni yaşayış binalarında icra olunurdu. Xüsusilə yeni tədris ilinin başlanması ilə əlaqədar Bakı kəndlərində yerləşən fərdi evlərdə optik şəbəkənin inşası davam etdirilir və sakinlərin rabitə xidmətlərinə qoşulması operativ şəkildə həyata keçirilir.
Bu yaxında Biləcəri qəsəbəsi və Hövsan yolundakı Qum adasında yerləşən yeni yaşayış massivinin sakinləri optik xidmətlərlə təmin ediliblər. Hazırda Nizami, Xətai, Sabunçu və Xəzər rayonlarında fərdi evlərdən ibarət olan yaşayış massivlərində tərəfimizdən optikləşdirmə işləri aparılır. “Baktelecom” layihənin əhatə dairəsini mərhələli şəkildə genişləndirir. Qeyd edək ki, qurum eyni zamanda köhnə və yeni yaşayış binalarında, demək olar ki, paytaxtın bütün rayonları üzrə “Evədək optika” layihəsini icra edir. Bu ərazilər üzrə, hələ ki, infrastrukturun icrası gedən ərazilər və ya xidmətə qoşulan sakinlər də var. Müraciət sayını nəzərə alaraq telekommunikasiya infrastrukturunun qurulması işləri planlı və operativ qaydada aparılır. Bundan əlavə, məhdud infrastrukturlu ərazilərdə “Baktelecom” tərəfindən LTE texnologiyası ilə “Simsiz rabitə” xidməti təqdim edilir.
Hazırda regionlara ötürülən trafikin həcmində 40 faizdən çox artım müşahidə olunur. Regionlarda telekommunikasiya xidmətlərinə olan tələbatın ödənilməsi məqsədilə “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən mərhələli şəkildə infrastruktur layihələri həyata keçirilir. Həm magistral, həm də paylayıcı şəbəkələr müasirləşdirilir.
Magistral xətlərin ötürülmə qabiliyyətinin 100 qat artırılması məqsədilə DWDM texnologiyası tətbiq edilib. Eyni zamanda paylayıcı şəbəkənin yenidən qurulması layihəsi hazırlanıb. Layihənin ilkin mərhələsində Abşeron və Masallı rayonlarında, Sumqayıt və Gəncə şəhərlərində işlər aparılır. Sözügedən layihə çərçivəsində mis xətlər optik kabellə əvəzlənir, GPON texnologiyası tətbiq edilir.
İnternet xidməti ilə bağlı yaranan bütün suallar və müraciətlər qeydə alınır, həlli istiqamətində operativ müdaxilələr edilir. Vətəndaşlara göstərilən xidmətlərin keyfiyyət və çeşidinin artırılması məqsədilə mərhələli işlər digər regionlarda da həyata keçiriləcək.Oxu.az
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Myanmada qasırğada ölənlərin sayı 220 nəfəri ötüb
  2. Ağcabədidə yol qəzasında ağır xəsarət alan azyaşlı Bakıya gətirilib
  3. Goranboyda yanğın zamanı xəsarət alan körpə ölüb
  4. Qusarda yük avtomobili dərəyə aşıb, ölən var
  5. Türkiyə vətəndaşı Bakı-Quba yolunda sükan arxasında ölüb
  6. Göygöldə yük avtomobili dəmir maneə çırpılıb, xəsarət alanlar var
  7. Şəmkirdə həkimi avtomobil vuraraq öldürüb
  8. Şəmkirdə 71 yaşlı kişi yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb
  9. Saatlıda ata iki yaşlı oğlunu avtomobillə vuraraq öldürüb
  10. Xəzər rayonunda 41 yaşlı qadını avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir. "Report" xəbər verir ki, bunu Elm və Təhsil Ətraflı
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvar rayonunda 1 171 şagird birinci sinfə gedəcək. "Report"un Muğan bürosunun məlumatına görə, həmçinin Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu