azadses.az » Cəmiyyət » Vüsalə Mahirqızı: “APA-nın adından sui-istifadə edənlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub”

Vüsalə Mahirqızı: “APA-nın adından sui-istifadə edənlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub”

“Artıq neçənci dəfədir ki, “APA” xəbər brendinin adından sui-istifadə hallarına rast gəlirik. Çox təəssüf ki, yenə də bir işbaz .az domen sahəsində “apaxeber” adlı sayt qeydiyyatdan keçirə bilib. O bir az da irəli gedərək, saytın loqosunda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən mənim təsisçiliyimlə qeydiyyatdan keçirilmiş Azəri-Press Agentliyi MMC-nin adını da əlavə edib”.
Bunu “APAGroup” media şirkətinin baş direktoru Vüsalə Mahirqızı deyib.
V. Mahirqızı bildirib ki, araşdırıma zamanı bu əməli törədənin Beyləqan şəhəri, N. Nərimanov 21 ünvanında qeydiyyatda olan Vüqar Vaqif oğlu Qasımov olduğu müəyyənləşib: “Biz artıq bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov və Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, cənab Əli Nağıyevə müraciət etmişik. Düşünürük ki, bu cür özfəaliyyətin qarşısı dərhal alınmalı və belə presedentlərin yaranmasına imkan verilməməlidir. Eyni zamanda Vüqar QasımovunAPAadından sui-istifadə etməsi ilə üzləşmiş şəxslərdən hüquq-mühafizə orqanlarına və bizə məlumat vermələrini xahiş edirik”.
V. Mahirqızı bildirib ki, eyni zamanda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri cənab Ramin Quluzadəyə də müraciət edilib: “Mən təşəkkür edirəm ki, müraciətimizə həm nazirlik tərəfindən, həm də online.az tərəfindən operativ reaksiya verilərək, dərhal araşdrımalara başlanıldı. Eyni zamanda düşünürəm ki, Elektron Təhlükəsizlik Xidməti bu məsələni birdəfəlik və kökündən həll etmək üçün sistemi təkmilləşdirməlidir. Çox təəssüf ki, biz bir neçə il əvvəl də eyni problemlə üzləşmişdik. Həmin vaxt .az domen sahəsi üçün satış həyata keçirən online.az şirkətinə məktubla müraciət etmişdik. Məktubumuzda bildirmişdik ki, Azərbaycanda “APA” əmtəə nişanı 27.06.2014-cü il tarixində Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində N 20141048 şəhadətnamə ilə patentləşdirilib. Yəni, bu addan başqa heç bir fiziki və hüquqi şəxs istifadə edə bilməz. Çox təəssüf ki, yenə eyni hal baş verir”.
V. Mahirqızı deyib ki, brendlərin bu halla rastlaşmaması üçün online.az öz sistemini təkmilləşdirməli və Əqli Mülkiyyət Agentliyi ilə vahid reyestrdə fəaliyyət göstərməldir: “Biz hər dəfəAPAəmtəə nişanının bizə məxsus olduğunu məhkəmədə sübuta yetirməliyik? Bir dəfə bu ölkənin patentləşdirmə ilə məşğul olan dövlət qurumundan lazımı sertifikat alınıb və bütün qurumlara təqdim olunub. “Online.az”ın sistemində eyni adla başqa fiziki və hüquqi şəxsin qeydiyyat həyata keçirməsinə mane olacaq filtrin qurulması o qədər də çətin iş olmamalıdır. Ümid edirik ki, gələcəkdə məşhur brend adlarından .az domen zonasında sui-istifadənin qarşısının alınması üçün təxirəsalınmaz tədbirlər görüləcək”.
V. Mahirqızı məsələ ilə bağlı məhkəməyə də müraciət ediləcəyini bildirib.
Şirkət rəhbəri bir daha vurğulayıb ki, Azəri-Press Agentliyinin (APA) yeganə internet ünvanı www.apa.az-dır: “Biz bir daha bütün xəbər mənbələrinə müraciət edirik. OnlaraAPAadından müraciət edən müxbir, fotomüxbir və operatorlardan şirkətin vəsiqəsini tələb etsinlər, hər hansı şübhələndikləri məqam olduqda isə agentliklə əlaqə saxlasınlar”. 
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Talaçay çayından sel keçir
  2. Çaylarda sululuq artdı
  3. Ötən gün vətəndaşların bank kartlarından 6 min manatdan çox pul oğurlanıb
  4. Şirvanda 6 aylıq körpə ölü doğulub
  5. Bakıda "moyka"da kişini elektrik cərəyanı vuraraq öldürüb
  6. Qubada elektrik enerjisinin verilişində fasilə yaranacaq
  7. DİN: Ötən gün bank kartlarından oğurluq qeydə alınmayıb
  8. “Qantas Airlines” aviaşirkətinin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib
  9. Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
  10. Sabirabadda çətənə kolları yetişdirməkdə şübhəli bilinən 4 nəfər həbs olunub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Bu gün Xankəndi, Xocalı, Cəbrayıl və Şuşada məktəblərdə "Son zəng" keçirilir. Bunu elm və təhsil nazirinin müavini Ətraflı
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur. Bunu "Report"a açıqlamasında elm və təhsil nazirinin müavini Həsən Ətraflı
Bütün xəbərlər
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib