azadses.az » Cəmiyyət » “Dedim ki, “Vüqar, narahat olma sağalacaqsan”, amma xəstəliyi ciddi idi..." — Elşən Xəzər

“Dedim ki, “Vüqar, narahat olma sağalacaqsan”, amma xəstəliyi ciddi idi..." — Elşən Xəzər

"Həyata gəlmişəm zülm üçün indi. Bülbüləm, söz qoşum gülüm üçün indi Tələsir bir qərib ölüm üçün indi. Bir vaxtı toylara tələsən şair”.
"Azad Səs" open.az-a istinadən xəbər verir ki, bu sözləri bir neçə gün öncə vəfat edən tanınmış meyxanaçı, şair Vüqar Biləcəri mərhum söz ustadı Aydın Xırdalanlıya deyib.
Sənətkarın xəstəlikdən əziyyət çəkdiyi günlərdir, məclislərin birində yığışıblar: Rəşad Dağlı, Aydın Xırdalanlı, Vüqar Biləcəri...
Vüqar Aydına tələsmə deyir. Amma özü də ayaq saxlamır, ləngimir. Xırdalanlının ölümündən bir il sonra, yalandı dediyi dünyadan gedir. Ailəsinin, dostlarının gözlərini yaşlı qoyub, əbədiyyətə qovuşur.
Əsl adı Vüqar Paşayev olan şair 1988-ci ildə Bakıda dünyaya göz açıb. Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb. Meyxana aləminə gənc yaşlarında qədəm qoyub. Nədənsə, sonralar o, söz sənətindən uzaqlaşmaq fikrinə gəlib. Deyirlər axırıncı dəfə Rəşad Dağlının toyunda meyxana deyib, sənətdən gedəcəkmiş. Amma taleh imkan vermir, toydakı çıxışı ilə meyxanasevərlərin rəğbətini qazanır. Elə həmin gündən sonra məşhurlaşıb, sevilir...
Vüqar meyxana aləmində əruz vəznini yaxşı bilməsi ilə seçilir. Hətta sevənləri onu “Əruzun Şahı” adlandırır. Məclislərdə səsləndirdiyi qəzəllər əsl söz aşiqlərinin ruhunu oxşayır.
İstedadlı şair, ustad olması ilə yanaşı ona gözəl insan da deyirlər. Ən çox da yaxşılar dünyadan vaxtsız köçəndə adamın ürəyinə od düşür.
“Axırıncı dəfə görüşüb, dərdləşdik” deyir xatirələrini “Sherg.az”a danışan Elşən Xəzər:
“Söylədim ki, “Vüqar, narahat olma sağalacaqsan”. Amma xəstəliyi ciddi idi. Ona görə ürək-dirək verirdik. İstəyirdi mənim kimi dini aləmə gəlsin, meyxanadan çəkilsin, ilahi qəzəllər oxusun. Mən də onu hər zaman gözlədiyimi bildirdim. Dedim ki, gəl bir yerdə işləyək, şeirlər, qəzəllər yazaq. Uzun-uzun söhbət etdik. Vüqar İmam Hüseyn aşiqi, Allahına bağlı insan idi. Son görüşümüz belə oldu. Təkidlə deyirdi ki, Hacı, çox istəyirəm meyxanadan uzaqlaşım. Səninlə bir yerdə islami toylarda çıxış edim. Mən də hər zaman yanında olduğumu söylədim. Sonra İmam Hüseynə olan eşqindən bəhs edirdi. İndi hadisələrin hamısı, birgə keçirdiyimiz günlər gözümdə canlanır. Adam bilmir nə desin. Evlənməmişdi, toy etməmişdi, cavan uşaq idi... “
Ələkbər Yasamallı Vüqarın vaxtsız gedişindən səsi titrəyə-titrəyə danışır: “Onsuz da hamımız öləcəyik, bu dünyada qalmayacağıq. Lakin zamansız oldu. Aydın bizi ölümünə öyrəşdirdi. Bir neçə dəfə halı pisləşdi, dedilər ölüb. Sanki hamımızı psixoloji cəhətdən ölümünə hazırladı. Amma Vüqar... Bacım oğlundan sonra ikinci şoku Vüqarın ölümü ilə yaşadım. Ona görə 2020-ci ilin qurtarmağını səbirsizliklə gözləyirəm. Bu il bitsin, dərd-bəladan xilas olaq”.
Birdən xətt kəsilir. Ağlıma iki səbəb gəlir: Ya ustad kövrəlib, söhbəti dayandırmaq istədi, ya da şəbəkədə problem yarandı. Birinci versiya daha inandırıcı görünür, ona görə təkrar zəng vurmuram.
Keçirəm Vüqar Biləcərinin digər dostu meyxanaçı Balaəli Maştağalıyla söhbətə.
O da sarsılıb məlum hadisədən, mərhumun doğum günündə yaşananları xatırlayır. Acı bir təbəssümlə dostunu yada salır: “Avqustun 24-ü ad günündə bir yerdə idik. Rəşad, Orxan, mən Ruslan getmişdik. Hal-əhval tutduq. Vüqar çox sadə, mehriban insan idi. Deyib-gülürdük, tort kəsirdik. Hələ videosu da var. Vüqar bıçağı uzadır ki, tortun üzərindəki şəklinin baş hissəsindən kəssin. Orxan da deyir ki, başını kəsmə, o da dərhal cavab verir: neyləyim, qulağını kəsim? Allah rəhmət eləsin“.
Orxan Lökbatanlı hələ də inana bilmir dostunun ölümünə, qəbrini ziyarət edib, qayıtdığını bildirir kövrək şəkildə: “Özümüzə də inandırıcı gəlmir. Üç gündür biz onun qardaşları, yaxınları olaraq inana bilmirik ki, Vüqar ölüb. Dünyadır, bir gün hamı gedəcək. İnsan getmək üçün gəlib dünyaya. Amma vaxtsız oldu. Avqustun 24-də ad günü idi rəhmətliyin. Getdik, sonrakı gün də görüşdük. Hamımız ümid edirdik ki, sağalacaq. Alınmadı”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Myanmada qasırğada ölənlərin sayı 220 nəfəri ötüb
  2. Ağcabədidə yol qəzasında ağır xəsarət alan azyaşlı Bakıya gətirilib
  3. Goranboyda yanğın zamanı xəsarət alan körpə ölüb
  4. Qusarda yük avtomobili dərəyə aşıb, ölən var
  5. Türkiyə vətəndaşı Bakı-Quba yolunda sükan arxasında ölüb
  6. Göygöldə yük avtomobili dəmir maneə çırpılıb, xəsarət alanlar var
  7. Şəmkirdə həkimi avtomobil vuraraq öldürüb
  8. Şəmkirdə 71 yaşlı kişi yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb
  9. Saatlıda ata iki yaşlı oğlunu avtomobillə vuraraq öldürüb
  10. Xəzər rayonunda 41 yaşlı qadını avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir. "Report" xəbər verir ki, bunu Elm və Təhsil Ətraflı
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvar rayonunda 1 171 şagird birinci sinfə gedəcək. "Report"un Muğan bürosunun məlumatına görə, həmçinin Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu