“Buna hansı ata dözər?”
- 19-08-2020, 08:16
- Cəmiyyət
“Nə deyim... Oğlum, sənin üçün hər şey etdim. Amma qoruya bilmədim. Axırıncı zəngində mənə dedin ki, ata, ölümümü yüngül qarşıla. Buna hansı ata dözər? Sonra həbs olundun”.
"Qafqazinfo xəbər verir ki, bu sözləri dünən saxlanılan gənc yazar Kəramət Böyükçölün atası, şair-publisist Qəşəm Nəcəfzadə sosial şəbəkədə paylaşıb.
“Sağlamlığın və təhlükəsizliyin üçün bəlkə də, bunda da bir xeyir var. Türmə də vətəndir, oğlum, vətəni sev. Yolun açıq olsun!”,-deyə Q.Nəcəfzadə qeyd edib. Xatırladaq ki, Daxili İşlər Nazirliyi Kəramət Böyükçölün kirayədə qaldığı evin sahibinin, qonşuların şikayətləri əsasında, eyni zamanda onun şəxsi təhlükəsizliyinin və sağlamlığının qorunması məqsədilə saxlanıldığını açıqlayıb. Qeyd olunur ki, son günlər Kəramət Böyükçölün sosial şəbəkələrdə sərxoş vəziyyətdə özünü aparması izləyiciləri və yaxın ətrafında onun sonda intihar edəcəyi fikri yaradıb.