azadses.az » Cəmiyyət » Kəramətin atası danışdı: “Psixoloji problemləri yaranıb…”

Kəramətin atası danışdı: “Psixoloji problemləri yaranıb…”

Gənc yazıçı Kəramət Böyükçölün sosial şəbəkələrdiki növbəti səs-küylü açıqlamaları yenidən müzakirələrə səbəb olub. Onun “Feysbuk”da açdığı canlı yayımlarda Real TV-nin rəhbəri Mirşahin Ağayevə qarşı səsləndirdiyi ittihamlar birmənalı qarşılanmayıb. Mirşahini müdafiə edənlər Kəraməti qınayıb, Real TV rəhbərinin əleyhdarları isə gənc yazıçını müdafiə ediblər.
Kəramət Böyükçölün müzakirələrə, səs-küyə səbəb olan açıqlamaları onun atası, şair-publisist Qəşəm Nəcəfzadəni də narahat edir.
“Azad Səs” bildirir ki, bu barədə Modern.az-a danışan Qəşəm Nəcəfzadə oğlunu qınayıb. O bildirib ki, Kəramət Böyükçölün son günlər etdiyi anlaşılmaz hərəkətlərinin səbəbi spirtli içkiyə aludə olmasıdır:
“Mən Bakıda deyiləm, Daşkəsən rayonundayam. Oğlumu qınayıram. O Azərbaycanı, vətəni, torpağı, dövləti bəlkə də hamıdan çox sevir. Amma içki içəndən sonra dəyişir, danışığını bilmir. Düşünürəm ki, yenə də etdiklərinə görə ayılanda peşman olacaq. Kəramətə dəfələrlə mən də təsir etmişəm, dostları da, qohum-əqrəba da. O gərək içkini dayandırsın. İçəndə özünü idarə edə bilmir. O qəsdən içmir. Səhhətində çox ciddi problemlər var. Mənə elə gəlir ki, hədsiz dərəcədə uzun müddət içki qəbulundan sonra psixoloji problemləri də yaranıb. Qaraciyəri serroz həddindədir. Dəfələrlə müalicə etdirmişik. Bakıda deyiləm deyə, yenə belə hərəkətlərinə davam edir. Hər şey yoluna düşəcək, Kəramət tutduğu əməldən əl çəkəcək. Oğlumun vətənpərvər, demokratik düşüncəli gənc olduğunu heç kəs unutmamalıdır. Onu yalnız qaralamaq haqsızlıqdır. Mən onun üçün çox narahatam. Bəzən düşünürlər ki, bu necə atadır, heç qayğı göstərmir, maraqlanmır, tutduğu yoldan çəkindirmir. Elə deyil. Həmişə danışıram onunla, günahlandırıram, qınayıram. Ümid edirəm ki, məsləhətlərdən nəticə çıxarıb, bir də içki içməyəcək. O içməyəndə heç vaxt belə hərəkətlər etmir. Baxın, yenə içdi, yenə bu hərəkətləri etdi. Kəramət müalicə olunsa, hər şey yoluna düşəcək. İçmədən dayana bilmir. Səhər, günorta, axşam – həmişə içir. O deyir, içməsəm ölərəm. Başından güclü ağrı tutur. Neçə dəfə həkimə aparmışıq. Xəstəxanalarda güclü yuxu iynələri vurub, yatırdıblar. İçkinin sindromundan çıxarmağa çalışıblar. Bir müddət sonra yenidən eyni şeylər yaşanıb. Dəfələrlə psixoloji müalicəyə aparmışam, hamısını yarımçıq qoyub. Onun psixologiyasını içkidən asılılıq pozur. O elə bilir içməsə öləcək. Psixoloji problem dedikdə, onun bu asılılığını müalicə etmək vacibdir”.
Kəramət Böyükçöl iki dəfə ailəli olub, ayrılıb. Bəziləri iddia edir ki, yazıçının boşandığı qadınlarla problemləri var. Onu içkiyə yaxınlaşdıran bir səbəb də həmin problemlər göstərilir. Amma Qəşəm Nəcəfzadə bu iddiaların əsassız olduğunu deyir:
“Mənə elə gəlir ki, onu içkiyə yaxınlaşdıran dost-tanışları indi də yanına gəlib-gedirlər. İçkini onun yadına salanlar, gözü götürməyənlər var. İstedadlı insanları belə məhv edirlər. Əli Kərim, Sərdar Əsəd, Eldar Baxış – onları da belə məhv ediblər. İçki ilə onların yaradıcılığını, həyatlarını qara ediblər. Bu Azərbaycan ədəbiyyatında bir aksiomadır. Kimin kimi gözü götürmürsə, içirdib, məhv edirlər.
Kəramət içəndə qızı və oğlu yadına düşür. Övladlarına da, keçmiş həyat yoldaşlarına da qayğı göstərir. Mən keçmiş gəlinlərimin ikisindən də çox razıyam. Xüsusilə də ikinci həyat yoldaşı – Çinarədən. Mənim nəvələrim var, onlara görə narahatlıq keçirirəm. Gərək Kəramət ailəsindən ayrılmayaydı. Birinci ilə alınmadı, heç olmasa ikinci ilə normal dolanardı. Özü sevdi, özü evləndi. Biz sadəcə nə dedisə, onu etdik. İçkinin ailə həyatına da çox mənfi təsiri olub. O içəndə yanında durmaq mümkün deyil. Həddindən artıq aqressiyalı olur. Valideynik, oğlumun səhhəti, etdiyi hərəkətlər üçün çox narahatıq. Hətta xəstəlik tapmışıq. Deyirlər ki, atası onu çəkindirə bilər. İnanın, çox çətin adamdır, çox… həddindən çox…”.
Kəramət Böyükçölün Mirşahin Ağayevi təhqir etməsinə də toxunan atası bildirib ki, Kəraməti çox istəyən, dəyərləndirən, ona kömək göstərən adamlardan biri məhz Mirşahin olub:
“Hətta xəstəxanaya aparıb, maddi kömək edib. İndi Kəramət niyə belə edib, bilmirəm. Onun hədəfi Mirşahin olmamalı idi. Mirşahin sıradan insan deyil. Azərbaycan jurnalistikasında sözünü demiş adamdır. Mənə Mirşahin dəfələrlə zəng edib, Kəramətə kömək etmək istədiyini deyib, televiziyasında aparıcılığa dəvət edib, yüksək maaş vəd edib. Kəramət getməyib. Onu yüksək vəzifələrə, işlərə çağırıblar. Getməyib. Deyirəm evin olsun, deyir evi neynirəm, işin olsun, işi neynirəm, pulun olsun, pulu neynirəm… Belə adamdır. Xeyri yoxdur”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Myanmada qasırğada ölənlərin sayı 220 nəfəri ötüb
  2. Ağcabədidə yol qəzasında ağır xəsarət alan azyaşlı Bakıya gətirilib
  3. Goranboyda yanğın zamanı xəsarət alan körpə ölüb
  4. Qusarda yük avtomobili dərəyə aşıb, ölən var
  5. Türkiyə vətəndaşı Bakı-Quba yolunda sükan arxasında ölüb
  6. Göygöldə yük avtomobili dəmir maneə çırpılıb, xəsarət alanlar var
  7. Şəmkirdə həkimi avtomobil vuraraq öldürüb
  8. Şəmkirdə 71 yaşlı kişi yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb
  9. Saatlıda ata iki yaşlı oğlunu avtomobillə vuraraq öldürüb
  10. Xəzər rayonunda 41 yaşlı qadını avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir. "Report" xəbər verir ki, bunu Elm və Təhsil Ətraflı
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvar rayonunda 1 171 şagird birinci sinfə gedəcək. "Report"un Muğan bürosunun məlumatına görə, həmçinin Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu