BMT: Azərbaycan süni intellekt və rəqəmsal infrastruktur sahəsində regional lider kimi tanınıb
- 5-06-2025, 17:20
- Cəmiyyət
Azərbaycan süni intellektin cəmiyyətin rifahı naminə təşviqi və rəqəmsal infrastrukturun inkişafında regional liderə çevrilib.
"Report" xəbər verir ki, bu barədə Ümumdünya Turizm Təşkilatının (ÜTT) icraçı direktoru Nataliya Bayona Bakıda keçirilən BMT-nin Turizmin Avropa üzrə Regional Komissiyasının 71-ci iclasında bildirib.
O vurğulayıb ki, Azərbaycan gələcəyə baxır: "2,3 milyon insan və ya ölkə əhalisinin 23 %-i 14-29 yaş arasındadır. Məhz həyatın bu dövründə gənclərə turizmin hansı imkanlar açdığını və onların bu sahəyə nə gətirə biləcəklərini göstərmək vacibdir. Ölkədə savadlılıq səviyyəsi 100 %-dir. Gənclərin mənim sahibkarlığa və innovasiyalara olan həvəsimi bölüşdüyünü görmək xüsusilə xoşdur".
N.Bayona qeyd edib ki, süni intellekt reallığın ayrılmaz hissəsinə çevrilib, lakin texnologiyalar turizmdə insan amilini əvəz edə bilməz: "Azərbaycan süni intellektin cəmiyyətin rifahı naminə təşviqi və rəqəmsal infrastrukturun inkişafında regional liderə çevrilib. Ölkəni bu iddialı mövqeyi münasibətilə təbrik edirəm. Burada gördüyümüz eyni enerji və pozitivlik bütün Avropada hiss olunur".
O bildirib ki, Bakı son 6 ildə əhəmiyyətli tərəqqi nümayiş etdirib: "Mənim üçün bu tarixi, parlaq şəhərdə yenidən olmaq xüsusi zövqdür. Müasirlik və ənənələrin unikal birləşməsi Bakını həqiqətən xüsusi edir. Turizm gənclər, qadınlar və hər kəs üçün geniş imkanlar təqdim edir. Azərbaycan yalnız mənim buna olan inamımı gücləndirir. Bu ölkə öz ənənələrini və mədəni irsini qürurla qoruyur və inkişaf etdirir".