Bernardo Mariano: Dünya ölkələrində süni intellektə investisiya yatırmağa maraq yaratmalıyıq
- 15-03-2025, 08:54
- Siyasət
BMT inandırıcı gücündən istifadə edərək hökumətlərdə süni intellektə investisiya yatırmağa maraq yaratmalıdır.
“Report” xəbər verir ki, bu barədə BMT-nin Baş Qərargahında Baş İnformasiya Texnologiyaları mütəxəssisi Bernardo Mariano XII Qlobal Bakı Forumunda danışıb.
O qeyd edib ki, süni zəka üzərində təxminən 60 il araşdırma aparıldıqdan sonra “ChatGPT” ortaya çıxıb:
“Süni intellekt mürəkkəb problemləri həll edə bilər, ona görə də hökumətlər buna reaksiya verməlidir. Dövlət sektoru gələcəyə hazır olmalıdır. Ancaq süni zəka həm də müəyyən problemlər yarada bilər. BMT-nin nə kimi işlər gördüyünə gəldikdə isə qeyd etməliyəm ki, qlobal rəqəmsal sazişə doğru irəliləyirik”.
B.Mariano vurğulayıb ki, süni intellekt dünyada insanlar üzərində güclü təsirə malikdir:
“BMT-nin təsir gücünü nəzərə alaraq biz tərəflərə bunun mahiyyətini göstərməliyik. Biz rəqəmsallaşma üzrə işlər aparırıq. Açıq mənbə rəqəmsal transformasiyanın ən etibarlı yoludur. Süni intellektdə məlumatlara, hesablama gücünə və alqoritmə diqqət yetirməlisiniz. Ölkələrin bu üç sahəyə nə qədər sərmayə yatırdığı çox önəmlidir”.