azadses.az » Cəmiyyət » Karantin rejimində bəzi qadağaların ləğvi ilə bağlı AÇIQLAMA

Karantin rejimində bəzi qadağaların ləğvi ilə bağlı AÇIQLAMA

Azərbaycan həkimləri İctimai Birliyi COVİD-19 pandemiyası ilə mübarizədə bəzi qadağaların ləğvinə çağırış edib.
Metbuat.az xəbər verir ki, bu barədə açıqlama verən tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, respublikamızda COVİD-19 pandemiyası ilə bağlı sərt karantin rejimi elan olduğu gündən görülən izolyasiya tədbirləri, zamanında modul tipli xəstəxanaların açılması və istifadəyə verilməsi virusun ölkəmizdə yayılmasının qarşısını ala bildi. Lakin hesab edirik ki, 5 aylıq karantindən insanlar yorulublar və hazırda ciddi yumşalmaya ehtiyac var.''İqtisadiyyatımızın itkiləri, ''evdə qal'' karantinin insanların psixi-emosional durumuna vurduğu zərbə və nəticədə əhalinin immun sisteminin xeyli zəifləməsini nəzərə alsaq, situasiya bu şəkildə davam edərsə, ikinci dalğa baş verdikdə itkilərimiz daha böyük ola bilər.
Bu məqsədlə, aşağıdakı tədbirlərin həyata keçirilməsini zəruri hesab edirik.
1. Testlərin qiymətləri xeyli aşağı salınmalı, onların əlçatanlığı təmin edilməli və hər bir vətəndaşın özünü yoxlatmaq imkanı olmalıdır. Bu testi icra edən mərkəzlərin sayının artırılmasının təmin edilməsi məqsədəuyğundur. Bu, həm xəstələrin vaxtında aşkar olunmasına imkan verməklə bərabər, populyasiyada xəstələrin dəqiq sayını, kollektiv immunitetin yaranma faizini müəyyən etməyə və əks-epidemik tədbirlərə dəstək olmağa kömək edər.2. Bakıdakı sıxlığı azaltmaq, insanların istirahət hüququnu qorumaq məqsədilə hərarət ölçülərək, rayonlara (regionlara) gediş-gəlişə izn verilməsi məqsədəuyğundur. Qonşu Gürcüstanda, Türkiyədə istirahət mərkəzləri işlədiyi halda, bizdə bu sahədə qadağaların davam etməsinin məntiqi əsası yoxdur.
3. İctimai nəqliyyatda sıxlığın aradan qaldırılması istiqamətində addımlar atılmalıdır. Məsələn, bu məqsədlə iş saatlarının başlama və bitmə vaxtlarının dəyişdirilməsi zəruri hesab edilə bilər. Eyni zamanda, metronun fəaliyyətinin bərpa edilməsi ilə bağlı olaraq dünya praktikası öyrənilməlidir.4. Toyların bu şəkildə qadağan olunması bir neçə ildən sonra əhalinin demoqrafik göstəricilərində ciddi dəyişikliklər yaradacaq. Hava şəraitinin imkan verdiyi müddətdə açıq hava məkanlarında müəyyən edilmiş normativlər çərçivəsində toyların təşkili üzrə normativlər dəqiqləşdirilməlidir. Sonrakı mərhələdə yaxın qohumların iştirakı (50-100 nəfər) və karantin qaydalarına ciddi əməl etməklə toyların keçirilməsi üçün qapalı məkanlar üçün normativlər müəyyən edilməlidir. Yaxın qohumlar onsuz da daimi təmasdadırlar. Toyların, ad günlərinin və digər kütləvi tədbirlərin müəyyən edilmiş formatda və konkret təlimatlarla keçirilməsi təmin olunmalıdır. Bu məqsədlə toyların keçirilməsi üçün qapalı məkanlar üçün normativlər müəyyən edilməlidir. Məsələn, qapalı məkanın tutumu 300 nəfərlikdirsə, 3 dəfə azaldılır, masalar arası məsafə ən azı 2 metr, üzbəüz əyləşənlər arası məsafə ən azı 2 metr olmalıdır. Masa əyləşənlər bir stul buraxmaqla əyləşməlidirlər. Dəhlizdə söhbət edənlər maska taxmalı və fiziki məsafəsi gözləməlidir. 12 yaşadək uşaqların toyda iştirakı qadağan edilməlidir.
5. Bütün bu tədbirlərin həyata keçirilməsi müvafiq icra hakimiyyəti orqanlarının ciddi nəzarətində saxlanılmalıdır.''



DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var
  2. Bakıda gənc oğlan yol-nəqliyyat hadisəsində xəsarət alıb
  3. Babək prospektində təmir işləri aparılır, məhdudiyyət qoyulub
  4. İsmayıllı rayonunda zəlzələ olub
  5. Sumqayıtda silah-sursat aşkarlanıb
  6. Ağcabədidə iki avtomobil toqquşub, ölən var
  7. Zaqatala sakini ehtiyatsızlıqdan özünü güllələyərək öldürüb
  8. Yeni ildə yanıq xəsarətləri alan qadın bu gün xəstəxanada vəfat edib
  9. Ağsuda gənc oğlan yol qəzasında ciddi xəsarətlər alıb
  10. Lənkəranın 14 kəndində işıq olmayacaq
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
DİM taksi sürücüləri üçün növbəti imtahan keçirəcək
DİM taksi sürücüləri üçün növbəti imtahan keçirəcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün xüsusi hazırlıq keçən taksi minik avtomobili sürücüləri üçün növbəti imtahan keçirəcək. Ətraflı
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Bütün xəbərlər
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Şou biznes
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar