azadses.az » Cəmiyyət » Şəkidə pandemiya əleyhinə tədbirlər davam etdirilir - Fotolar

Şəkidə pandemiya əleyhinə tədbirlər davam etdirilir - Fotolar

Respublikamızda tətbiq edilən sərt karantin rejimi COVID-19 pandemiyası ilə mübarizədə yaxşı mənada öz nəticələrini verməkdədir. Ölkəmizin hər yerində olduğu kimi Şəkidə də koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tətbiq olunmuş xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara əməl olunması üçün zəruri tədbirlər görülür.
“Qafqazinfo”ya daxil olan məlumata görə, rayonda koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı tibbi profilaktik tədbirlər davam etdirilir. Koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində əhalinin daha çox toplaşdığı yerlərdə, ictimai-iaşə və xidmət obyektlərində mobil qruplar tərəfindən vaxtaşırı olaraq reydlər keçirilir.
Keçirilən reydlər zamanı vətəndaşlara sanitar rejimin tələbləri izah edilir, sosial məsafənin qorunmasının zəruri olduğu, evdən çıxarkən, qapalı məkanlarda, ictimai nəqliyyatda, apteklərdə və bankomatların qarşısında nəfəs yollarını qoruyan tibbi maskadan mütləq qaydada istifadə etmələri, insanlarla təmas zamanı iki metrlik ara məsafəsini saxlamaları tövsiyə olunur. Aparılan profilaktik tədbirlərində çərçivəsində əhaliyə maarifləndirici flayerlər paylanılır. Bu proseslərdə könüllülər fəallıq nümayiş etdirirlər.
Rayonda tətbiq edilən sərtləşdirilmiş karantin rejimi və həyata keçirilən profilaktik tədbirlər öz müsbət nəticələrini verməkdədir. Son günlər Şəkidə yoluxma halları minimuma enib. Yoluxmuş insanların 75 faizi isə artıq sağalıb.
Qeyd olunmalıdır ki, Azərbaycan dövləti qısa zamanda bütün səhiyyə sistemini koronavirusla mübarizəyə istiqamətləndirməyə müvəffəq olub. Bu məqsədlə, koronavirusa yoluxmuş xəstələrin müalicəsi üçün xəstəxanalar ayrılıb, yeni tibb müəssisələri istifadəyə verilib, modul tipli xəstəxanalar açılılıb. Koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli xəstəxanalardan biri də iyulun 29-da Prezident İlham Əliyevin Şəkiyə səfəri zamanı istifadəyə verilib.
Pandemiya dövründə ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsinə də çox böyük diqqət göstərilir. Şəki şəhərində də ötən müddət ərzində bir sıra sosial aksiyalar, tədbirlər həyata keçirilib. Qurban bayramı münasibətilə Heydər Əliyev Fondu tərəfindən ayrılmış qurban payları və müxtəlif ərzaq sovqatları rayondakı aztəminatlı ailələrə çatdırılıb.
Bayram günlərində qurbanlıq heyvanların satışı və ət kəsimi ilə bağlı müvafiq qaydalara riayət edilməsinə nəzarət məqsədi ilə şəhər İcra Hakimiyyəti, Qida Təhlükəsizliyi Agentliyi və Polis şöbəsinin gün ərzində birgə reydləri keçirilib.

DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Myanmada qasırğada ölənlərin sayı 220 nəfəri ötüb
  2. Ağcabədidə yol qəzasında ağır xəsarət alan azyaşlı Bakıya gətirilib
  3. Goranboyda yanğın zamanı xəsarət alan körpə ölüb
  4. Qusarda yük avtomobili dərəyə aşıb, ölən var
  5. Türkiyə vətəndaşı Bakı-Quba yolunda sükan arxasında ölüb
  6. Göygöldə yük avtomobili dəmir maneə çırpılıb, xəsarət alanlar var
  7. Şəmkirdə həkimi avtomobil vuraraq öldürüb
  8. Şəmkirdə 71 yaşlı kişi yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb
  9. Saatlıda ata iki yaşlı oğlunu avtomobillə vuraraq öldürüb
  10. Xəzər rayonunda 41 yaşlı qadını avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir. "Report" xəbər verir ki, bunu Elm və Təhsil Ətraflı
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvar rayonunda 1 171 şagird birinci sinfə gedəcək. "Report"un Muğan bürosunun məlumatına görə, həmçinin Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu