azadses.az » Cəmiyyət » “Sərt karantin rejimi uzadılmayacaq”

“Sərt karantin rejimi uzadılmayacaq”

“Koronavirus ən yaxşı halda ilin sonuna qədər bizimlə olacaq”.
Azad Səs Azerforum.com-a istinadən xəbər verir ki, bunu infeksionist-hepatoloq Mərdan Əliyev deyib.
İnfeksionist virusa yoluxan insanların sayındakı azalmanı əsas gətirərək, sərt karantin rejiminin uzadılmayacağını bildirib: “Yoluxan insanların sayı azalır, sağalanların sayı isə artmaqdadır. Yəni sağalan xəstələrin sayı yoluxanları dəfələrlə üstələyir. Ona görə bu infeksiya idarəolunan prosesə keçir. Bu baxımdan da yumşalmaya rahatlıqla getmək olar. Çünki bizim səhiyyə sistemimizin buna tam potensialı var. Həmçinin insanların təmiz hava qəbul etməsi, çölə çıxması labüd haldır. Günəş şüalarının yüksək olduğu vaxtın bitməsinə 1 ay qalır. Sentyabrdan etibarən günəş şüalarının intensivliyi azalır. Avqust ayından etibarən isə yaxşı olar ki, insanlar evdə oturmasınlar”.
M.Əliyev yumşalma baş verəcəyi təqdirdə izolyasiya tədbirlərini icra etməyin əhəmiyyətini belə izah edib: “Bu xəstəlik ilk növbədə hava-damcı infeksiyasıdır və tənəffüs sistemi vasitəsilə insanı yoluxdurur. Bu baxımdan qoruyucu maska istifadəsi zəruri olmalıdır. Bundan əlavə, sosial məsafə və əllərin dezinfeksiyası da mütləqdir”.
O, immunitetin yüksəlməsi üçün vətəndaşlara bəzi tövsiyələr verib: “İmmunitetin yülksəlməsi üçün təbii qidalanma mühüm rol oynayır. Evlərə günəş şüalarının düşməsini təmin etmək lazımdır. Otaqları müəyyən fasilələrlə havalandırmaq faydalıdır. Əlavə olaraq bol maye qəbul etməyi səngitməməliyik. Ancaq bunu da qeyd edim ki, immuniteti yüksəldən dərman preparatlarına risk olmadığı müddətcə ehtiyac yoxdur”.
Son olaraq infeksionist koronavirus vaksininin ilin sonuna qədər hazır ola biləcəyini deyib: “Dünya üzrə nəzər yetirdikdə koronavirusa qarşı vaksin üzərində 200-dən çox ölkə çalışır. Amma 3 şirkət var ki, onlar artıq üçüncü mərhələdədir. Bunlar Amerika, İngiltərə və Çindir. Üçüncü mərhələnin mahiyyəti bundan ibarətdir ki, könüllü insanlar üzərində sınaqlar keçirilir. Təxminən bu təcrübələr də 5-6 ay çəkə bilər. Zənnimcə, vaksin ən yaxşı halda ilin sonu, ən gec isə gələn ilə qədər hazırlana bilər”. /News24.az
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Talaçay çayından sel keçir
  2. Çaylarda sululuq artdı
  3. Ötən gün vətəndaşların bank kartlarından 6 min manatdan çox pul oğurlanıb
  4. Şirvanda 6 aylıq körpə ölü doğulub
  5. Bakıda "moyka"da kişini elektrik cərəyanı vuraraq öldürüb
  6. Qubada elektrik enerjisinin verilişində fasilə yaranacaq
  7. DİN: Ötən gün bank kartlarından oğurluq qeydə alınmayıb
  8. “Qantas Airlines” aviaşirkətinin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib
  9. Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
  10. Sabirabadda çətənə kolları yetişdirməkdə şübhəli bilinən 4 nəfər həbs olunub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Bu gün Xankəndi, Xocalı, Cəbrayıl və Şuşada məktəblərdə "Son zəng" keçirilir. Bunu elm və təhsil nazirinin müavini Ətraflı
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur. Bunu "Report"a açıqlamasında elm və təhsil nazirinin müavini Həsən Ətraflı
Bütün xəbərlər
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib