azadses.az » Cəmiyyət » Toylar açıq havada keçirilə bilər - AÇIQLAMA

Toylar açıq havada keçirilə bilər - AÇIQLAMA

 Artıq yarım ildir ki, Azərbaycanda toyların keçirilməsinə qadağa qoyulub. Bir çoxları toyların keçirilməsi barədə müxtəlif variantlar təklif etsə də Operativ Qərargah bu barədə heç bir qərar qəbul etməyib. Sabah Azərbaycanda Məhərrəm ayı başlayır. Məhərrəm ayı bitdikdən sonra noyabr ayında Azərbaycanda toyların keçirilməsinə icazə verilə bilərmi?

Azad Səs BiG.AZ-a istinadən xəbər verir ki, bununla bağlı Sonxeber.az-a danışan deputat Bəhruz Məhərrəmov bildirib ki, qəbul etsək də, etməsək də toylar Azərbaycanda mülki dövriyyənin hərəkətverici amillərindən sayılır:

"Şadlıq evləri, orada çalışan texniki heyət, musiqiçilər, müğənnilər, bunlar bütövlükdə çox böyük bir sektordur. Toylara keçirilməməsi böyük bir kütlənin güzaranına təsir edir. Eyni zamanda biz ciddi adət-ənənələrin mühafizə edildiyi, patriarxal düşüncənin üstünlük təşkil etdiyi ölkəyik. Etiraf edək ki, toysuz qız vermək, ailə qurmaq düşüncə tərzi bizə yaddır.


Hətta bunun dini və mənəvi tərəfini həll etsək, nikah və kəbin olsa belə valideyn övladının toyunu arzu edir. Əlbəttə bütün bunların fonunda 7 aydır ki, ölkədə toy mərasimlərinin təxirə salınması nəticəsiz ötüşmür və ötüşməyəcək də. Bu yalnız insanların maddi durumlarına yox eyni zamanda demoqrafik göstəricilərə də təsirini göstərəcək.

Amma anlamalıyıq ki, bu günə qədər alternativimiz olmayıb. Günə 600 yoluxma fəlakətə gedən yol demək idi. Proses o cür davam etsəydi, səhiyyəmiz bunun altından qalxa bilməzdi. Üstəlik nəzərə alanda da ki, yoluxmaların böyük qismi məclislərdə baş tutur, ənənəvi qaydada keçirilən toylar böyük fəsadlara yol aça bilərdi. Bu baxımdan Nazirlər Kabinetinin mövqeyi tam anlaşılan və doğru idi".

Deputat qeyd edib ki, artıq əgər iaşə obyektləri açılıbsa, restoran və kafelər bəlli məhdudiyyətlərlə fəaliyyət göstərirsə, marketlər ağzına qədər insanla dolub boşalırsa, oxşar və hətta bir az daha ciddi məhdudiyyətlə, açıq havada toyları da bərpa etmək olar:

"Təbii ki, ənənəvi qaydalardan, formatdan söhbət gedə bilməz. Operativ Qərərgahın özünün müəyyən etdiyi konkret önləyici tədbirlər almaqla, ciddi nəzarət altında toy şənliklərinin təşkili bardə düşünməliyik. Əlbəttə riskli məsələdir və bu sahədə yekun qərarı səhiyyə işçiləri, aidiyyatı sahənin müəxəssisləri və sosioloqların rəyini nəzərə almaqla hökumət verəcək. Düşünürəm məsələyə müsbət yanaşıla bilər, lakin unutmayaq ki, vətəndaşlardan da çox şey aslıdır. Açığı son günlərin statistikası artıq narahatlıq doğurmağa başlayıb və əgər biz məhdudiyyətlərin tamamilə aradan qaldırılmasını, toy mərasimlərinin bərpasını arzulayırıqsa pandemiya şəraitinin diqtə etdiyi qaydalara əməl etməklə yeni sərtləşdirilmə tədbirlərinə rəvac verməməliyik".
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Şəmkirdə avtomobillər toqquşub, xəsarət alanlar var
  2. Yevlaxda ağacdan yıxılaraq ağır xəsarət alan kişi xəstəxanada ölüb
  3. Myanmada qasırğada ölənlərin sayı 220 nəfəri ötüb
  4. Ağcabədidə yol qəzasında ağır xəsarət alan azyaşlı Bakıya gətirilib
  5. Goranboyda yanğın zamanı xəsarət alan körpə ölüb
  6. Qusarda yük avtomobili dərəyə aşıb, ölən var
  7. Türkiyə vətəndaşı Bakı-Quba yolunda sükan arxasında ölüb
  8. Göygöldə yük avtomobili dəmir maneə çırpılıb, xəsarət alanlar var
  9. Şəmkirdə həkimi avtomobil vuraraq öldürüb
  10. Şəmkirdə 71 yaşlı kişi yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir. "Report" xəbər verir ki, bunu Elm və Təhsil Ətraflı
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvar rayonunda 1 171 şagird birinci sinfə gedəcək. "Report"un Muğan bürosunun məlumatına görə, həmçinin Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu