azadses.az » Cəmiyyət » Bakıda bir sıra kirayə mənzillərin qiyməti iki dəfə artdı

Bakıda bir sıra kirayə mənzillərin qiyməti iki dəfə artdı

Aprelin 28-də Bakıda “Formula-1” üzrə Azərbaycan Qran-prisi başlayacaq.

Bununla əlaqədar olaraq mərkəzdə və mərkəzə yaxın yerlərdə hotellərin və günlük kirayə verilən mənzillərin kirayə haqları bahalaşıb.

Məsələ ilə əlaqədar əmlak eksperti Ramil Qasımzadə Trend-ə bildirib ki, əsasən “Formula-1” yarışını izləmək mümkün olan mənzillərin günlük kirayəsi iki dəfə bahalaşıb.

“Kirayə qiymətlərinin bahalaşması müvəqqətidir. Mənzillərin günlük kirayəsi 300-500 manat arası dəyişir. Adi günlərdə isə bu mənzillərin qiymətləri 100-150 manat arasında dəyişir. Bunun da əsas səbəbi mövcud yarışlarla əlaqədar ölkəyə turist axınıdır. Çünki xarici turistlər əsasən yarışların keçirildiyi tribunalara bilet alırlar. Yarış bitən kimi qiymətlər əvvəlki vəziyyətinə qayıdacaq”, - deyə ekspert qeyd edib.

Azərbaycan Hotel Assosiasiyasından isə Trend-ə bildiriblər ki, “Formula-1” yarışları ilə əlaqədar Bakıdakı mərkəzi hotellərin hamısında artıq yerlər tam dolub.
“Yarışlarla bağlı şəhərin mərkəzində yerləşən bir sıra iri hotellər daha çox turist qəbul edib. “Formula-1” trekindən məsafəcə bir az aralı olan hotellərin də 70%-dən çoxu dolub. Bu, mövsüm üçün çox yaxşı göstəricidir. Bir qədər kiçik hotellərdə də sıxlıq var. “Formula-1” bahalı idman növüdür və onun azarkeşləri də adətən maddi baxımından imkanlı adamlardır. Bu baxımdan turistlər daha çox yüksək komfortlu, mərkəzdə yerləşən və şəbəkə hotellərə üstünlük verirlər. Hotelləri bron edənlər əsasən Türkiyə, Rusiya, Qazaxıstan, Gürcüstan, ABŞ və Avropa ölkələrinin vətəndaşlarıdır. “Formula-1” yarışlarının ölkəmizdə keçirilməsi Azərbaycanın tanıdılmasına, o cümlədən turizmin inkişafına dəstək verir”, - deyə assosiasiyadan bildiriblər.

Mərkəzdə yerləşən hotellərdən isə bildirilib ki, “Formula-1”in izlənməsi mümkün olan mehmanxanalarda yerlər dolub.

“Hotellərin qiymətləri əvvəlki aylarla müqayisədə artıb. Qiymətlər hotellərin komfortuna və təqdim etdiyi xidmətlərə görə, 50-300 manat arasında yüksəlib. Belə ki, qiymətlərin bahalaşma səbəbi təkcə qalma müddəti ilə bağlı deyil. Turistlərə göstərilən xidmətlər arasında şəhərdaxili və regionlara səfərlərin təşkili də nəzərdə tutulur”, - deyə mənbədən bildiriblər.

Qeyd edək ki, “Formula-1” üzrə Azərbaycan Qran-prisi 28-30 aprel tarixlərində baş tutacaq. Qran-pri ilə bağlı ən çox bilet alanlar Böyük Britaniya və Niderland vətəndaşlarıdır.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Talaçay çayından sel keçir
  2. Çaylarda sululuq artdı
  3. Ötən gün vətəndaşların bank kartlarından 6 min manatdan çox pul oğurlanıb
  4. Şirvanda 6 aylıq körpə ölü doğulub
  5. Bakıda "moyka"da kişini elektrik cərəyanı vuraraq öldürüb
  6. Qubada elektrik enerjisinin verilişində fasilə yaranacaq
  7. DİN: Ötən gün bank kartlarından oğurluq qeydə alınmayıb
  8. “Qantas Airlines” aviaşirkətinin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib
  9. Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
  10. Sabirabadda çətənə kolları yetişdirməkdə şübhəli bilinən 4 nəfər həbs olunub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Bu gün Xankəndi, Xocalı, Cəbrayıl və Şuşada məktəblərdə "Son zəng" keçirilir. Bunu elm və təhsil nazirinin müavini Ətraflı
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur. Bunu "Report"a açıqlamasında elm və təhsil nazirinin müavini Həsən Ətraflı
Bütün xəbərlər
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib