azadses.az » Cəmiyyət » Qarabağ veteranını aldadıb 32 minini aldılar - Foto

Qarabağ veteranını aldadıb 32 minini aldılar - Foto

Birinci Qarabağ müharibəsinin qazisi, ehtiyatda olan baş leytenant Nuriyev Əli Şaban oğlu ev təmir edən şirkət tərəfindən dələduzluğa məruz qaldığını iddia edir.

“Azadsəs.az”a müraciət edən Ə.Nuriyev bildirib ki, Bakının Nərimanov rayonunda yerləşən mənzilini əsaslı təmir etdirmək üçün iyun ayında özünü “AZ İNTEKST” MMC-nin direktoru kimi təqdim edən Ruhəddin Cabbarovla müqavilə bağlayıb. Müqaviləyə görə şirkət 32 min manat qarşılığında həmin mənzili əsaslı təmir edib 2 ay ərzində müştəriyə təhvil verməli imiş.

Vətəndaş iddiasına əsasən, razılaşdırılmış məbləği hissə-hissə R.Cabbarova verib: “Ödənişlərin bir qismini də Ruhəddinin arvadı Gülnar Cabbarovanın bank hesabına göndərmişəm. Söz verdilər ki, təmir oktyabrın 1-dək yekunlaşacaq. Amma təmir vaxtında başa çatmadı. Biz müqaviləni yenilədik və razılaşmaya görə, Ruhəddin Cabbarov və tanışı Telman Fətəliyev təmiri vaxtında tamamlamasa, hətta məsuliyyət daşımağa razı olub müqaviləyə imza atdılar. Mən Ruhəddinə ümumilikdə 22 611 manat pul vermişəm. Amma mənzil nəinki təmir edilib, əksinə daha da bərbad vəziyyətə düşüb. Onlar hazırda da öz əməllərini instaqramdakı “temir_tikinti_oboy” adlı səhifə üzərindən davam etdirirlər”.
Ə.Nuriyevin sözlərinə görə, Ruhəddin Cabbarov özünə məxsus olmayan şirkətin möhüründən istifadə edərək dələduzluq edir: “Sonradan bizə məlum oldu ki, “AZ İNTEKST” MMC əslində başqa şəxsin adına qeydiyyatdadır, amma möhürü Ruhəddindədir. Şirkətin rəhbəri vaxtilə Ruhəddinlə iş görüb. Amma sonra şirkət bağlanıb. Hətta möhürün itməsi barədə polisə məlumat verib etibarsız hesab olunması ilə bağlı qəzetdə elan dərc elətdirib. Lakin Ruhəddin möhürü özündə saxlayıb müqavilələr bağlayır. Vətəndaşlar da möhürlü olduğu üçün inanıb müqavilə bağlayırlar. Ruhəddin bu yolla onların inamını qazanır. Məndə olan məlumatlara görə Ruhəddin və komandası məndən başqa 20 nəfərə yaxın şəxsə də ziyan vurub. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etmişik”.

Şikayətlə bağlı Ruhəddin Cabbarovla əlaqə saxlamağa çalışsaq da, nömrələrinə zəng çatmayıb. “Az İntekst” MMC-nin rəhbəri olmuş Məhəmməd Musazadə isə bu işlərlə heç bir əlaqəsi olmadığını bildirib: “Mən həmin MMC-ni 2 il əvvəl yaratmışdım. Bir müddət Ruhəddinlə işləsək də, daha sonra vergi borcuna görə şirkət bağlandı. Ona görə şirkəti işlətmədim. Amma Ruhəddin işləməyən şirkətin möhürü ilə dələduzluq edərək məni də bu işə qatır. Məsələ ilə bağlı prokurorluqda izahat vermişəm”.

Ə.Nuriyev pulunu geri ala bilmədiyi üçün Nərimanov Rayon Polis İdarəsinə müraciət etdiyini bildirir. Onun sözlərinə görə, şikayət etdiyi şəxslərin izahatının alınması ilə bağlı məcburi gətirilmə qərarı da çıxarılıb: “Bu şəxslər başqa vətəndaşları da aldadıblar və onlara qarşı Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanıb. Amma bu insanlar sosial şəbəkələrdə hələ də əməllərini davam etdirməkdədirlər. Mən ehtiyatda olan baş leytenantam. I Qarabağ Müharibəsi veteranıyam. 1993-1994-cü illərdə Haramı düzənliyində, Füzuli istiqamətində döyüşmüşəm. Müdafiə Nazirliyinin təqaüdünü alıram. Tək istəyim bizə dəymiş ziyanın ödənilməsidir”.
Daxili İşlər Nazirliyindən sorğumuza cavab olaraq bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində məsələ ilə bağlı araşdırma aparılır. Tərəflərin izahatları alınandan və zəruri istintaq hərəkətləri ediləndən sonra məsələyə hüquqi qiymət veriləcək.




DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Talaçay çayından sel keçir
  2. Çaylarda sululuq artdı
  3. Ötən gün vətəndaşların bank kartlarından 6 min manatdan çox pul oğurlanıb
  4. Şirvanda 6 aylıq körpə ölü doğulub
  5. Bakıda "moyka"da kişini elektrik cərəyanı vuraraq öldürüb
  6. Qubada elektrik enerjisinin verilişində fasilə yaranacaq
  7. DİN: Ötən gün bank kartlarından oğurluq qeydə alınmayıb
  8. “Qantas Airlines” aviaşirkətinin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib
  9. Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
  10. Sabirabadda çətənə kolları yetişdirməkdə şübhəli bilinən 4 nəfər həbs olunub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Bu gün Xankəndi, Xocalı, Cəbrayıl və Şuşada məktəblərdə "Son zəng" keçirilir. Bunu elm və təhsil nazirinin müavini Ətraflı
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur. Bunu "Report"a açıqlamasında elm və təhsil nazirinin müavini Həsən Ətraflı
Bütün xəbərlər
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib