azadses.az » Cəmiyyət » Metro açılsa, yoluxma artacaq, amma... – Həkim

Metro açılsa, yoluxma artacaq, amma... – Həkim

Fevralın 15-dən Bakı və Sumqayıt şəhərlərində, eləcə də Abşeron yarımadasında yerləşən orta məktəblərdə yuxarı sinif şagirdləri üçün də ənənəvi tədris bərpa olunur. Bəs iki həftəlik tədrisin yekunu necədir? Məktəblərin açılması yoluxma sayına necə təsir etdi?

''Azad Səs'' Axar.az-a istinadən xəbər verir ki, mövzu ilə bağlı “Ankara” klinikasının baş həkimi Zülfüqar Yusifov Musavat.com-a danışıb.

“Məktəblərin açılması ilə ölkədə koronavirusa yoluxma sayda ciddi dəyişikliklər müşahidə olunmur. Düşünürəm ki, bu məsələyə obyektiv qiymət vermək üçün iki həftə yetərli deyil. Məlum inqubasiya dövrü var ki, onu gözəmək lazımdır. Hər halda, növbəti həftədə görəcəyik ki, məktəblərin açılmasının yoluxma sayına neqativ təsiri var, ya yox. Onu da qeyd etmək lazımdır ki, məktəblərin açılması məsələsində pozitiv tərəflər də çoxdur. Çünki məktəblərin uzun müddət bağlı qalması təhsili getdikcə stressə salırdı. Onlayn təhsil bütün tələbatları tam ödəyə bilmirdi. Bu səbəbdən təhsilin yeni rejimdə davam etmək məcburiyyəti var. Lakin bu proses mütləq şəkildə tələblərə uyğun aparılmalı, siniflərdə sosial məsafə gözlənilməli, gigiyenik qaydalara ciddi əməl etmək lazımdır”.

İndi aktual olan suallardan biri də məktəblərin ardınca metroların açıla biləcəyi ilə bağlıdır. Artıq fevralın 15-dən etibarən tədrisin daha bir mərhələsi başlayır, eyni zamanda universitetlər də qismən ənənəvi dərsləri bərpa edirlər. Bununla da ictimai nəqliyyatda daha böyük sıxlıq yaşanacağı gözlənilir. Hazırda da ictimai nəqliyyatlarda sıxlıq yaşanır. İnsanlar avtobuslarda sıx vəziyyətdə, az qala nəfəs-nəfəsə dayanır ki, bu da virusa yoluxma riskini daha da artırmış olur. Nəqliyyat xəttinə metroları əvəz edən avtobuslar daxil edilsə də, göründüyü budur ki, problem həll olunmamış qalır. Bəs metrolar da açıla bilərmi? Metroların hələ də açılmamasının səbəbi nədir?

Zülfüqar Yusifov məsələyə bu cür mövqe bildirib:

“Bəli, bu gün avtobuslara çox sıxlıq yaşanır. Nəzərə alsaq ki, tezliklə yuxarı siniflərdə, eləcə də universitetlərdə üz-üzə tədris yenidən bərpa olunacaq, deməli ictimai nəqliyyatda sıxlıq daha da artacaq. Avtobuslar bütün bu tələbatı təbii ki, ödəyə bilməz. Bu baxımdan metronun açılması məqsədəuyğundur. Sadəcə metro ilə bağlı problem ondan ibarətdir ki, iddialara görə metro qapalı zona olduğundan orada virusun yayılma təhlükəsi daha çoxdur. Lakin avtobuslar da axı qapalı zonaya çevrilir və bir neçə saat avtovusda insanlarla bir yerdə olmaq kifayətdir ki, xəstəliyə yoluxasan. Belə çıxır ki, metrolarda daha çox ventilyasiya prosesinin adekvatlığına diqqət etmək lazımdır. Həmçinin hesab edirəm ki, metro vaqonlarının da tutumu nəzər alınmalıdır. Bəzi ölkələrdə belə bir təcrübə var ki, müəyyən limit dolduqdan sonra metroya giriş müvəqqəti ləngidilir. Yəni bu şəkildə mümkün qədər həyatın bərpa olunmasına çalışmalıyıq. Lakin qeyd etdiyim kimi, qaydalar, məhdudiyyətlər olmalıdır. Onlara əməl etməsək, bu gün əldə etdiyimiz uğurları da sərbəstliyi də yenidən təkrar itirə bilərik”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Şəmkirdə avtomobillər toqquşub, xəsarət alanlar var
  2. Yevlaxda ağacdan yıxılaraq ağır xəsarət alan kişi xəstəxanada ölüb
  3. Myanmada qasırğada ölənlərin sayı 220 nəfəri ötüb
  4. Ağcabədidə yol qəzasında ağır xəsarət alan azyaşlı Bakıya gətirilib
  5. Goranboyda yanğın zamanı xəsarət alan körpə ölüb
  6. Qusarda yük avtomobili dərəyə aşıb, ölən var
  7. Türkiyə vətəndaşı Bakı-Quba yolunda sükan arxasında ölüb
  8. Göygöldə yük avtomobili dəmir maneə çırpılıb, xəsarət alanlar var
  9. Şəmkirdə həkimi avtomobil vuraraq öldürüb
  10. Şəmkirdə 71 yaşlı kişi yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir. "Report" xəbər verir ki, bunu Elm və Təhsil Ətraflı
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvar rayonunda 1 171 şagird birinci sinfə gedəcək. "Report"un Muğan bürosunun məlumatına görə, həmçinin Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu