azadses.az » Cəmiyyət » Toylarla bağlı MÜHÜM AÇIQLAMA

Toylarla bağlı MÜHÜM AÇIQLAMA

Yanvarın 18-dən etibarən ölkədə sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qismi aradan qaldırılıb. Belə ki,  2021-ci il 18 yanvar saat 00:00-dan etibarən ölkədə yaşayış yerini və olduğu yeri “SMS” icazə, “icaze.e-gov.az” portalı və xidməti vəsiqə əsasında tərk etmək sistemi ləğv olunub.
 
Yumşaldılma mərhələli şəkildə davam edəcək. Yanvarın 25-dən etibarən böyük ticarət mərkəzləri istisna olmaqla, digər ticarət mərkəzlərinin, bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti,  muzey və sərgi zallarının fəaliyyəti, həmçinin şəhərlərarası və rayonlararası hərəkəti bərpa olunacaq. Daha bir yumşalma isə kafe və restoranlarla bağlı olacaq. Belə ki, fevralın 1-dən etibarən ölkə ərazisində ictimai iaşə obyektləri, eləcə də restoran, kafe və çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 06:00-dan 00:00-dək yerində xidmətlər bərpa olunacaq.
 
İndi çoxlarını daha çox bu sual düşündürür: yaxın vaxtlarda toy və digər kütləvi tədbirlərin də keçirilməsinə icazə verilə bilərmi? Xatırladaq ki, Azərbaycanda bir ilə yaxındır ki, koronavirus pandemiyasına görə toyların keçirilməsinə icazə verilmir. Mövzu ilə bağlı “Ankara” klinikasının baş həkimi Zülfüqar Yusifov “Yeni Müsavat”a danışıb: “Ölkədə tətbiq edilən sərt karantin rejimində xeyli yumşalmalar var və bu yumşalmaların mərhələli şəkildə davam etməsi gözlənilir. Əlbəttə ki, bu halda mütləq şəkildə müəyyən qorunma tədbirlərinin də davam etməsi lazımdır. Nəzərə almaq lazımdır ki, yumşalmalarda qismən məcburiyyət var. Çünki insanların uzunmüddətli karantin rejimində qalması, SMS icazə ilə çölə çıxması və sairə, bütün bunlar psixoloji vəziyyətə, ümumi iqtisadi fona təsir edir. Ona görə də hökumət, Operativ Qərargah davamlı surətdə müəyyən yollar axtarır ki, yumşalmalar  olsun. Digər tərəfdən, artıq təcrübəmizdə var ki, yumşalmalar olanda yoluxma sayında artım baş verir. Bu səbəbdən karantin rejimindəki ciddi mərhələliliyi başa düşmək olur. Yəqin ki, növbəti həftələrin statistikası bu addımların nə qədər davam etməsinin mümkünlüyünü ortaya qoyacaq.
 
Təbii ki, burada hər zaman ən böyük məsuliyyət vətəndaşın üzərinə düşür. Bütün yumşalma və sərtləşdirmələrdə üç məsələni unutmamalıyıq: tibbi maska taxmaq, sosial məsafə saxlamaq, gigiyenik qaydalara əməl etmək. Əlbəttə ki, yumşalmadan sonra yoluxma sayı artarsa, normal həyata dönməklə bağlı arzularımızda müəyyən sıxıntılar yaşana bilər. Doğrudur, artıq ölkəmizdə vaksinasiya prosesi də başladılıb. Lakin vaksinasiya ilə birlikdə qaydalara da ciddi əməl etməliyik. Yalnız bu zaman müsbət nəticə əldə etmək olar.
 
Kütləvi tədbirlərə gəldikdə isə xüsusən toylar üçün onu deyə bilərəm ki, bu cür tədbirlərin keçirilməsi üçün də müəyyən müvafiq təlimatlara ehtiyac var. Məsələn, 500-600 nəfərlik deyil, 50-60 nəfərlik qonaqlarla toyların keçirilməsinə icazə vermək olar. Məlum olduğu kimi, indi demək olar ki, bütün şadlıq saraylarının 1000 nəfərlik salonları var. Bu cür salonlarda 50-60 nəfərin toplanması düşünürəm ki, bir problem yaratmaz.  Məlum məsələdir ki, bir ilə yaxındır insanlar toy mərasimləri keçirmirlər. Nəzərə alsaq ki, pandemiyanın davam etməsi ilə bağlı fikirlər də qeyri-müəyyəndir, onda insanları bu tədbirdən davamlı məhrum etməyin onların şəxsi həyatında ciddi narahatlığa səbəb olacağını düşünmək olar. Bunun gələcəkdə həm də demoqrafik məsələyə də müəyyən təsiri olacaq. Bu baxımdan hesab edirəm ki, kütləvi tədbirlər üçün də müəyyən təlimatın olması lazımdır ki, insanlar konkret məhdud saylarla toy məclislərini keçirə bilsinlər.
 
İnsanların kütləvi ola biləcəyi digər yerlərlə bağlı suallara cavab vermək isə çox çətindir. Əlbəttə, insanların əvvəlki həyat rejiminə geri dönməsi, ticarət mərkəzlərində alış-veriş etməsi, həmin yerlərdə işləyən insanların işinin bərpa olunması, beləliklə, həm psixoloji, həm də iqtisadi-nöqteyi nəzərdən hesab etmək olar ki, bu yaxşı addım ola bilər. Lakin burada da yenə diqqət edilməlidir ki, iri mərkəzlərə məhdud sayda insanlar daxil olsun. Məsələn, Yeni il bayramı ərəfəsində şahidi olduq ki, alış-veriş yerlərində sıxlıq həddindən artıq çox, insanların bir-birinə toxunacağı şəkildə idi. Yəni iri ticarət mərkəzlərinin də fəaliyyətinə icazə verilərsə, mütləq şəkildə limit nəzərdə tutulmalıdır.
 
Bəli, həkim kimi sərt karantin rejiminin tərəfdarıyıq. Lakin həyat təkcə tibbi baxışdan ibarət deyil, həyatın başqa istiqamətləri də var. Pandemiyanın da bu cür uzanmasını nəzərə alaraq, gec-tez normal həyata dönəmin vacibliyini anlayırıq. Bu normal həyata dönmək üçün isə məlum qaydalara ciddi əməl etməliyik".

Pravda.az
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda kitabxana yanıb
  2. Həştərxanda fərdi evdə yanğın zamanı 5 uşaq ölüb
  3. Bakının üç rayonunda qaz təchizatı dayandırılacaq
  4. DTX-nin həbs etdiyi haker: Məqsədim Azərbaycan serverlərində müdaxilənin qarşısı almaq üçün milli proqram yaratmaq idi
  5. FHN: Su basmış yerlərdə 33-ü uşaq olmaqla 135 nəfər təxliyə olunub
  6. Nizami rayonunda 18 yaşlı gənci avtomobil vurub
  7. Yevlaxda yol qəzasında xəsarət alan 8 sərnişin xəstəxanadan evə buraxılıb - YENİLƏNİB
  8. Bakıda körpələr evi-uşaq bağçasında yanğın olub
  9. ADSEA: Yağışların fasiləsiz yağması suların tam çəkilməsinə mane olur
  10. Azərbaycanda yağışlı havaya görə bütün limanlar bağlanıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Britaniya Kolumbiyası Universitetinin Blasson Kvant Materiyası İnstitutunun tədqiqatçıları ilk dəfə olaraq metal və birölçülü Ətraflı
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir. “Report” xəbər verir ki, bunu Ətraflı
Bütün xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib