azadses.az » Cəmiyyət » Tibb elmləri doktorundan məktəblərlə bağlı XƏBƏRDARLIQ

Tibb elmləri doktorundan məktəblərlə bağlı XƏBƏRDARLIQ

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev məktəblərlə bağlı xəbərdarlıq edib.

''Azad Səs'' xəbər verir ki, koronavirusla mübarizənin bu mərhələsində xüsusi olaraq qeyd etməliyik ki, artıq tibbi müalicəvi müdaxilələr deyil, düşünülmüş epidemioloji müdaxilələr və strategiyalar önəm kəsb edir:

"Bunun üçün də ən son elmi tədqiqatlarla işləmək və onların nəticələrindən yararlanmaq lazımdır. Bu istiqamətdə Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyacaq ən son iki mühüm nəticəni qeyd etmək istəyirəm. Bu nəticələr bizə bir daha uşaqların pandemiyadakı rolunu və virusun yayılmasındakı gizli, amma çox vacib məqamını göstərir. Nəticələri açıqlamadan öncə qeyd etməliyəm ki, son günlər eşitdiyim bir neçə əsassız fikirləri çıxarsaq, bu gün cəmiyyətdə uşaqlarla, xüsusi ilə də məktəblərin açılması ilə bağlı iki əsas fikir var. Bunlardan birincisi odur ki, məktəblər ən qısa zamanda tam şəkildə açılmalı və uşaqlar normal həyatlarına dönməlidir. Mən bunu deyənləri çox gözəl başa düşürəm və bunun səhv istək olduğuna zərrə qədər də şübhəm yoxdur.

Cəmiyyətdə formalaşan ikinci fikir isə cavabını gözləyən bir neçə sualdan ibarətdir: Ümumiyyətlə, məktəblərin bu gün tam açılması doğrudurmu, məktəbə gedən uşağın virusa yoluxmaq riski nə qədərdir, elm bu barədə nə deyir və bəlkə bir az da gözləyib virusa tam qalib gəldikdən sonra uşaqları tam təhlükəsiz məktəbə yola salaq?

Bu iki fikir arasında doğrunun hansı olduğunu mən bir elm adamı və eyni zamanda bu istiqamətdəki ən son elmi tədqiqatları yaxından izləyib araşdıra bilən birisi kimi deyə bilərəm. Bunu hər kəsin başa düşməsi üçün də elmi əsaslı şəkildə izah etmək istəyirəm. Belə ki, bu elmi nəticələr İngiltərədən (Office for National Statistics in England) təqdim olunan rəsmi hesabat məlumatına və Avstriyada aparılan ən son elmi tədqiqata əsaslanır".

"İngiltərədən təqdim olunan hesabatda çox maraqlı faktla rastlaşırıq. Deməli, məhdudiyyətlərin qismən tətbiq edildiyi karantin dövründə, yəni məktəblərin açıq saxlanıldığı və digər yerlərin əksəriyyətinin bağlı qaldığı dövrdə məktəbyaşlı uşaqlar arasında yoluxma böyüklərə nisbətən dörd dəfə çox olub.

Bu nəticələr dekabr ayında olan tətilə qədər qeydə alınıb. Amma tətil zamanı yoluxma hallarında əhəmiyyətli dərəcədə azalmalar olub. Bu da ilk növbədə onu deməyə əsas verir ki, məktəblilərin virusa yoluxma tezliyi böyüklərlə eynilik təşkil edir və bir qisim yerlərin bağlı, məktəblərin isə açıq olduğu halda da virusa yoluxma halına böyüklərdən daha çox uşaqlar arasında rast gəlinir.

Bundan başqa Avstriyada aparılan elmi tədqiqatın nəticələri də İngiltərədəki faktlarla eynilik təşkil edir və nəticələrin nə qədər əhəmiyyətli olmasını bir daha sübut edir. Belə ki, iki mərhələdə payız tətilindən sonra aparılan tədqiqatda 11 minə yaxın şəxs iştirak edib. Bunlar 250 məktəbin hərəsindən seçilən 60 məktəbli və 10 faizə yaxın müəllim olub.

Tədqiqatın nəticəsində məlum olub ki, məktəblər tam açıq olan zaman məktəblilər arasında yoluxmaların səviyyəsi böyüklərlə eynilik təşkil edir. Bundan başqa buradan bir daha aydın olur ki, məktəblər tam açıq olduqda virusun çoxalması baş verir və məktəbi açıq saxlayıb digər yerləri bağlayanda bəlli vaxtdan sonra uşaqlar arasında virusa yoluxma tezliyi çox yüksək həddə çatır və onlar da virusun ötürülməsinə və pandemiyanın davam etməsinə səbəb olur.

Ona görə də yuxarıdakı elmi əsasları nəzərə alaraq xatırlatma etmək istəyirəm ki, məktəblərlə bağlı son qərar verilərkən təkcə pedaqoji yanaşma deyil, bunun bu gün düşdüyümüz durumda epidemioloji tərəfdən də əhəmiyyəti nəzər alınmalı və düşünülmüş epidemioloji müdaxilələrdəki rolu da düzgün dəyərləndirilməlidir"- deyə o əlavə edib.(Oxu.az)
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Myanmada qasırğada ölənlərin sayı 220 nəfəri ötüb
  2. Ağcabədidə yol qəzasında ağır xəsarət alan azyaşlı Bakıya gətirilib
  3. Goranboyda yanğın zamanı xəsarət alan körpə ölüb
  4. Qusarda yük avtomobili dərəyə aşıb, ölən var
  5. Türkiyə vətəndaşı Bakı-Quba yolunda sükan arxasında ölüb
  6. Göygöldə yük avtomobili dəmir maneə çırpılıb, xəsarət alanlar var
  7. Şəmkirdə həkimi avtomobil vuraraq öldürüb
  8. Şəmkirdə 71 yaşlı kişi yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb
  9. Saatlıda ata iki yaşlı oğlunu avtomobillə vuraraq öldürüb
  10. Xəzər rayonunda 41 yaşlı qadını avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir. "Report" xəbər verir ki, bunu Elm və Təhsil Ətraflı
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvar rayonunda 1 171 şagird birinci sinfə gedəcək. "Report"un Muğan bürosunun məlumatına görə, həmçinin Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu