azadses.az » Siyasət » İlham Əliyev: "Bu günlərdə bütün Azərbaycan xalqı birlik göstərir"

İlham Əliyev: "Bu günlərdə bütün Azərbaycan xalqı birlik göstərir"

“Bu günlərdə bütün Azərbaycan xalqı birlik göstərir və bütün Azərbaycan xalqı dünyada bu məsələyə, bu müharibəyə münasibəti çox böyük həssaslıqla izləyir. Bu da başadüşüləndir”.
''Azad Səs'' xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibini, Türkiyənin Odalar və Borsalar Birliyinin prezidentini, Özbəkistanın Ticarət və Sənaye Palatasının sədrini və Qırğızıstanın Ticarət və Sənaye Palatasının prezidentini qəbul edən zaman deyib.
“Çünki 30 il ərzində bizim torpaqlarımız işğal altında idi və beynəlxalq vasitəçilərin səyləri heç bir səmərə verməmişdir. Sadəcə olaraq, vaxtı uzatmaq, münaqişəni dondurmaq və işğalı əbədi etmək istiqamətində atılan addımları biz görürdük və Azərbaycan xalqı görürdü. Ona görə, bu son bir ay ərzində dünyada bu məsələ ilə bağlı səslənən hər bir fikrə, hər bir mövqeyə Azərbaycan xalqı çox böyük həssaslıqla yanaşır və ilk günlərdən bizim qardaş ölkələrimizdən bu dəstəyi görüncə əlbəttə ki, biz daha da ruhlandıq. Bu, bizə daha da böyük mənəvi güc verdi və bir daha gördük ki, bizim birliyimiz sözdə deyil, əməldədir. Sizin bu gün burada olmağınız bunu bir daha göstərir. Siz də Rifat bəy, qeyd etdiyiniz kimi, bir il bundan öncə Bakıda Türk Şurasının toplantısının keçirilməsi çox əlamətdar hadisə idi. Biz məhz bu məsələlərlə bağlı fikirlərimizi bildirmişdik ki, biz bir yerdə olmalıyıq, bütün məsələlərdə bir-birimizi dəstəkləmələyik. Hər zaman əgər kimsə çətin vəziyyətə düşərsə, mənəvi dəstək göstərilməlidir və bunu biz görürük. Ona görə sizin bugünkü toplantınıza mən xüsusi önəm verirəm. Əminəm ki, bütün Azərbaycan xalqı bunu layiqincə qiymətləndirəcəkdir”, - deyə Prezident əlavə edib.Report
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Yevlaxda yol qəzasında xəsarət alan 8 sərnişin xəstəxanadan evə buraxılıb - YENİLƏNİB
  2. Bakıda körpələr evi-uşaq bağçasında yanğın olub
  3. ADSEA: Yağışların fasiləsiz yağması suların tam çəkilməsinə mane olur
  4. Azərbaycanda yağışlı havaya görə bütün limanlar bağlanıb
  5. Göygöldə qarın hündürlüyü 6 sm-ə çatıb
  6. NİİM: Yağıntılı və küləkli hava şəraiti ilə əlaqədar bəzi küçə və prospektlərdə svetoforların işində problemlər yaranıb
  7. Ötən gün vətəndaşların bank kartlarından 14 min manata yaxın pul oğurlanıb
  8. Azərbaycanda tortdan kütləvi zəhərlənmə olub
  9. Xəzər dənizində nərə balıqları üçün TƏHLÜKƏ
  10. Azərbaycan Ordusunun mövqeləri Tovuzqala istiqamətindən atəşə tutulub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Əlverişsiz havaya görə şagirdlərin davamiyyətində qismən azalma müşahidə edilir - RƏSMİ
Əlverişsiz havaya görə şagirdlərin davamiyyətində qismən azalma müşahidə edilir - RƏSMİ
Əlverişsiz havaya görə ümumi təhsil müəssisələrində şagirdlərin davamiyyətində qismən azalma müşahidə edilir. "Report" Ətraflı
Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Mario Varqas Lyosa vəfat edib
Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Mario Varqas Lyosa vəfat edib
Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Mario Varqas Lyosa 89 yaşında vəfat edib. “Report” xəbər verir ki, bu barədə onun oğlu Ətraflı
Bütün xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Şou biznes
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar