azadses.az » Cəmiyyət » Erməni əsirliyindən qayıdan azərbaycanlı: “Məni yaralı vəziyyətdə iki qandalla saxlayırdılar”

Erməni əsirliyindən qayıdan azərbaycanlı: “Məni yaralı vəziyyətdə iki qandalla saxlayırdılar”

“Ali Baş Komandan, Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm. Onun sayəsində Vətənə qayıtmışıq və doğmalarımıza qovuşmuşuq”.
“Report” xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən mətbuat konfransında erməni əsirliyində olmuş hərbi qulluqçumuz Əhmədzadə Mobil İlqar oğlu deyib.
O bildirib ki, əsirlikdə olan vaxtı işgəncələrə məruz qalıb: “Düşmən tərəfindən beynəlxalq hüquqa riayət olunmur. Əsirlikdə olan zaman müharibənin bitdiyini bilmirdim. Dekabrın 10-da gördüm ki, ermənilər televizorda bizim parada baxırlar. Ermənilər isə Paşinyan, Paşinyan qışqırırdılar. Fikirləşdim ki, Ordumuz qələbə çalıb ki, bu cür hallar baş verir. Bir daha Ali Baş Komandana Vətənə qayıtdığım üçün minnətdarlığımı bildirirəm”.
“Əsirlikdə olan zaman işgəncələrə məruz qaldım. Elektrik cərəyanına verirdilər və s. işgəncələr edirdilər. Vətənə qayıdan zaman ayaqlarım işləmirdi. Əgər ayaqlarım işləsəydi, torpaqlarımızı öpərdim”, - bu sözləri isə erməni əsirliyində olmuş hərbi qulluqçumuz Kərimov Bayram Yaşar oğlu deyib.
O bildirib ki, Vətənə, yaxınlarının yanına döndüyü üçün Ali Baş Komandana minnətdarlığını bildirir: “Məhz onun sayəsində Ordumuz torpaqlarımızı işğaldan azad etdi”.
“Bizə işgəncələr verirdilər, qeyri-insani münasibət göstərirdilər. Deyirdilər ki, biz deyəcəyik, sən təkrarlayacaqsan. Bəli, mən onların dediyini təkrarlayırdım, ancaq özlərinə qarşı. Mənə çox işgəncələr verirdilər ki, niyə bizdən qorxmursunuz?” - bu sözləri erməni əsirliyində olmuş hərbi qulluqçumuz Ələkbərov Ömər Teymur oğlu deyib.
“Məni yaralı vəziyyətdə iki qandalla saxlayırdılar. Mən Azərbaycan əsgəri olduğumla fəxr edirdim. Bizə işgəncə verən zaman deyirdilər niyə qışqırmırsınız? Ağrımır? Erməni mənə sual verirdi ki, sizə iynə vururlar belə olursunuz? Soruşdum ki, necə? Dedi ki, öz gözümün şahidi oldum ki, güllə vurduğum adam durub, üstümə gəlirdi. Mən inanırdım ki, Ali Baş Komandan İlham Əliyev bizi orada qoymayacaq”, - deyə o əlavə edib.
“Bizə əsirlikdə həkimlərin etdiyi hərəkətləri hələ də unutmuram. Həkimlər qolumu yandırdılar, işgəncə verirdilər”, - bunu isə erməni əsirliyində olmuş hərbi qulluqçumuz Əliyev Anar Hidayət oğlu deyib.
“12 gün əsirlikdə oldum. Yatanda gəlib təpiklə vururdular ki, niyə yatmısan? Bir saat belə yata bilmirdim. Vətənə qayıtdığım üçün Ali Baş Komandana minnətdarlığımı bildirirəm”, - deyə o qeyd edib
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda kitabxana yanıb
  2. Həştərxanda fərdi evdə yanğın zamanı 5 uşaq ölüb
  3. Bakının üç rayonunda qaz təchizatı dayandırılacaq
  4. DTX-nin həbs etdiyi haker: Məqsədim Azərbaycan serverlərində müdaxilənin qarşısı almaq üçün milli proqram yaratmaq idi
  5. FHN: Su basmış yerlərdə 33-ü uşaq olmaqla 135 nəfər təxliyə olunub
  6. Nizami rayonunda 18 yaşlı gənci avtomobil vurub
  7. Yevlaxda yol qəzasında xəsarət alan 8 sərnişin xəstəxanadan evə buraxılıb - YENİLƏNİB
  8. Bakıda körpələr evi-uşaq bağçasında yanğın olub
  9. ADSEA: Yağışların fasiləsiz yağması suların tam çəkilməsinə mane olur
  10. Azərbaycanda yağışlı havaya görə bütün limanlar bağlanıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Britaniya Kolumbiyası Universitetinin Blasson Kvant Materiyası İnstitutunun tədqiqatçıları ilk dəfə olaraq metal və birölçülü Ətraflı
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir. “Report” xəbər verir ki, bunu Ətraflı
Bütün xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib