azadses.az » Cəmiyyət » Cənab Ali Baş Komandan dünənki çıxışında regionun gələcək strateji xəritəsini çəkdi - Türkiyədə yaşayan azərbaycanlı jurnalist

Cənab Ali Baş Komandan dünənki çıxışında regionun gələcək strateji xəritəsini çəkdi - Türkiyədə yaşayan azərbaycanlı jurnalist

''Azad Səs'' xəbər verir ki, bu sözləri Türkiyədə yaşayan azərbaycanlı jurnalist, Qərbi Azərbaycan İcmasının Ankara təmsilçiliyinin mətbuat xidmətinin rəhbəri Oktay Hacımusalı cənab Prezident İlham Əliyevin xalqa dünənki müraciətini şərh edərkən deyib. Oktay Hacımusalı bildirib ki, cənab Ali Baş Komandan İlham Əliyev bundan öncə müsahibə verdiyi bəzi transmilli media şirkətlərinin jurnalistlərinin qərəzli suallarına necə peşəkarcasına cavab vermişdisə, eyni şəkildə bu müraciətində də hələ də Azərbaycana qarşı ikili standartlarla çıxış edən beynəlxalq qurum və təşkilatlara öz sərt mövqeyini ortaya qoydu. Jurnalistin sözlərinə görə, cənab Prezidentin bu çıxışı Azərbaycanın haqlı mövqeyindən əsla çəkilmədiyinin əyani sübutudur və cənab Ali Baş Komandan bu müraciətində istifadə etdiyi bütün sözlərlə, bütün cümlələrlə bir daha göstərdi ki, Azərbaycan Ermənistanın cinayətkar rejiminə və onun havadarlarına qarşı öz barışmaz mövqeyində qalacaq: “Ölkə başçısı 10 noyabrda qazanılan qələbənin heç də təsadüfi qazanılan bir qələbə olmadığını, bu qələbədə böyüyündən kiçiyinə, gəncindən yaşlısına, qadınından qocasına bütün Azərbaycan xalqının birlik və bərabərliyinin çox böyük önəm ərz etdiyini vurğulayaraq, şəhidlərin və onları bu Vətənə ərməğan edən valideynlərinin qarşısında baş əydiyini bildirdi. Eyni zamanda cənab Ali Baş Komandan hər bir işğaldan azad olunmuş kəndin, qəsəbənin, rayonun, şəhərin ən qısa müddətdə əvvəlkindən daha gözəl hala gətiriləcəyini bildirərək, Azərbaycanın sülh və birgəyaşayış tərəfdarı olduğunu vurğulayaraq həm də bizim gələcəkdə güclənməyimizi, regionda onsuz da güclü bir aktor olan ölkəmizin daha da çiçəklənməsini istəməyən qüvvələrə diplomatik dillə öz sərt yumruğunu göstərmiş oldu. Bildirdi ki, kimsə bizim işimizə mız qoya bilməz, kimsə bizimlə təhdid, təzyiq dilində danışa bilməz. Regionun inkişaf perspektivində hər zaman öz aktivliyi ilə seçilən müstəqil Azərbaycan bundan sonra hadisələrə daha adekvat cavab verərək, indiyə kimi yürütdüyü daxili və xarici siyasi kursa sadiq qalaraq bundan sonra hətta regionda baş verən prosesləri belə qabaqlayan bir ölkəyə, bir dövlətə çevriləcək. Onun yolu Ermənistan kimi müstəqilliyini ayaqlar altına atmaqdan keçməyib və keçməyəcək. Çünki, Azərbaycan müstəqilliyi saxlamağın onu qazanmaqdan daha çətin və şərəfli olduğunun fərqindədir. Elə ona görə də cənab Ali Baş Komandan Ermənistanın cinayətkar rejiminə müraciət edərək onların qarşılarında hazırda iki yol olduğunu bildirdi: ya bayraqlarını endirib hansısa bir dövlətin tərkibində həyatlarını davam etdirsinlər, ya da bu bölgədə yaşayıb ətrafdakı dövlətlərə qarşı ərazi iddialarından vaz keçsinlər. Qısaca şərhə yekun vuracaq olsaq, Cənab Ali Baş Komandan dünənki çıxışında regionun gələcək strateji xəritəsini çəkdi”.

DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Salyanda yay şumu qaldırılır
  2. Abşeronda 56 yaşlı kişi yol-nəqliyyat hadisəsində xəsarət alıb
  3. Xəzər dənizində 4 maqnitudalı zəlzələ olub
  4. Şəmkirdə avtomobillər toqquşub, xəsarət alanlar var
  5. Yevlaxda ağacdan yıxılaraq ağır xəsarət alan kişi xəstəxanada ölüb
  6. Myanmada qasırğada ölənlərin sayı 220 nəfəri ötüb
  7. Ağcabədidə yol qəzasında ağır xəsarət alan azyaşlı Bakıya gətirilib
  8. Goranboyda yanğın zamanı xəsarət alan körpə ölüb
  9. Qusarda yük avtomobili dərəyə aşıb, ölən var
  10. Türkiyə vətəndaşı Bakı-Quba yolunda sükan arxasında ölüb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir. "Report" xəbər verir ki, bunu Elm və Təhsil Ətraflı
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvar rayonunda 1 171 şagird birinci sinfə gedəcək. "Report"un Muğan bürosunun məlumatına görə, həmçinin Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu