Ceyhun Bayramovun özbəkistanlı həmkarı ilə telefon danışığı olub
- 2-12-2020, 14:11
- Siyasət

XİN Mətbuat xidməti idarəsindən ''Azad Səs''-ə bildirilib ki, nazirlər bölgədəki son vəziyyət ətrafında fikir mübadiləsi aparıblar. 10 noyabr tarixli birgə bəyanatda nəzərdə tutulan məsələlərin icrasının vacibliyi, eləcə də bölgədə sülh, əmin-amanlıq və təhlükəsizliyin təmin olunması baxımından bu razılaşmanın həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.
Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.