azadses.az » Siyasət » ANAMA: Goranboy rayonu ərazisində kasetli mərmi aşkarlanıb

ANAMA: Goranboy rayonu ərazisində kasetli mərmi aşkarlanıb

"Sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq iriçaplı silahlardan və artilleriya qurğularından bütün təmas xətti boyunca Ordumuzun mövqelərini atəşə tutub. Dinc əhalini və mülki infrastrukturu hədəfə alan düşmən Azərbaycanın şəhərlərinə, rayonlarına, kəndlərinə raket və mərmilər atıb. Həmin tarixdən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) xüsusi mobil əməliyyat qrupları, həmçinin baş qərargahda operativ qərargah yaradılıb. Daxil olmuş çağırışlar və müraciətlər əsasında operativ şəkildə əməliyyat-axtarış çıxışları həyata keçirilir".
''Azad Səs'' "Report"-a istinadən xəbər verir ki, bunu ANAMA-nın operativ qərargahının rəisi İdris İsmayılov deyib.
ANAMA-nın operativ qərargahının rəisi bildirib ki, Ermənistan silahlı qüvvələri tərəfindən atılan raketlərdə kaset döyüş başlıqlarından istifadə olunur. Hazırda Goranboy rayonu ərazində iki məntəqədə kasetli mərmi aşkarlanıb. Agentliyin əməliyyat qrupu hazırda həmin ərazidədir və axtarış tədbirləri davam edir. Axtarış işləri tam yekunlaşdıqdan sonra bu barədə ətraflı məlumat veriləcək.
İ.İsmayılov əlavə edib ki, əvvəllər Beyləqan rayonunda da kaset bombaların çanaq hissəsi aşkarlanmışdı. Bundan başqa, Gəncə şəhərinə raket zərbəsi endirən zaman beynəlxalq konvensiyalarla qadağan edilən kasetli bombalardan istifadə edilib. Ümumiyyətlə, kasetli bombalar qadağan olunmuş bombalar sinfinə daxildir. 1949-cu il tarixli Cenevrə Konvensiyasına uyğun olaraq onun yaşayış ərazisinə, dinc əhaliyə atılması qadağandır.
O vurğulayıb ki, ümumilikdə sentyabrın 27–dən oktyabrın 5-dək agentliyə 258 təxirəsalınmaz siqnal (əməliyyat çağırışı) daxil olub və bu çağırışlar əsasında operativ və əməliyyat-axtarış çıxışları olub. Nəticədə Ağdam, Ağdaş, Ağcabədi, Bərdə, Beyləqan, Biləsuvar, Goranboy, Naftalan, Füzuli, Tərtər, Gəncə və Mingəçevir şəhərləri ərazisində ev və həyətyanı sahələrə, neft kəmərinin yaxınlığına, Mingəçevir İstili Elektrik Stansiyasının ərazisinə, əkin və otlaq sahələrinə, yol kənarına və digər ərazilərə baxış keçirilib, 67 ədəd müxtəlif növ partlamamış hərbi sursat, hərbi məqsədlər üçün istifadə olunan 2 ədəd metroloji radiopelenqator, o cümlədən 94 ədəd partlamış mərmi qalıqları aşkarlanaraq götürülüb.
Hazırda agentliyin 24 əməliyyat-axtarış qrupu regionlarda əməliyyat axtarış tədbirlərini davam etdirirlər.
Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindəki yaşayış məntəqələrinə, insanların sıx yaşadığı ərazilərə kasetli bombalar atması hərbi cinayətdir. Kasetli bombalar insan orqanizmi üçün olduqca zərərlidir. Bu bombalar çoxlu sayda kiçik bombalardan ibarətdir və məhz bu xüsusiyyətinə görə bu silah növü böyük əraziləri dağıda bilir. Ona görə kasetli bombaların insanların kütləvi şəkildə yaşadığı ərazilərə atılması qadağandır.


DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var
  2. Bakıda gənc oğlan yol-nəqliyyat hadisəsində xəsarət alıb
  3. Babək prospektində təmir işləri aparılır, məhdudiyyət qoyulub
  4. İsmayıllı rayonunda zəlzələ olub
  5. Sumqayıtda silah-sursat aşkarlanıb
  6. Ağcabədidə iki avtomobil toqquşub, ölən var
  7. Zaqatala sakini ehtiyatsızlıqdan özünü güllələyərək öldürüb
  8. Yeni ildə yanıq xəsarətləri alan qadın bu gün xəstəxanada vəfat edib
  9. Ağsuda gənc oğlan yol qəzasında ciddi xəsarətlər alıb
  10. Lənkəranın 14 kəndində işıq olmayacaq
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
DİM taksi sürücüləri üçün növbəti imtahan keçirəcək
DİM taksi sürücüləri üçün növbəti imtahan keçirəcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün xüsusi hazırlıq keçən taksi minik avtomobili sürücüləri üçün növbəti imtahan keçirəcək. Ətraflı
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Bütün xəbərlər
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Şou biznes
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar