azadses.az » Siyasət » Azərbaycan XİN bir daha əcnəbi jurnalistlərə müraciət etdi

Azərbaycan XİN bir daha əcnəbi jurnalistlərə müraciət etdi

"Ermənistanın Azərbaycan Respublikasına qarşı davam edən hərbi əməliyyatları zamanı həm öz vətəndaşları, həm də üçüncü ölkələrin vətəndaşları olan jurnalistləri istismar etmək üçün etdiyi məsuliyyətsiz cəhdlərindən bəhs edən xəbərlərin sayı artmaqdadır. Xüsusi narahatlıq doğuran haldır ki, Ermənistan bəzən jurnalistləri və digər media mütəxəssislərini aktiv hərbi əməliyyatların getdiyi ərazilərə gətirərkən, onları döyüşçülərdən aydın şəkildə ayırmaq üçün bilərəkdən lazımi tədbirlər görmür".
"Azad Səs" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda qeyd olunub.
Bildirilib ki, Ermənistanın bu məsuliyyətsiz davranışı öz-özlüyündə, onun beynəlxalq humanitar hüquq üzrə üzərinə götürdüyü mülki əhalini və mülki obyektləri hücumların təsirindən qorumaq üçün bütün mümkün tədbirləri görmək öhdəliyinin ciddi şəkildə puzulmasıdır. Bununla Ermənistan anti-Azərbaycan təbliğatı məqsədi ilə münaqişə zonasında fəaliyyət göstərən jurnalistlərin təhlükəsizlik və mühafizəsini risk altına atır: 
"Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi xatırladır ki, beynəlxalq humanitar hüquq və BMT Təhlükəsizlik Şurasının 1738 (2006) və 2222 (2015) saylı qətnamələrinə əsasən, silahlı qarşıdurmalardakı jurnalistlər mülki insanlar kimi təsnif edilir və belə olduğundan mülki statuslarına mənfi təsir göstərən heç bir hərəkət etməmələri şərtiylə mülki vətəndaşlara şamil olunan müdafiə ilə təmin edilməlidirlər.
Bu səbəbdən bütün jurnalistlər, media mütəxəssisləri və əlaqəli şəxslərin maksimum dərəcədə diqqətli olmaları və münaqişə bölgəsindəki mülki statuslarına xələl gətirəcək hər hansı bir əməldən çəkinmələri böyük əhəmiyyət kəsb edir.
Nazirlik, bundan əlavə, yuxarıda qeyd olunan BMT qətnamələrinin jurnalist fəaliyyəti üçün bir çərçivə yaratdığını və silahlı münaqişə vəziyyətlərində işləyən və bu barədə məlumat verən media mütəxəssisləri üçün istinad şərtləri (qaydaları) olduğunu vurğulayır. Xüsusilə, bu qətnamələrdə Təhlükəsizlik Şurası bütün dövlətlərin siyasi müstəqilliyi, suveren bərabərliyi və ərazi bütövlüyü, habelə bütün dövlətlərin suverenliyinə hörmət prinsiplərinə sadiq qaldıqlarını təsdiqləyir və şiddət, soyqırım, insanlığa qarşı cinayətlər və beynəlxalq humanitar hüququn digər ciddi pozuntularını təhrik etmək üçün medianın istifadəsini qınayır.
Jurnalistlərin açıq-aydın şəkildə təsbit edilmiş bu qaydalara riayət etməmələri medianın gərginlik və nifrəti alovlandırmaq üçün istismar olunması risklərini artırır və dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə qarşı qanunsuz güc tətbiqi nəticəsində yaranan və beynəlxalq humanitar hüququn ciddi pozuntuları ilə müşayiət olunan vəziyyətlərə gətirib çıxarır ki, bu da ərazilərin işğalı və münaqişələrin davam etdirilməsinə səbəb olur.
Jurnalistləri bir daha Azərbaycanın müvəqqəti işğal olunmuş ərazilərinə səfər etməməyə, beləliklə Ermənistanın onları istismar etməsinə imkan verməməyə, habelə Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində fəaliyyət göstərənləri yuxarıda qeyd edilən tələblərə ciddi şəkildə əməl etməyə, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü pozan hər hansı bir hərəkətdən, o cümlədən Ermənistanın Azərbaycana qarşı qanunsuz qüvvələrdən istifadəsini təbliğ etməkdən çəkinməyə çağırırıq. Bütün bu media nümayəndələrinə, xarici jurnalistlərin Azərbaycanda akkreditasiyası ilə bağlı Azərbaycan Respublikasının qayda və qanunlarına ciddi şəkildə riayət etməyi tövsiyə edirik.
Bundan əlavə, bütün aidiyyəti hökumətlərarası və qeyri-hökumət təşkilatları və inistitutları, jurnalistər, media işçiləri və əlaqəli səxslərin Ermənistan tərəfindən sonuncunun Azərbaycana qarşı hərbi təcavüzündə istismarının qarşısını almaq və bütün jurnalistlərin mülki statuslarına mənfi təsir göstərməmək üçün ciddi şəkildə qayda və qanunlara əməl etmələrini təmin etmək məqsədilə bütün lazımi tədbirləri görməyə çağırırıq".


DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Myanmada qasırğada ölənlərin sayı 220 nəfəri ötüb
  2. Ağcabədidə yol qəzasında ağır xəsarət alan azyaşlı Bakıya gətirilib
  3. Goranboyda yanğın zamanı xəsarət alan körpə ölüb
  4. Qusarda yük avtomobili dərəyə aşıb, ölən var
  5. Türkiyə vətəndaşı Bakı-Quba yolunda sükan arxasında ölüb
  6. Göygöldə yük avtomobili dəmir maneə çırpılıb, xəsarət alanlar var
  7. Şəmkirdə həkimi avtomobil vuraraq öldürüb
  8. Şəmkirdə 71 yaşlı kişi yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb
  9. Saatlıda ata iki yaşlı oğlunu avtomobillə vuraraq öldürüb
  10. Xəzər rayonunda 41 yaşlı qadını avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir. "Report" xəbər verir ki, bunu Elm və Təhsil Ətraflı
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvar rayonunda 1 171 şagird birinci sinfə gedəcək. "Report"un Muğan bürosunun məlumatına görə, həmçinin Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu