Tofiq Yaqublunun şikayətilə bağlı məhkəmə başladı
- 18-09-2020, 15:13
- Siyasət
Bakı Apelyasiya Məhkəməsində Müsavat Partiyasının fəalı Tofiq Yaqublu barəsində hökmdən verilən şikayətlə bağlı ilkiin baxış iclası keçirilir.
''Azad Səs'' “Report”-a istinadən xəbər verir ki, iclasa hakim Elmar Rəhimov sədrlik edir.
Qeyd edək ki, Nizami Rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Şikayət həmin hökmdən verilib.
İttihama görə, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və onun yanında olan həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib.
O, ittihamları qəbul etmədiyini bildirir.
Tofiq Yaqublu 17 gündür aclıq aksiyası keçirir. O, sentyabrın 12-də istintaq təcridxanasından "City Hospital"a köçürülüb.