Sabiq nazir: Məxfi məlumatların qorunması baxımından artıq diqqətsizlik hiss olunur
- 15-03-2025, 12:10
- Siyasət
Parisdəki Süni Zəka Sammitindən sonra böyük bir dəyişiklik baş verdi: bir növ, bundan sonra mülahizələrdən fəaliyyətə keçid oldu.
“Report” xəbər verir ki, bunu Monteneqronun sabiq müdafiə naziri Miliça Pejanoviç XII Qlobal Bakı Forumunda çıxışında deyib.
Onun sözlərinə görə, məxfi məlumatların qorunması, insan hüquqlarının müdafiəsi baxımından artıq diqqətsizlik hiss olunur:
“İnnovasiya bizə istədiyimizi etməyə səlahiyyət verən məhfum deyil. İnnovasiya üçün şərait olduğu kimi müəyyən tənzimləmələr gözardı edilməməlidir. Bugünkü vəziyyətdə bir az məyusluq hiss olunur və görürük ki, indiki halda, süni zəka ilə bağlı böyük dövlətlər fərqli fikirlərdədir”.
Xanım Pejanoviç süni zəkada təhsilin rolunun danılmaz olduğunu da diqqətə çatdırıb:
“Amma söhbət tənqidi təfəkkürü inkişaf etdirən təhsildən gedir”.