azadses.az » Siyasət » Milli Qəhrəmanın ruhuna növbəti hörmətsizlik!Vahid Mustafayev həyəcan təbili çalır

Milli Qəhrəmanın ruhuna növbəti hörmətsizlik!Vahid Mustafayev həyəcan təbili çalır

Bu yaxınlarda Azərbaycan ictimaiyyəti Azərbaycanın Milli Qəhrəmanı, milli reportyor məktəbinin qurucularından biri Çingiz Mustafayevin adı ilə bağlı olan radiotezliyin satılması ilə bağlı tenderin keçiriləcəyi xəbərini narahatlıqla qarşıladı.
ANS şirkətlər qrupunun prezidenti, mərhum Ç.Mustafayevin qardaşı Vahid Mustafayevlə Azərbaycan jurnalistikasının aktual problemləri barədə söhbətimizə bu məsələdən başladıq. V.Mustafayevin “haqqin.az”a müsahibəsini oxucularının diqqətinə çatdırırıq.
- Qarşıdan gələn 2020-ci ildə əlamətdar bir hadisə baş verəcək - Azərbaycan görkəmli oğlu, müstəqil Azərbaycan jurnalistikasının, telereportyor məktəbinin banilərindən biri, Milli Qəhrəman Çingiz Mustafayevin yubilyini qeyd edəcək... Siz döyüş bölgəsində şəhid olan bir qəhrəmanın qardaşı və həmkarı kimi igid jurnalistin xatirəsinin əbədiləşdirməsi üçün çox iş görmüsünüz.
Yalnız Azərbaycanda deyil, bütün bölgədə ilk FM stansiya - 102 ÇM Çingizin adı ilə bağlıdır. Bu əfsanəvi radiostansiya bir vaxtlar ölkədə ən populyar idi. ANS TV ilə bəzi siyasi problemlərin ortaya çıxdığı bəllidir, bəs radio niyə fəaliyyətini dayandırdı?
- Bu, indiyədək bizim üçün də qəribə bir sirr olaraq qalır. Bu sualı dəfələrlə bu qərarı verən Milli Televiziya və Radio Şurasının (MTRŞ) rəsmilərinə verdik, lakin aydın qanunvericilik bazasına əsaslanan dəqiq bir cavab ala bilmədik. Məsələ onda deyil ki, ANS ÇM - Qafqazın və Orta Asiyanın məhz Azərbaycanda yaradılmış ilk FM radiostansiyasıdır. Düzdür, başqa ölkələrdə bu kimi hadisələr tarixi sayılır və erkən müstəqillik illərində yaranmış televiziya və radiolar milli sərvət hesab olunur. Amma vacib olan odur ki, bu, Birinci Qarabağ müharibəsi cəbhəsində şəhid olmuş bir jurnalistin, Milli Qəhrəmanın adını daşıyan yeganə KİV idi. Bu, gənclərin vətənpərvərlik tərbiyəsi baxımından çox böyük önəm daşıyırdı. Əgər qonşu ölkələrdə rok musiqiçiləri, idmançılar, aktyorlar gənc nəslin səcdə yeri idisə, Ermənistanın təcavüzü nəticəsində ərazisinin 20 faizini itirmiş Azərbaycanda belə bir səcdə yeri, o cümlədən  ANS ÇM radiosunun sayəsində, Vətən uğrunda döyüşlərdə həlak olmuş bir jurnalist idi.
Sualın ANS TV-nin siyasi məsələlərdə iştirakına aid olan hissəsinə diqqət yetirməyə bilmərəm, çünki bu, həqiqətə uyğun deyil. Hamı gözəl bilir ki, ANS heç vaxt siyasətə qarışmayıb, indi də qarışmır və qarışmayacaq da. Siyasətə qarışmamaq - bizim kredomuzdur və dünyada hər kəsdən daha çox hörmət etdiyimiz valideynlərimizin nəsihətidir.
Vahid Mustafayev




- Bu yaxınlarda sosial şəbəkədə və KİV-də daha bir xoşagəlməz məlumat peyda oldu. Kimlərsə Çingiz adı ilə bağlı radiostansiyanın tezliyinin satışa çıxarılması barədə söz-söhbəti var-gücləri ilə yaymağa çalışırlar. Bu, həqiqətən, doğrudur? Yubileyi ərəfəsində şəhid qəhrəmanın xatirəsinə kölgə salan bu dəhşətli əməlin qarşısını almaq üçün nə edəcəksiniz?
- Bəli, biz bilirik ki, 102 FM radiotezliyinə lisenziya alınması üçün tender elan olunub, bu, bizdə böyük heyrət yaratdı, çünki Azərbaycanda qonşu ölkələrlə müqayisədə FM radiostansiyalarının sayı o qədər də çox deyil. Uyğyn olaraq, FM diapazonunda çox sayda sərbəst, istifadə olunmayan radiotezlik var və onların əsasında daha 30-40 radiostansiya qurmaq mümkündür. Niyə məhz 102 FM tezliyi üçün tender elan etmək lazım idi?
Bəlkə, kimsə bu tezliyi bir növ "səcdə yeri" hesab edir? (gülür). Lakin MTRŞ-nin müəmmalı qərarına baxmayaraq, sahib olduğumuz tezliyə lisenziya üçün tenderdə iştirak etmək qərarına gəldik. Biz tender üçün sənəd təqdim etməyə gedəndə MTRŞ  rəsmiləri ciddi şəkildə ruhdan düşdülər.  Görünür, bu narahatlıq üzündən müxtəlif bürokratik səbəblərə əsaslanaraq 20 gün sənədləri qəbul etməkdən imtina etdilər. Məsələn, şəxsiyyət vəsiqəsinin orjinalının notarial qaydada təsdiq edilmiş surətinin olmamasını və s.-i səbəb göstərirdilər. Lakin son nəticədə sənədlərimiz qəbul edildi və bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət başçısının Administrasiyasında etdiyi son kadr dəyişiklikləri ilə bağlayırıq. Nəticədə, MTRŞ rəsmiləri gözlənilmədən bildirdilər ki, sənədlər tam qaydasındadır və artıq qəbul edilib ki, bu da bizə tenderdə iştirak etməyə imkan verir. Görək, bundan sonra nə olacaq.
- ANS telekanalının işinin bərpası ilə vəziyyət nə yerdədir? Siz dəfələrlə ölkənin siyasi rəhbərliyinə kanalın bərpası xahişi ilə müraciət etmisiniz. Sizə nə cavab veriblər?
- Bu da yeddi möhür arxasında saxlanan başqa bir sirrdir (gülür). Bildiyiniz kimi, bizim  ittiham olunduğumuz və lisenziyadan məhrum edildiyimiz məsələ btünlüklə Respublika Baş Prokurorluğu tərəfindən təkzib edildi. Bərpa işinə gəldikdə, bütün ANS komandası - həm ölkə daxilində, həm də xaricdə öz yerindədir və biz Azərbaycan xalqının sevimli telekanalının yayımını bərpa edə bilirik. Ancaq təəssüf ki, ANS TV-nin işini bərpa etməklə bağlı qərar bizim tərəfimizdən verilmir.
- 20 il boyunca  ANS-in jurnalist kollektivi müstəqil və özünü təmin edən Azərbaycan jurnalistikasının formalaşmasında əsas rol oynayıb. Sənətdəki həmkarların əksəriyyəti olmasa da, bir çoxu ANS-in məktəbindən keçib. Jurnalistikamızın hazırkı vəziyyətini necə qiymətləndirirsiniz? Bir vaxtlar, ANS-in, eləcə də digər aparıcı media qurumlarının lokomotivi yaradıcı və mütərəqqi gənclər idi. Niyə jurnalistika bu gün gənclər üçün cəlbedici deyil? Ölkə hadisələrdənmi  yoxsullaşdı, yoxsa yeni bir özünüifadə fenomeninin - sosial şəbəkələrin yaranması ilə bağlıdır?
- Mənim yadımdadır, Çingizin ölümündən və ANS TV-nin yaranmasından sonra Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olmaq istəyənlərin sayı Azərbaycanda ənənəvi olaraq populyar olan hüquq və şərqşünaslıq fakültələri ilə müqayisədə daha çox idi. Yəqin ki, peşəyə marağın itməsi gənclərin bu sahədə perspektiv görməməsi ilə əlaqədardır. Bəli, müasir Azərbaycan jurnalistikasının vəziyyəti də, iş şəraiti də, yumşaq dillə desək, elə də xoşagələn deyil və gəncləri cəlb etmir. Rəqəmsal inqilaba və sosial şəbəkələrə gəldikdə isə, əminliklə deyə bilərik ki, rəqəmsallaşdırma (hamısının da olmasa) bir çox peşənin məzmununu və mahiyyətini amansızca dəyişir. İndi demək olar ki, hər kəs özünə jurnalist deyə bilər. Hər kəs hər saniyədə öz fikirlərini, şəkillərini, videolarını öz hesablarına yerləşdirə bilər. İstənilən bir peşənin təmsilçisi, hətta peşəsi olmayanlar da çoxsaylı sosial şəbəkələr sayəsində istədikləri zaman “jurnalist” olurlar.
Yalnız bu, narahatlıq verir ki, orfoqrafiya qaydaları, təəssüf ki, "keçmişin qalığına " çevrilir. Ş-nın yerinə W, Ç-nın əvəzinə Ch, Ə yerinə E hərfləri yazmaq sosial şəbəkələr üçün tamamilə normal bir hadisədir. Belə təəssürat yaranır ki, smartfon və kompüterlər son yüz ildə dördüncü dəfə Azərbaycan əlifbasını dəyişdirir. Orfoqrafiya və punktuasiya qaydalarına riayət barədə danışmağa belə dəyməz. Belə bir kvazi-jurnalistikadır ... Və bütün bunlar təbii ki, yerli jurnalistikanın, xüsusən də bütünlükdə sosial mədəniyyətin deqradasiyasının nəticəsidir. Allaha şükür ki, Azərbaycan mədəniyyəti və jurnalistikası ilə bağlı, bu, süni şəkildə tətbiq olunan deqradasiyadır, yəni sadələşdirmə, müxtəlifliyin azalması, mədəni təcrübələrin tamamilə yox olmasının ilkin əlamətləri Azərbaycanın milli xarakterinin təbii təzahürü deyildir. Bu, sadəcə, bizim cəmiyyətin məqsədləri dövləti daha ibtidai yaşayış vasitələri ilə təmin etmək olan təbəqənin nümayəndələri tərəfindən idarə olunan proseslərə reaksiyasıdır.
Əminəm ki, əkinçiliyə meyilli şəxs peşəkarcasına ədəbiyyatla məşğul ola bilməz və mübarizə apara bilməz, heç vaxt bunu öyrənə də bilməz. O, bütün həyatı boyu əkinçiliklə məşğul olacaq - hər hansı yüksək vəzifəyə qoyulmasına baxmayaraq. Ancaq xoşbəxtlikdən ölkə rəhbərliyində son dəyişikliklər oldu, həm də bu, faktdır ki, Azərbaycanda yaşayırıq və bu ölkənin qədim zamanlardan bəri güclü bir mədəni potensiala sahib olması ümid verir, yəni deqradasiya prosesini ölkə inkişafının təkamülünə çevirmək üçün istifadə etməyə ümid var. Məsələn, feodal sisteminin deqradasiyası və dağılması daha perspektivli kapitalist sisteminin yaranmasına səbəb oldu. Sadəcə, işləmək və ölkənin rifahı üçün çalışmaq lazımdır və hər şey yaxşı olacaq. Mən bu məsələdə nikbinəm.
- Bizim Azərbaycan gerçəkliyində azad və məsuliyyətli jurnalistika prinsiplərinə yanaşmada iki,  eyni zamanda qarşılıqlı olaraq bir-birin istisna edə dünyagörüş var. Əgər məlum dövlət yanaşması tərəfdarları jurnalistikanın ölkəyə və cəmiyyətə xidmət etməsinin vacibliyinə inanırlarsa, müstəqil dördüncü hakimiyyət tərəfdarları yalnız bir istiqaməti - oxucu kütləsini tanıyırlar. Tomas Ceffersonun məşhur aforizmini xatırlayaraq, sizdən soruşmaq istərdim: şəxsən nəyi seçərdiniz - mətbuatı olmayan bir hökumət və ya bir hökuməti olmayan bir mətbuatı? Düzdür, bəzən adam Ceffersona etiraz etmək istəyir, həqiqətdə bir neçə əsr sonra bəşəriyyət yeni bir model - güclü mətbuatı olan güclü hökumət modelini ortaya çıxdı. Güclü mətbuat yaratmaq üçün bizim güclü hökumətin nə etməsi vacibdir?
- Sualın qoyuluşunda çox mühüm bir yanaşma var. İnanıram ki, "Ölkəyə və cəmiyyətə xidmət edən jurnalistika" və "Auditoriyaya xidmət edən jurnalistika" anlayışları - tavtologiyadır, yəni hər ikisi eyni məna verir. Ölkə, Cəmiyyət - bu daim artırmaq üçün mübarizə apardığımız Auditoriyamızdır... Ceffersona gəlincə, niyə özünü belə bir seçim qarşısında qoyduğunu bilmirəm. Axı, ABŞ-ın dünyada, ilk növbədə, szin qeyd etdiyiniz kimi, Güclü Hökumətə və Güclü Jurnalistikaya sahib olan ilk dövlətə çevrilməsinə Tomas Cefferson nail olub. Bu, inkişafın qarşılıqlı təkamül üsulüdür, necə deyərlər, qarşılıqlı uyğunlaşmadır, tərəflərin davamlı qarşılıqlı təsirini optimallaşdırır. Nəticədə, dayanıqlı bir immunitet sisteminə malik güclü hakimiyyət, konstruktiv bir müxalifət, xoşbəxt və minnətdar xalq, ədalətlilik ideyasını vurğulayan, özünü daxili və xarici düşmənlərdən müdafiə edə bilən güclü bir dövlətdir.


DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Füzulidə yol qəzasında qadın sürücünün beli sınıb
  2. Bakıda 68 yaşlı qadını avtomobil vurub
  3. Bakıda yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var
  4. Qaziantepdə ağır yol qəzasında 2 nəfər ölüb, 8 nəfər yaralanıb
  5. Bakıda yol qəzasında 6 və 8 yaşlı qardaşlar xəsarət alıblar
  6. Bakıda 41 yaşlı qadın yol qəzasında xəsarət alıb
  7. Tanzaniyada ağır yol qəzasında 4 nəfər ölüb, 16 nəfər yaralanıb
  8. Bakıda yolu keçən 33 yaşlı kişini avtomobil vurub
  9. Bakıda 28 yaşlı gənc yol-nəqliyyat hadisəsində xəsarət alıb
  10. Gəncədə avtomobil ağaca çırpılıb, xəsarət alanlar var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
DİM bu gün 500-dək şagird üçün əlavə imtahan keçirir
DİM bu gün 500-dək şagird üçün əlavə imtahan keçirir
Sentyabrın 8-də Dövlət İmtahan Mərkəzi (DİM) 2024-cü ildə keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə Ətraflı
Azərbaycan Haaqada 12-ci “Səfirliklər Festivalı”nda təmsil olunub
Azərbaycan Haaqada 12-ci “Səfirliklər Festivalı”nda təmsil olunub
Haaqanın mərkəzi meydanında 12-ci “Səfirliklər Festivalı” keçirilib. Festivalda Azərbaycan da daxil olmaqla 50 ölkə iştirak Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu